Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə27/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   ...   23   24   25   26   27   28   29   30   ...   54
Ədəbi tənqid. cavab

Jerar Jenet (Gerard Genette)

Mətnlərarası əlaqə nəzəriyyəsinin formalaşmasında yuxarıda adlarını qeyd etdiyimiz filoloqların xüsusi rolla- rı olsa da, bu metodun sistemləşdirilməsində və elmi mahiyyət qazanmasında əsas yer Jerar Jenetə məxsusdur. O, “Palimpsest: ədəbiyyatda II dərəcə” adlı 1982-ci ildə işıq üzü görmüş əsərində bu nəzəriyyəni sistemləşdirmiş və mətnlərarası əlaqənin beş formasını müəyyənləşdirmişdir.

1.Mətnlərarasılıq (intertekstuallıq)

1. Yan mətnlərlə əlaqə (paratekstuallıq)

2. Ana mətnlə əlaqə (hipertekstuallıq)

3. Şərhedici mətnlə əlaqə (metatekstuallıq)

4. Janrlararası əlaqə (arxitekstuallıq)

Mətnlərarası əlaqənin bu çeşidləri həm mətnlər, həm də janrlar arasındakı əlaqələri ehtiva edir.

Birinci tip əlaqə müxtəlif mətnlər arasındakı bağlılığı eh¬tiva edir. Ümumiyyətlə, R.Barta görə də, “hər bir mətn inter (ara) mətndir; onda digər mətnlər müxtəlif səviyyələrdə bu və ya digər dərəcədə tanına biləcək formalarda mövcud olur. Hər bir mətn köhnə sitatlardan toxunmuş yeni parçanı təqdim edir”.

Əvvəlki nəzəriyyəçilərdən fərqli olaraq, J.Jenet mətnlərarası əlaqə konsepsiyasının daxilində ayrıca bir mətnlər¬arası əlaqə tipini müəyyənləşdirir. Əvvəlki nəzəriy¬yəçi¬lərin irəli sürdükləri “mətnlərarası əlaqə” terminini isə “transtekstuallıq” anlayışı ilə izah edir: “Bu əsəri yazdığım anda (13 oktyabr 1981-ci il) beş tip transtekstual əlaqədən bəhs etmək istəyirəm”.

J.Jenett daha öncə Yuliya Kristeva və M.Riffater tərəfindən də “mətnlərarası əlaqə”dən bəhs edildiyini, amma iki və daha artıq mətn arasında eksplisit və implisit əlaqələrin transtekstuallıq adı altında öyrənilməsini təklif edir. Kubilay Aktuluma görə, J.Jenet mətnlərarası əlaqə deyərkən “metinlerarasının en açık, en fazla sözcüğü sözcüğüne kullanımı olan, çoğu zaman ayraçlarla belirtilen alıntıyı yerleştirir”.

Bir sözlə, sitat, plagiat və allüziya anlayışları mətnlərarası əlaqənin formaları hesab edilir.

Paratekstuallıq mətnin öz daxili hissələri arasında olan əlaqədir. Həmin daxili və ya ikinci dərəcəli mətnlər aşağı dakılardır: altbaşlıqlar, ara başlıqlar, ön sözlər, son sözlər, haşiyələr, qeydlər, dərkənarlar, şəkillər, illüstrasiyalar, epiqraflar, kitabın üz qabığı, kitabdakı reklamlar, kitab üzlüyü, kitabın qaralama variant¬ları, siqnal nüsxəsi və s.

Metatekstuallıq mətnin özündən əvvəl gələn mətnlə açıqlayıcı, şərhedici əlaqədə olmasıdır. J.Jenet bunu “kommentariya” məfhumu ilə ifadə edir.

Hipertekstuallıq ana mətnlə alt mətn arasındakı müxtəlif parodik münasibətlərin ifadəsi ilə yaranır. Burada A – mətninin (alt mətn və ya hipotekst) B – mətni ilə(ana mətn, törəmə mətn) arasındakı əlaqənin varlığından bəhs edir.

Arxitekstuallıq isə mətnlərarası əlaqədə janrların keçidləri ilə bağlıdır. Digər əlaqə növlərinə görə daha abstrakt və implisit adlandırdığı arxitekstuallıqla Jenet roman, oçerk, şeir, faciə, dram və s. janrlar arasındakı gizli əlaqələri və keçidləri öyrənir.

Beləliklə, mətnlərarası əlaqə hər hansı bir mətnin diaxron və sinxron aspektdə digər mətnlərlə olan ortaq yönlərini araşdıran bir konsepsiyadır. Mətnlərarası əlaqənin forma və tipləri olaraq sitat, xatırlatma, mənimsəmə, parodiya, təqlid, əksetdirmə kimi müxtəlif üsullar qeyd edilir.


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin