IKI QAZININ (HƏKƏMEYNIN) SEÇILMƏSI
Aydındır ki, Quranın özü danışmır və Quranı dərk edənlər onu nitqə gətirməli, ona baxıb Allahın hökmünü çıxarmalıdırlar ki, düşmənçiliyə son qoyulsun. Bu məqsədlə qərara alındı ki, bir neçə nəfər şamlılardan, bir neçə nəfər də iraqlılardan seçilsin. Şamlılar Müaviyəyə qeydsiz-şərtsiz tabe idilər. O hər kəsi seçsəydi, ona rəy verəcəkdilər. Hamı da bilirdi ki, o bu fitnənin əsasını qoyan Əmr Asdan başqa heç kimi seçməyəcək. Yaxşı deyiblər ki, şamlılar məxluqa itaət etməkdə hamıdan müti, Xaliqə asi olmaqda hamıdan irəli idilər.
Amma sonralar "xəvaric" adlanan "təzyiq qrupu" Imam (ə)-a iki şeyi qəbul etdirdilər (onlar sonradan həkəmiyyəti kəbirə günah sayır və onu qəbul etdiklərinə görə tövbə edirdilər, üstəlik Əli (ə)-dan da "tövbə etməsini" tələb edirdilər):
1-Həkəmiyyəti qəbul etmək (yəni münaqişəni, hər iki tərəfdən hakim seçməklə həll etmək);
2-Imam (ə)-ın rəy verdiyi adamları yox, öz istədiklərini seçmək.
Tarixin başdan-başa ibrət dərsi olan bu hissəsini aşağıda qeyd edirik:
Təzyiq qrupu:–Biz həkəmiyyətə Əbu Musanı seçirik.
Imam (ə):–Mən heç vaxt bu işə razı olmaram və ona belə bir haqq vermərəm!
Təzyiq qrupu:–Biz də ondan qeyrisinə rəy vermirik. Çünki ilk gündən bizi müharibədən saxlayaraq onu böyük fitnə hesab edən yalnız o idi.
Imam (ə):–Əbu Musa xilafətimin ilk çağlarında məndən ayrıldı və camaatın mənə kömək etməsinə mane oldu, cəzalandırılmaqdan qorxduğu üçün də qaçdı. Nəhayət ona aman verdim, o da mənə tərəf qayıtdı. Mən həkəmiyyətə Ibni Abbası seçirəm.
Təzyiq qrupu:–Biz səninlə Ibni Abbasın arasında heç bir fərq görmürük. Elə bir adamı seç ki, sənə və Müaviyəyə qarşı eyni fikirdə olsun.
Imam (ə):–Malik Əştəri bu işə seçirəm.
Təzyiq qrupu:–Malik müharibə odunu qızışdırmışdır. Biz də məhz onun hökmünə ! görə məhkum olunmuşuq.
Imam (ə):–Malikin hökmü nədir ki?
Təzyiq qrupu:–O, camaatı bir-birinin canına salaraq səninlə özünün istədiyini yeritmək istəyir.
Imam (ə):–Əgər Müaviyə özünə hakim seçməkdə tam azaddırsa, onda Qüreyşdən olan bir nəfər (Əmr As) qarşısında Qüreyşdən olan bir nəfərdən (Ibni Abbasdan) başqası münasib deyildir. Siz də onun müqabilində Əbdüllah Ibni Abbası seçin, çünki Əmr As işə nə qədər düyün vursa, Ibni Abbas onları açar və o nə qədər düyün açsa, Ibni Abbas onu bağlayar. Ibni Abbas onun möhkəmlətdiyi işi süstləşdirər, süstləşdirdiyi işi möhkəmlədər.
Əşəs:–Əmr Asla Əbdüllah Ibni Abbas hər ikisi Müzər qəbiləsindəndir. Müzərdən olan iki nəfər bir-biri ilə qəzavət etməməlidirlər. Əgər biri Müzərdən olsa, (Məsələn, Əmr As) ikincisi hökmən yəmənli olmalıdır (Əbu Musa Əşəri)!
(Heç kəs Əşəsdən bu qanunu haradan çıxardığını soruşmur.)
Imam (ə):–Qorxuram ki, sizin seçdiyiniz yəmənli aldansın, çünki Əmr As elə bir adamdır ki, öz məqsədinə çatmaqda heç nədən çəkinmir.
Əşəs:–Allaha and olsun, əgər o iki həkəmdən biri yəmənli olsa, hətta bizim istəyimizin əksinə qəzavət etsə belə, bizim üçün daha yaxşıdır; əgər hər ikisi Müzər qəbiləsindən olsa, bizim istəyimiz kimi qəzavət etsə də belə, bizim üçün xoşagəlməzdir.
Imam (ə):–Indi ki, Əbu Musa Əşəri üçün bu qədər israr edirsiniz, onda özünüz bilin. Nə istəyirsinizsə, onu da edin!207
Əbu Musa Əşəri Kufənin valisi olanda Cəməl müharibəsini yatırtmaq üçün camaatın Imam (ə)-a kömək etmələrinin qarşısını almışdı. O bəhanə gətirib deyirdi ki, Peyğəmbər (s) buyurmuşdur: "Hər vaxt mənim ümmətimin arasında fitnə yaransa, kənara çəkilin." Indi isə həkəmiyyətdə Imam (ə)-ın nümayəndəsi olmaq istəyir! Şübhəsiz, o, sadəlövh olmaqdan əlavə, Imam (ə)-la müxalif olduğuna görə onun xeyrinə rəy verməyəcəkdi.
Imam (ə) təzyiq qrupunu öz yanlış və azğın fikirlərindən döndərmək üçün heç nəyi əsirgəmədi. Buna görə də bütün sərkərdələri bir yerə yığıb ümumi bir yığıncaqda məsələni belə aydınlaşdırdı: Agah olun! Şamlılar öz istədiklərini, ən yaxın adamları olanları seçdilər, siz isə xoşunuza gəlməyən adamlar arasında ən yaxın olanı (Əbu Musanı) həkəmiyyətə seçdiniz. Sizin işiniz Əbdüllah ibni Qeys (Əbu Musa Əşərinin adıdır) kimilərlədir. O dünən deyirdi: "Müharibə fitnədir; kamanlarınızın bəndlərini qırın və qılıncları qınına qoyun." Əgər o doğru danışandırsa, nə üçün öz xoşuna döyüşdə iştirak etdi?! Əgər yalançıdırsa, deməli müttəhim olunur. Əmr Asın sinəsini Əbdüllah Ibni Abbasın düyünlənmiş yumruğu ilə sındırın, möhlət verənlərdən istifadə edin və islam sərhədlərinin (nəzarətini) ixtiyarınıza alın. Məgər görmürsünüz ki, şəhərləriniz təcavüzə məruz qalmış, ölkələriniz düşmən oxlarına hədəf olmuşdur?!208
Imam (ə)-ın sözləri sərkərdələrə yalnız bu qədər təsir qoydu ki, onlar o həzrətlə təklikdə görüşdülər. Əhnəf ibni Qeys Imam (ə)-a dedi:–Mən Əbu Musanı yoxlamışam, idrak qüvvəsi çox da güclü deyil. Əvvəllər də islama qarşı vuruşmuşdur. Əgər istəyirsinizsə, həkəmiyyətə məni seçin. Əgər bunu məsləhət görmürsünüzsə məni ikinci, yaxud üçüncü hakim təyin edin, görün Əmr Asın vurduğu düyünləri necə açar, açdığı düyünləri necə bağlayaram.
Imam (ə) Əhnəfin nümayəndəliyini irəli sürdü, lakin onlar o qədər inadkar və azğın idilər ki, Əbu Musadan başqasına rəy vermədilər. Onun seçilməsi o qədər xəsarətli idi ki, şamlı bir şair öz şerində bunu belə aşkara çıxarmışdı:
Dostları ilə paylaş: |