«Allah üçün (üç ilahinin) üçüncüsüdür!» - deyənlər, əlbəttə, kafir olmuşlar.
Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə
son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz
verəcəkdir (toxunacaqdır)».
Həmçinin başqa bir ayədə buyurulur:
«...(Allah barəsində) «üç deməyin». (Belə sözlərə) son qoyun. Həqiqətən Allah
tək bir tanrıdır.»
SUALLAR
1. Üç üqnum nədir?
2. Məsihi alimlərinin təslis barəsindəki nəzərləri necədir?
3. Məsihilərin təslis əqidəsinə dəlalət edən ən mühüm dəlil və mənbələri
hansılardır?
4. Qur'ani-Kərim məsihilərin Allah barəsində olan əqidələrini necə bəyan edir?
242
ƏLLİNCİ DƏRS
MƏSİHİLİYİN ƏQİDƏLƏRİ (2)
Keçən dərsdə Məsihiliyin Allahşünaslıqla əlaqədar əqidəvi bəhsinin birinci
mehvəri araşdırıldı. Bu dərsdə isə yerdə qalan iki mehvəri aydınlaşdıracağıq.
İKİNCİ MEHVƏR
HƏZRƏT MƏSİHİN İNSAN SURƏTİNDƏ NAZİL OLMASI
Məsihilər inanırlar ki, Məsihin əzəli və ilahi həqiqəti insanlara nicat verib, onları
hidayət etmək üçün insan surətində cism formasına düşmüşdür; İsanın özü də həmin
cismləşmiş həqiqətdir. İlahi yönə malik olan bu təcəssümün necəliyi barədə qədim
zamanlardan məsihi alimləri arasında ixtilaf mövcuddur. Bə'ziləri İsa Məsihin insani
və ilahi olan iki zatının vəhdətinə tə'kid edir, digər bir qurup isə bu ikisinin arasında
ikilik xarakterinin olduğuna inanırdılar. Nəhayət 451-ci Miladi ilində məsihi
alimlərindən təşkil olunmuş «Çal si dun» şurası çalsidun e'tiqadnaməsi ünvanı ilə
verdiyi bəyanatda özünün ümumi nəzərlərini məsihi tə'limlərindən biri kimi təqdim
etdi. Bu bəyanatın əsasında bir vahid şəxsdə yə'ni, İsa (ə)-da iki təbiət və yaxud zat
yə'ni, bəşər və ilahi təbiət cəm olmuşdur. Eyni halda bu iki zatdan hər biri
özünəməxsus sifət və xüsusiyyətlərini qoruyub saxlayır. Başqa sözlə desək, bir nəfər
olan İsa Məsihin iki zatı yə'ni, həm insani, həm də ilahi zatı vardır. Və bu iki zati
gerçəklik bir-biri ilə eynidir. Biri ata Allahın zatı gerçəkliyi, digər biri isə hər bir
fərdin zatı gerçəkliyidir. “Çal si dun” e'tiqadnaməsində belə oxuyuruq: «Müqəddəs
ataya tabe olaraq, biz bütün insanlarla bu tə'limdə müttəhid olmuşuq ki, bir vücuda
- yalnız oğula - bizim Allahımız olan İsa Məsihə iqrar edək.
Bu vahid vücud həm ilahi olmaq baxımından, həm də insani yöndən kamil bir
varlıqdır. Bu vahid vücud həqiqətdə həm Allahdır və həm də bəşər. Bir yöndən
mücərrəd ruh, digər bir yöndən isə cismdən ibarət olan insandır. Buna əsasən o, ilahi
yönə malik olan vaxta qədər həmin ata - Allah zatı olan həqiqətə malik olur; insani
yöndən də bizim kimi insanlara oxşar bir quruluşa malikdir. Hər bir cəhətdən bizə
oxşardır, yalnız mə'sum olmamaq və günah ehtimalında oxşarlığımız yoxdur.
O, zamanın meydana gəlməsindən qabaq özünün ilahi yönü cəhətindən ata vasitəsi
ilə icad olunmuşdur. İndi də insanlara görə və bizim nicat tapıb qurtuluşa
çıxmağımız üçün bakirə və müqəddəs Məryəmdən dünyaya gəlmişdir ki, bu
baxımdan özünün insani yönündən ilahi xüsusiyyət daşıyır.
243
Biz din alimləri şurası həmçini tə'lim veririk ki, bəşəri idrak üslubumuz bu yeganə
Məsihdən (oğul, ata Allahın yeganə mövludu) iki təbiət, yaxud mahiyyət yolu ilədir.
Bu bir-birindən ayrı olan iki zatı, o birisi ilə səhv salmadan və eləcə də o ikisindən
hər birinin digərinə çevrilməsini demədən, yaxud onları tamamilə bir-birindən ayrı
olan varlıqlara bölmədən, yaxud onları özümüzün təzadlı fəaliyyət və çərçivəsi
hesabında bir-birinin qarşısında qərar vermədən qəbul edirik. O ikisindən hər birinin
fərqlənən ayrıca xüsusiyyətləri və onların kamil ittihadı heç bir vəchlə inkar
olunmur. Buna əsasən hər iki təbiət bir bir şəxsdə qərar tutur və idrak olunmağa qabil
olan bir həqiqətə çevrilir. Onlar (o iki zat) iki şəxs təsəvvür olunmaları ilə iki yerə
bölünmür və ya bir-birindən ayrılmır; yaxud bunun əksinə, həmişə birlikdədir və
birdir. Həm oğul, həm də təkcə Allahın mövludu olan kəlmə yə'ni, İsa Məsih Allah.
FİDA
Məsihilər həzrət İsanın (ə) əzəli bir həqiqətinə və ilahiləşdirilmiş bir məqamına
inandıqlarından, əlavə olaraq, Məsih, yaxud oğul Allahın bəşər cismi, şəkli və eləcə
də ona xas olan xüsusiyyətlərlə təcəssüm etməsinə də etiqad bəsləyirlər ki, o,
insanları hidayət etmək və bəşəriyyətin xilaskarı olmaq üçün belə bir fədakarlıq
etmişdir.
Həzrət Məsihin vasitəsilə bəşəriyyətin hidayət olunub, xilas edilməsi onun
peyğəmbərliyi və nübüvvəti ilə olduğundan (özü də ilahi peyğamın yalnız
çatdırılması səviyyəsində, bundan artıq yox) qəbul olunasıdır və burada heç bir
mübahisəyə ehtiyac yoxdur. Amma məsihilər inanırlar ki, həzrət İsa (ə) təkcə ilahi
peyğamların təbliğ olunması yolu ilə bəşəriyyətin nicatına çalışmamış, ilk kökləri
həzrət Adəm (ə)-da olan günahlarımızın xatirinə dara çəkilməyə razı olmuşdur ki,
bizim günahlarımız bağışlansın.
Məsihilərin inancına görə, həzrət Adəmin mürtəkib olduğu xəta və bunun
nəticəsində behiştdən qovulması, əvvəla, Adəm övladının Allahdan uzaqlaşmasına
səbəb oldu, ikincisi də o günah və xətalar irsi yolla sonrakı nəsillərə ötürüldü və
nəticədə bəşər nəslində günahın bünövrəsi qoyuldu; insanlar günah işlər görməyə
başladılar.
İndi bəşəriyyətin günahkarlığına diqqət yetirməklə, Allah öz ədaləti əsasında
Adəm övladlarını cəzalandırmalıdır. Amma digər tərəfdən də Allahın rəhmət sifəti
tələb edir ki, onların günahları bağışlansın. Bu iki sifətin (ədalət və rəhmətin) cəm
olunması yolu bundan ibarətdir ki, yalnız Allahın oğlu bəşər surətində zühur etsin,
insan kimi yaşasın və bəşərin zülmü əsasında da dara çəkilsin ki, onların
günahlarının kəffarəsi olsun.
Bu barədə Əhdi-cədiddə belə deyilir: «Hər kəs əvvəl olmaq istəsə, gərək hamının
qulu olsun. Çünki insanın oğlu (İsa) xidmətçi olmaq üçün gəlməmişdir; gəlmişdir ki,
başqalarına xidmət etsin və öz canını çoxlarının yolunda fəda etsin.»
244
Yenə də belə deyilir: «Hər kəs ona iman gətirsə, əbədi həyata sahib olar. Çünki
aləmlərin Rəbbi o qədər məhəbbət göstərmişdir ki, Özünün yeganə oğlunu vermişdir
ki, hər kəs ona iman gətirsə həlak olmasın və əbədi həyata sahib olsun. Çünki, Allah
Öz oğlunu aləmə məhkum edilmək üçün göndərmədi; göndərdi ki, onlara nicat
versin.» Başqa bir yerdə isə belə deyilir: «Amma Allah bizə olan məhəbbətini tam
mə'nada sübut etmişdir, çünki biz hələ günahkar olduğumuz vaxtda Məsih bizim
xatirimizə öldü. Onun qanının tökülməsinə görə biz tam mə'nada yaxşı adamlar
sayılacağıq və buna görə də onun vasitəsi ilə Allahın qəzəbindən uzaq olacağıq. Biz
Allahla düşmən olduğumuz vaxt O, Öz oğlunun ölümü ilə bizim düşmənçiliyimizi
dostluğa çevirdi.»
Dostları ilə paylaş: |