Tacir Səmimi (Qurbanov)
AMEA-nın böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru.
Giriş
Ədəbiyyat nəzəriyyəsində şeir formaları az araşdırıl-mış sahələrdəndir. Bu sahənin tədqiqi ilə bağlı aşağıdakı problemləri qeyd etmək olar:
- Şeirin əsas forma elementlərindən olan qafiyə anadilli şeirimiz üçün müasir yanaşma ilə köklü şəkildə araşdırılmamışdır;
- Heca vəzni ümumilikdə araşdırılsa da, onun bölgü məsələlərinə əsasən səthi yanaşılmış, bəzən yanlış, şab-lon xarakterli müddəalar irəli sürülmüşdür. Heca vəzninin uzun və qısa hecalar baxımından ritmik xüsusiyyəti haq-qında isə ümumiyyətlə danışılmamışdır;
- Əruz vəzni, onun mənşəyi və heca vəzni ilə əlaqəsi haqqında yanlış baxışlar ədəbiyyatşünaslığımızda qal-maqdadır;
- Sərbəst şeir forması demək olar ki, ümumiyyətlə araşdırılmamışdır və ona görə də sərbəst şeirə münasi-bətdə fikir ayrılıqları, mübahisəli məqamlar var;
- Şeir formalarının məhdudiyyətləri və funksiyaları heç vaxt ayrıca tədqiqat predmetinə çevrilməmiş, bu mə-sələlər haqqında yalnız sözarası danışılmışdır;
- Mahnılar üçün mətn seçimi, mətnlə musiqinin rit-mik və tonik uyğunluq məsələləri də ayrıca tədqiq edilmə-miş, bu isə nəticədə bir çox bəstəkar mahnılarının bu ba-xımdan qüsurlu olmasına gətirib çıxarmışdır.
Kitabda bu problemlər araşdırmaya cəlb edilmişdir. Belə ki, burada şeirin əsas forma elementlərindən olan qafiyə müasir yanaşma ilə köklü şəkildə araşdırmaya cəlb edilmiş, heca vəzninin bölgü və ritm məsələsinə yeni baxış irəli sürülmüş, sərbəst şeirin mahiyyəti və növləri geniş araşdırılmış, əruz vəzni, şeir formalarının yaranma tarixi, onların məhdudiyyətləri və funksiyaları, mahnılarda mətn problemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış ritmik vahidlər və s. haqqında danışılmışdır.
Dostları ilə paylaş: |