Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə23/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   19   20   21   22   23   24   25   26   ...   54
Ədəbi tənqid. cavab

Yuliya Kristeva (Julia Kristeva)

Yuxarıda qeyd etdiyimiz kimi, mətnlərarası əlaqə nəzəriyyəsinin formalaş-masında və bu terminin filologiya elminə daxil edilməsində Yuliya Kristevanın böyük rolu olmuşdur. Onun “Semiotika”, “Poetik dilin inqilabı”, “Romanın mətni” kimi əsərlərində xüsusilə mətnlərarası əlaqə problemindən bəhs edilmişdir. O, Baxtinin dialogizm nəzəriyyəsindən çıxış edərək, diskursun həm söyləyənin, həm də dinləyənin ortaq məhsulu olduğu kimi, mətnin də hər zaman əvvəlki mətnlərin kəsişmə nöqtəsində yer aldığını vurğulamışdır.

Yuliya Kristevaya görə, “metinlerarası bir metnin önceki bir metni yinelemesi değil, sonsuz bir süreç, metinsel bir devinimdir”. Ənənə və yenilənmə kontek-stində bu cür “mətn hərəkətliliyi” onlar arasında müxtəlif açıq və gizli paralelliklərin olmasını irəli sürür. Bu nəzəriyyəyə görə, müstəqil bir mətn yoxdur, müxtəlif müəlliflər tərəfindən yaradılan mətnlər özündən əvvəlkilərdən müəyyən izlər daşıyır. Buna görə də mətnlərarası əlaqədə “alt mətn və ana mətn”, “əvvəlki mətn və sonrakı mətn”, “gövdə mətn və yarpaq mətn” kimi anlayışlar üzə çıxır. Bu ikili mətn tiplərinin birinci tərəfindəki mətn anlayışı ilə daha öncə yazılan, mövzu, fikir, ideya, üslub, dil, motiv və s. baxımdan təsiredici mətn nəzərdə tutulur. Ana mətn, sonrakı mətn, yarpaq mətn – deyildikdə isə təsirə məruz qalan, əvvəlki mətndən izlər daşıyan mətn başa düşülür. Mətnlərarası əlaqədə alt mətnlərin sayı müxtəlif ola bilər. “Metin bir alıntılar toplamıdır ve her metin eski metinlerden aldığı parçaları yeni bir bütün içerisinde yeni bir bağlamda bir araya getirir”.

Kristevaya görə, mətnin əsas səciyyəsi onun mətnlərarası olması ilə bağlıdır. Bunun səbəbi isə onun götürülən və ya təqlid edilən başqa ünsürləri özündə ehtiva etməsi deyil, onu ortaya çıxaran yazının əvvəlki mətnləri pozub yenidən dağıtması və yaratması prosesidir. Y.Kristeva mətnlərarası təhlildə sinxronluqdan daha çox diaxron araşdırmalara üstünlük vermişdir.

Mətnlərarası əlaqə metodunun digər metodlardan üstünlüyündən bəhs edərkən vurğuladığımız kimi, bu nəzəriyyə mətnin diaxron və çoxaspektli təhlilini ehtiva edir.


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin