134
Kəbirin e'tiqadları barəsində dərindən düşündükdə onun İslam dininin bir sıra
e'tiqad və təfəkkürlərini, o cümlədən tovhidi, xalis ibadəti İslamdan götürdüyünü,
sonradan onları hinduizmdəki karma və tənasüx əqidəsi ilə birləşdirdiyini görərik.
Eyni halda qeyd etmək lazımdır ki, Kəbir həqiqətən hinduizm və İslamın sintezindən
ibarət yeni bir ayin yaratmaq fikrində olmamış, şagirdi Nanak onun bu düşüncələri
əsasında belə bir iş görmüşdür. Bir qrup insan mürid kimi onun ətrafına yığıldıqdan
sonra o öz əqidəsini onlara öyrətmiş, müridləri ilə münasibəti müəllim-şagird
münasibəti olduğuna görə onun ayinini “siqh” - bu Pəncab dialektində şagird
deməkdir - adlandırmışlar. Nanakın vəzifəsi “quru” (müəllim) idi və siqh adı bu
baxımdan onun ayininə aid edilir.
Dostları ilə paylaş: