Dayağının xüsusiyyətinə görə qafiyələnmənin aşağıdakı növlərini müəyyən edə bilərik:
1. Sait-samit səs cütlüyü (qapalı heca) dayağı ilə qafiyələnmə (güclü qafiyələnmə). Belə qafiyələnmə üçün söz ehtiyatı kifayət qədər çoxdur və çox geniş yayılmış-dır. Şairlər, aşıqlar və meyxanaçılar qafiyələnmədə sait-samit səs cütlüyünün nə dərəcədə əhəmiyyətli olduğunu gözəl bilirlər. Eyni səsli (an-qan-yaman-balaban və s.), yaxın saitli (əl-el-gül-dil və s.) və hətta yaxın samitli (həyat-murad və s.) variantlarını fərqləndirmək olar. Mi-sallara baxaq.
Eyni səsli variant:
Vətəni sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz.
A.Səhhət
Yaxın saitli variant:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!
S.Rüstəm
Yaxın samitli variant:
Bu dil şirinlikdə şərbət kimidir.
Saflığı qorunun sərhəd kimidir...
T.Bayram
2. Samit-sait səs cütlüyü (açıq heca) dayağı ilə qafiyələnmə (zəif qafiyələnmə). Məsələn, dünya-dərya-röya, ayna-aşna, kölgə-cərgə və s. Samit-sait səs cüt-lüyü oxşar tələffüz təəssüratını yüksək səviyyədə yarada bilmədiyindən belə qafiyələnmə xalis qafiyələnmə deyil və eyni zamanda bunun üçün söz ehtiyatı da azdır. Klas-sik əruzvəznli poeziyada demək olar ki, istifadə olunma-mışdır. Misal:
Bu necə dünyadır, bu necə dünya?
Ölümü həqiqət, həyatı röya.
B.Vahabzadə
3. Tək sait dayağı ilə qafiyələnmə. Bu növün şəkilçi qəbul etmiş və etməmiş variantları var.
Dostları ilə paylaş: |