Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə119/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   115   116   117   118   119   120   121   122   ...   162

XƏVARICIN KÖKLƏRI


Xəvaricin kökü müəyyən mənada Peyğəmbər (s) dövrünə gedib çıxır. Bunlar o həzrətin dövründə öz fikir və ideyalarını bildirir, itaətsizlik və təslim olmamaq ruhiyyələrini göstərən müəyyən sözlər deyirdilər. Onlardan bir neçə nümunə qeyd edirik: Peyğəmbəri Əkrəm (s) "Hüneyn" müharibəsinin qənimətlərini müəyyən məsləhət üzündən bölüşdürdü və uzun illər boyu islama qarşı müharibə etdikdən sonra təzəcə müsəlman olan müşriklərlə ülfət yaratmaq üçün onlara daha çox qənimət verdi. Bu vaxt Hərqus ibni Züheyr etiraz edib ədəbsizliklə Peyğəmbər (s)-ə dedi:–"Ədalətlə böl!" Onun bu sözü Peyğəmbər (s)-i narahat etdi, buyurdu: "Vay olsun sənə! Əgər mən ədalətli olmasam, bəs kim olacaq?!" Bu vaxt Ömər onun boynunu vurmağı təklif etdi, lakin Peyğəmbər (s) qəbul etmədi, onun təhlükəli gələcəyindən xəbər verərək buyurdu: "Onu boşlayın! Onun elə ardıcılları olacaqdır ki, onlar din işlərinə həddindən artıq baş soxacaq, oxun kamandan çıxması kimi dindən çıxacaqlar."242

Buxari "Əl-müəllifətül-qülub" kitabında bu hadisəni ətraflı şəkildə bəyan edərək yazır: Peyğəmbər onun (Hərqusun) özü və onun dostlarının barəsində belə buyurdu: "Onlar dindən oxun kamandan çıxdığı kimi çıxacaqlar."

Peyğəmbər (s) "oxdan atılmaq" mənasını verən "mərq" sözünü işlətmişdir. Yəni, bu qrup dini dolaşıq və əyri şəkildə dərk edərək elə bir yerə çatdılar ki, dinin həqiqətindən uzaq düşdülər və müsəlmanlar arasında onlara "mariqin" ləqəbi verildi.243 Hərqus özünün etirazçı və üsyankarlıq ruhiyyəsi ilə şeyxeynin xilafəti dövründə sükut möhrünü sındırıb onların seçki üsuluna və tutduqları yola etiraz etməli idi, lakin bu barədə tarixdə heç bir şey nəql edilməmişdir. Yalnız Ibni Əsir "Kamil"də bunu qeyd etmişdir ki, Əhvaz fəth olunanda Hərqus xəlifə tərəfindən islam ordusunun sərkərdəliyini öhdəsinə almışdı. O, Əhvaz və Dovrəq fəth olunandan sonra Ömərin ona yazdığı məktubu öz kitabında qeyd etmişdir.244 Təbəri yazır ki, 35-ci hicri ilində başda Hərqus olmaqla bəsrəli qiyamçılar Mədinəyə gəlmiş, misirli və kufəli qiyamçılarla birgə Osmanın hökumətinə etiraz etmişdir.245

Bundan sonra tarixdə onun adı və əlamətləri barədə daha başqa heç bir şey qeyd olunmamışdır. Amma Imam (ə) Əbu Musanı qazi ünvanı ilə göndərmək istəyəndə Hərqus gözlənilmədən Zərqət ibni Nuh Tai ilə birlikdə Imam (ə)-ın yanına gəldi və onların arasında kəskin mübahisələr baş verdi. Biz o mübahisələri qeyd edirik:

Hərqus:–Etdiyin xətadan tövbə et və həkəmeyni qəbul etmək fikrindən qayıt! Bizi düşmənlə mübarizəyə göndər, onlarla döyüşüb Allahın görüşünə nail olaq.

Imam (ə):–Həkəmiyyət məsələsi ortaya atılanda bunu sizə dedim, lakin siz mənimlə müxalifət etdiniz. Indi ki, əhdnamə bağlandı, bizdən qayıtmağımızı istəyirsiniz?! Halbuki Allah-Taala buyurur: "Ilahi əhd-peymanlara, əhd-peyman bağladığınız vaxt vəfalı qalın və öz andlarınızı möhkəmlədəndən sonra sındırmayın, halbuki Allahı bu andlarınıza zamin seçmisiniz. Allah etdiklərinizdən agahdır."

Hərqus:–Bu bir günahdır, gərək ondan tövbə edəsən!

Imam (ə):–Heç bir günah olmamışdır, yalnız fikirdə və əməldə bir növ süstlük baş vermişdir ki, bu da sizin tərəfinizdən mənə qəbul etdirildi. Mən elə o vaxt onu sizə dedim və qarşınızı aldım.

Zərqət ibni Nuh:–Əgər həkəmiyyətdən əl çəkməsən, Allahın razılığını kəsb etmək üçün səninlə vuruşacağıq!

Əli (ə):–Yazıq bədbəxt! Sənin ölü cəsədini döyüş meydanında görürəm ki, külək onun üstünə torpaq tökür.

Zərqət:–Qoy belə olsun!

Əli (ə):–Şeytan sizin ikinizi də yoldan azdırmışdır!

Hərqusun həm Peyğəmbər (s)-lə, həm də Əli (ə)-la olan həyasızcasına mübahisələri onu adi bir müsəlman hesab etdiyimiz vaxt gözlənilməz olardı. Halbuki islam müfəssirlərinin fikrincə, o, münafiq idi və "Tövbə" surəsinin 58-ci ayəsi onun barəsində nazil olmuşdur: "Münafiqlərdən bəziləri qənimətin bölüşdürülməsində sənə irad tuturlar. Əgər onlara bir pay verilsə, razı olar, əgər məhrum olsalar, gözlənilmədən qəzəblənərlər."246


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin