“Konstruksiyanın texnolojiliyə işlənməsinin əsas texniki istiqamətləri
və onun mərhələlərlə işlənməsi”
Detalların və yığma vahidlərinin konstruksiyasının texnolojiliyə işlənməsi
zamanı aşağıdakı texniki istiqamətlərə diqqət yetirilməsi tövsiyyə edilir:
1. Tökmə üsulu ilə pəstahların alınması. Tökmə üsulu ilə pəstahların
alınmasında əsas diqqət tökmə prosesinin metodunun düzgün müəyyən
edilməsidir. Bu halda müəssisədə ən çox tökmə prosesində istifadə edilən
çuqun, polad və başqa ərintilərdir. Bu üsulla alınan pəstahlarının divarlarının
qalınlığının eyniliyini təmin etmək, tökmə zamanı alınan əyrilik radiuslarının,
qabırğalarının tələb edilən dəqiqliklə alınmasına nail olmaqdır. Tökmə
prosesindən sonra alınan pəstahlarda mexaniki emal aparılmırsa, cizgidə onun
kələkötürlüyünə verilən hədd qiymətləri tökmə prosesində alınmalıdır.
2. Ştamplama üsulu ilə alınan pəstahlarda ştamplama mayillikləri onların
ştampdan düzgün çıxarılması, materialın axıcılıq qabiliyyəti öyrənilməklə
ştamplama pəstahlarının düzgün hazırlanmasına nail olmaq lazımdır. Bu halda
materialların düzgün seçilməsi ştamplama əməliyyatından əvvəl onların
qızdırılması, temperatur rejiminin düzgün seçilməsi, külli və iri seriyalı
istehsalda müxtəlif profilli yayma materiallarından istifadə edilməsi məqsədə
uyğun hesab edilir.
3. Kəsmə üsulu ilə emal vasitəsilə detalların hazırlanmasında ilk əvvəl
kəsmə rejim elementlərinin düzgün seçilməsinə nail olunmalı, yuvaların və
səthlərin emalında kəsici alətin emal prosesi zamanı çıxış uzunluğu detalın
cizgisində göstərilməlidir. Yuvaların emalında çalışmaq lazımdır ki, detalların
konstruksiyasında çox uzun yuvaların olmasına yol verilməsin. Emal dəqiqliyi
və səthlərin təmizliyinə nail olmaq üçün detalların konstruksiyasında onların
dəzgahda düzgün yerləşdirilməsi üçün baza səthləri nəzərə alınmalıdır.
4.
Qaynaq üsulu ilə hazırlanan maşın və yığma vahidlərində materialların
konstruksiyasının düzgün seçilməsinə diqqət yetirmək lazımdır. Bu üsulla
alınan pəstahlar bir neçə detalların qaynaq üsulu ilə birləşməsindən əmələ gəlir.
əsas vacib cəhətlərdən biri qaynaq materiallarından asılı olaraq elektrodların
düzgün seçilməsi və düzgün qaynaq üsullarının müəyyən edilməsidir. Qaynaq
üsulunun tətbiqində ən əsas istehsal üsulunun proqramı nəzərə alaraq, qaynağın
yarımavtomat, avtomat, kontakt üsulu ilə qaynağın aparılmasına səy göstərmək
lazımdır.
5. Termiki emal edilən detallar. Termiki emalın aparılmasında əsas
məqsəd detalın bərkliyinin, üst qatının möhkəmləndirilməsinin və mexaniki
xassələrinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə termiki emal rejimi düzgün
seçilməlidir. Bu işin yerinə yetirilməsində də iqtisadi effektliyin nəzərə
alınması vacib məsələlərdən biridir. Adətən detalların üst səthinin
möhkəmləndirilməsi üçün termiki peçlərdə onların müəyyən temperatura qədər
qızdırılması və termiki emal rejiminə uyğun uyğun soyudulması ilə detalın
səthinin möhkəmləndirilməsi aparılır. Odur ki, termiki emal prosesinin
seçilməsində daha məhsuldar, yüksək tezlikli cərəyanla termiki emal üsuluna
üstünlük vermək lazımdır.
6. Yığma prosesinin yerinə yetirilməsi üçün çalışmaq lazımdır ki,
məmulun konstruksiyası qrup, altqrup, düyüm, altdüyümlərdən ibarət olsun ki,
yığma prosesinin daha effektli yerinə uetirilməsi təmin edilsin.
Konstruksiyanın elementlər üzrə texnolojiliyə işlənməsində çalışmaq
lazımdır ki, konstruksiya sadə formalı səthlərdən onun üzərində olan
birləşmələr standarta uyğun olmalı və səthlərin dəqiqlik və kələkötürlüyünə
verilən tələblər norma sənədlərinə uyğun olmalıdır.
Maşınqayırmada məmulun konstruksiyasının texnolojiliyə qiymət-
ləndirilməsində aşağıdakılar nəzərə alınmalıdır: cizgini yoxlayan texnoloq
nəyinki müasir texnologiyanı yaxşı bilməli, həmçinin konstruksiyanı
perspektiv
nöqteyi-nəzərincə
qiymətləndirə
bilməlidir.
Odur
ki,
konstruksiyanın işlənməsi texnoloqla konstruktorun birgə işləməsi əldə
edilməlidir. Bu göstərilən qayda ГОСТ 14.201-83 ilə müəyyən edilmişdir və
konstruksiyanın işlənməsində bu standartda göstərilən müddəalar nəzərə
alınmalıdır.
Dostları ilə paylaş: