SeyiD ƏHMƏd mahmudi /j


hansısa bir mö'cüzə və ya kəraməti olmuşdur”



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə86/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   82   83   84   85   86   87   88   89   ...   200
Dinlərlə tanışlıq

hansısa bir mö'cüzə və ya kəraməti olmuşdur” deyə cavab veriləcəkdir. Hindus 
tarixi əfsanələrində çayın


124 
burulduğu hər bir yer, hər bir dağın zirvə və qabarıqlığına aid hekayə var və bu 
hekayənin məzmunu orada Şiva və Şaktinin zahir olması, yaxud Rama ya Krişnanın 
mö'cüzə, kəramət göstərməsindən ibarətdir. Mö'min və e'tiqadlı hindusların 
nəzərində saleh əməllərdən və bəyənilən ibadətlərdən biri də çayın mənbəyindən sağ 
tərəfin kənarında su ilə eyni axarda hərəkət edərək bu işi çayın dənizə qovuşduğu 
yerə qədər davam etməkdir. Daha sonra həmin yolu çayın sol tərəfindən geri 
qayıdaraq bu əməli ibadət və dərgaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirsinlər. 
Yol boyunca hər hansı bir mə'bədlə qarşılaşsalar dayanıb orada zikr-dua etməli, 
müqəddəs kitabları oxuyub özləri üçün savab ehtiyatı toplamalıdırlar. Eyni zamanda, 
ziyarətgahlardan bə'ziləri hinduslar üçün xüsusi e'timada layiqdirlər. Belə ki, 
ehtiyacı olan insanlar hər il ziyarət məqsədi ilə uzaq-yaxın şəhərlərdən oraya 
axışırlar. Əlbəttə, yol boyu bir çox ziyarətgahlara da baş çəkib ibadət edirlər. Qeyd 
etmək lazımdır ki, bu ibadətgahların heç də hamısında ibadət etmək hinduslara 
müyəssər olmur. 
4. QANQA ÇAYI 
Qanq çayı hindusların e'tiqadına görə Şiva, Rama, Krişna, yaxud hər hansı hindus 
mə'budlarından birinin zühur və təcəlli yeri sayılan çaylardan daha müqəddəs və 
əhəmiyyətlidir. Hindusların dini əfsanələrində nəql olunur ki, “ana” da adlandırılan 
Qanqa çayı səmada Vişnunun ayağından qaynaqlanmışdır. Sonra Şivanın başının 
ortasına enmiş, onun saçlarından axmış və başdan-başa Hindistan torpaqlarına 
yayılmışdır. Bu çay Himalay dağları arasında, hindusların ən mühüm ibadət 
mərkəzlərindən sayılan Hardvar adlı yerdən qaynaqlanır. Mö'min, xəstə və ehtiyacı 
olanların öz diləklərini diləmələri, xəstəlikdən şəfa tapmaları və günahlardan 
təmizlənmələri üçün özlərini çayın suyu ilə yumaları məqsədilə bu yerdə, çayın hər 
iki sahilində yüzlərlə hamam tikilmişdir. 
Cəmna və Qanqa çaylarının qovuşduğu yer də hindusların müqəddəs 
məkanlarından sayılır. Bu məkanda bir zaman hinduslar üçün müqəddəs sayılmış, 
indi isə qurumuş Səlsuti çayı da Cəmna və Qanqa birləsirdi. Çayların qovuşduğu bu 
yerdə hal-hazırda tarixi Allahabad şəhəri salınmışdır və bu yer hər il milyonlarla 
hindus ziyarətçini qoynuna alır. Onlar Məla adlanan böyük toplantıda bir yerə 
yığışaraq dini ibadət və ayinləri birlikdə yerinə yetirirlər. Qanqa çayının Benqal 
körfəzindəki qolu digər mühüm və müqəddəs məkanlardan sayılır. Bu çayın 
deltasında yerləşən Suqur adası da hər ilin ilk günündə minlərlə hindusun qüsl, 
ziyarət və ibadət əməllərinin yerinə yetirdiyi məkanlara çevrilir. Qanqa çayının 
sahilində yerləşən Benares şəhəri də hindusların müqəddəs məkanlarındandır və hər 
il saysız-hesabsız ziyarətçi Qanqa çayında qüsl etmək məqsədi ilə Hindistanın hər 
bir yerindən ora tələsirlər. Hinduslar inanırlar ki, bu məkanda qüsl etmək onları 
bütün günahlardan təmizləyir. Buna görə də, çayın sahilində zəvvarların qüsl 
verməsi üçün “qat” adlanan çoxsaylı yerlər inşa olunmuşdur. Hinduslar ziyarət 
mövsümündə Qanqa çayının sahilində vəfat


125 
edənlərə, xüsusilə də ölüm anında ayaqları suda olana daha çox səadət və 
xoşbəxtliyin nəsib olduğuna inanırlar. Onların e'tiqadına görə belə bir şəxsin ruhu 
asimana gedir və Şivanın qonşuluğunda əbədi şadlıqda həyat sürür. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin