Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə24/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
Ədəbi tənqid. cavab

Rolan Bart (Roland Barthes)

Mətnlərarası əlaqə nəzəriyyəsinin formalaşmasında rolu olan şəxsiyyətlərdən biri də Rolan Bartdır. Mətnlərin təhlilinin diaxron istiqamətdə aparılmasının vacibliyini dərk edən tənqidçilərdən biri kimi Rolan Bart, ümumiyyətlə, çoxlu mətnlər arasında müəllifi “öldürür”. “Müəllifin ölümü” adlı məqaləsində müəllifin deyil, dilin daha vacib olduğunu nəzərə çatdıran Rolan Bart qeyd edir: “...mətn vahid, teoloji məna ifadə edən (müəllif – Allahın “iradəsi”) xətti söz sırası deyildir, əksinə, elə bir çoxölçülü məkandır ki, orada yazının müxtəlif növləri bir araya gəlir, bəhsə girir və onlardan heç biri başlanğıc, ilkin hesab edilmir; mətn minlərlə mədəniyyət mənbələrini nişan verən sitatlardan hörülür”.

Mətnlərarası əlaqə ilk yarandığı dövrlərdə “mətnmərkəzli” olmuş, daha sonra isə “oxucumərkəzli” bir anlayış kimi izah edilmişdir. Müəllifin deyil, mətnlərarası əlaqədə oxucunun rolunun vacibliyini vurğulayan Rolan Bart yazır: “Yazının bütövlük mahiyyəti beləcə aşkarlanır: mətn fərqli mədəniyyətlərdən gələn, biri digəri ilə dialoji, parodik, mübahisəvi münasibət¬lərə girən çeşidli yazı növlərindən qurulur, ancaq bütün bu çox¬luq müəyyən bir nöqtəyə fokuslanır və bu nöqtə indiyəcən israr olunduğu kimi müəllif yox, oxucudur. Oxucu o məkandır ki, burada yazını təşkil edən hər şey vahid sitata qədər həkk olunur; mətn vahidliyini törənişindən deyil, yönəldiyində qazanır, amma bu yönlənmə şəxsi ünvanı nəzərdə tutmur; oxucu - tarixi, bioqrafiyası, psixologiyası olmayan bir kəsdir, o, yalnız yazılı tesktin təşkil olunduğu ştrixləri bir araya gətirib birləşdirən kimsənədir”.

Kubilay Aktulum Rolan Bartın özünün heç bir mətnlərarsı əlaqə ilə bağlı təhlil aparmadığını qeyd edir və bunun da səbəbini mətnə məhz “oxucu mərkəzli” olaraq baxması ilə izah edir. Hər oxucu (eyni zamanda tənqidçi) üçün mətn fərqli anlamlar ifadə edir, bunun hüdudları yoxdur. “Oxucumərkəzli” metodun inkişafında Mişel Riffaterin böyük rolu olmuşdur.




Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin