240
Amma dördlük təşkil edən İncillərdən sonra sair Əhdi-cədid risalələrində qeyd
olunanlar təslis məsələsini daha aşkar şəkildə bəyan edirlər. O cümlədən,
Yühənnanın 1-ci risaləsinin 5-ci babının 4-8-ci ayələrində belə oxuyuruq: «Çünki
Allahdan doğulan şeylər dünyaya qələbə çalır və dünyanı məğlub edən qələbə bizim
imanımızdır. Kimdir ki, dünyaya qələbə çalsın?! Yalnız buna imanı vardır ki, İsa
Allahın oğludur. Məhz odur ki, su və qana gəldi; yə'ni İsa Məsih təkcə su ilə deyil,
üstəlik su və qan ilədir. Ruh o şəxsdir ki, şəhadət verir. Ruh haqdır, ona görə ki,
şəhadət
verən o üçüdür, yə'ni ruh, su və qan. Bu üçü birdir.»
Əhdi-cədiddən əlavə, məsihilikdə təslis ünvanı ilə tanınan şeylərin Midiyə
e'tiqadnaməsi olduğunu qeyd etmək olar. Bu e'tiqadnamə Midiyə şəhərinin
yepiskoplar şurası vasitəsi ilə Orta Asiyada yazılmışdır.
Bu şura Konistantin
imperatorunun göstərişi ilə miladın 325-ci ilində məsihilər arasında tövhidlə təslisin
ixtilafına son qoymaq üçün təşkil olunmuşdur ki, nəhayətdə “nəqiyyə” e'tiqadnaməsi
ünvanı ilə bir qətnamə verməklə sona çatdı. Məsihilər bu əqdnaməni rəbbani gecə
mərasimində oxuyurlar. Bu bəyanatda belə qeyd olunur: «Bizim vahid Allaha,
mütləq qadir ataya, görünən və görünməyən bütün şeylərin xaliqinə, İsanın vahid
Allahına imanımız vardır. O, Allahın oğludur ki, atadan dünyaya gəlmişdir; atanın
zatından dünyaya gələn övladdır, onun vasitəsi ilə bütün şeylərə varlıq verilmişdir.
Yerdə və göydə olanlar hamısı. Biz insanların xatirinə, bizə nicat vermək üçün yer
üzünə enərək cism halına düşdü; insan şəklinə düşdü, əzab-əziyyət
çəkdi və üçüncü
gündə (dəfn olunandan sonra) qalxıb asimanlara getdi. O, qayıdacaqdır ki, ölüləri və
diriləri mühakiməyə çəksin. Biz Ruhul-qüdusa iman gətirmişik». Həmçinin belə
deyilir: «İsanın mövcud olmadığı bir zamana inananlara,
yaxud vücuda
gəlməmişdən qabaq olmadığını, yaxud yoxluqdan varlığa çevrildiyini deyənlərə
lə'nət olsun! Bunlara lə'nət olsun; eləcə də lə'nət o kəslərə ki, Allahın oğlunun zatdan,
yaxud digər bir cinsdən olduğunu və həmçinin Allahın oğlunun məxluq və
dəyişilməyə qabil olan bir şey olduğunu iqrar edirlər!» Bu bəhslərdən aydın olur ki,
məsihiliyin Allah barəsində olan nəzərləri üçlük əsasındadır
və eyni zamanda
tövhidlə təslis arasında olan ziddiyyət aradan qaldırıla bilməz. Həmin mövzu da
məsihi firqələrindən bə'zilərini üçlük əslini tərk edib tövhidə yönəlmələrinə bais
olmuşdur. Onlardan biri də ilk məsihilərin yəhudiləri ünvanı ilə tanınan firqədir ki,
məsihilər arasında ən qədim firqə hesab olunur. Bu şəxslər nəqiyyə şurasından əvvəl,
hətta bəlkə Pulsdan da qabaq yaşayırmışlar. Həmçinin “şahdan Yəhuvəh” firqəsi də
hal-hazırda məsihiliyin bir firqəsi kimi mövcuddur və onlar tövhidə inanırlar. Amma
bu firqələri nəzərə almasaq, məsihilərin ata, oğul və Ruhul-qüdus barədə olan ümumi
nəzərləri, eləcə də bu üç varlığın “Salusu Əqdəs” adı
ilə ilahiləşdirilib əzəli
məqamda bilinməsi prinsipindən ibarətdir. Qur'ani-Kərimin məsihilik barədə olan
nəzəri məhz həmin əsas üzərində qərar tutmuşdur. Yə'ni, Qur'ani-Kərim məsihiliyi
üç Allaha inanan bir əqidə hesab edir və onları kafir adlandırır. O cümlədən
aşağıdakı ayədə buyurulur: