255) Bütün sayılanlardan şüa terapiya ağırlaşmalarına aid olmayanı hansıdır?
A) Ürəkbulanma, qusma
B) Leykopiniya
C) Metastazların əmələ gəlməsi
D) Yuxunun pozulması
E) Zəiflik
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
256) Qeyri – Hockin limfomasında baş-beyin qatlarının və onurğa beyininin spesifik zədələnməsinə görə baş beyin şüalanması zamanı məqsədəuyğundur COD?
A) 20 – 25 qr
B) 40 – 50 qr
C) 10 – 15 qr
D) 50 qr – dan artıq
E) 25 – 35 qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
257) 27 yaşlı xəstədə sol körpücüküstü nahiyədəki limfa düyünlərinin zədələnməsi ilə limfoqranulomatoz (nodulyar sklerotik) p I A mərhələdə, xoş məqamlı proqnoz. Splenektamiya olunub. Məqsədəuyğun müalicə?
A) Diafraqmadan yuxarı bütün limfatik düyün zonalarının şüalanması ilə radikal proqramla şüa terapiya
B) Radikal proqramla diafraqmadan yuxarı bütün limfatik zonaların + paraortal limfa düyünlərinin və dalaq yatağının şüa terapiyası
C) CVPP sxemi ilə 6 kurs polikimyaterapiya
D) CVPP sxemi ilə 2 kurs polikimyaterapiya, sol boyun körpücüküstü nahiyənin şüalanması + 2 kurs CVPP
E) Yalnız sol boyun körpücüküstü nahiyənin şüalanması
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
258) Xoşməqamlı proqnozlu LQM-da müstəgil terapiya üsulu kimi şüa müalicəsi istifadə olunur?
A) I A mərhələdə
B) III A mərhələdə
C) II A mərhələdə
D) II B mərhələdə
E) III B mərhələdə
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
259) Kontrast maddə istifadə etmədən magistral damarların və onun şaxələrinin differasiya etməyə imkan verən müayinə metodunu seçin?
A) RKT
B) RİP
C) USM
D) Angioqrafiya
E) Rentqenoqrafiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
260) 50 yaşlı qadında I C mərhələdə endometriyanın xərçəngi aşkar olunub. Şişin diametri 6 sm, invazisiyası miametriyanın ½ -də artıq reseptor mənfi uşağlığın dilində lokalizə olunub. Məqsədə uyğundur?
A) Cərrahi müdaxilə + şüa + hormonoterapiya
B) Müştərək şüa terapiyası
C) Cərrahi müdaxilə + hormonoterapiya
D) Cərrahi müdaxilə + kimyaterapiya
E) Cərrahi müdaxilə + şüalanma
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
Bölmə 5. Şüa terapiyası
261) Onkologiyada radioterapiya hansı şüaların köməyi ilə aparılır?
A) İonlaşdırıcı şüaların
B) Görülən işıq
C) Ultrabənövşəyi
D) Radiodalğaları
E) İnfraqırmızı istilik
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.10
262) Foton və ya kvant şüalanması təbiətcə necə şüalardır?
A) Yüklü elektromaqnit dalğasıdır
B) Atomu təşkil edən müsbət və ya mənfi yüklü və ya yüksüz olmaqla sakit vəziyyətdə müəyyən kütləyə malik axındır
C) Ultrabənövşəyi
D) Heç bir elektrik yükü olmayan elektromaqnit dalğasıdır
E) Atomu təşkil edən hissəciklərin axınıdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11
263) Korpuskulyar şüalar necə şüalardır?
A) Ultrabənövşəyi
B) Heç bir elektrik yükü olmayan elektromaqnit dalğasıdır
C) Atomu təşkil edən müsbət və ya mənfi yüklü və ya yüksüz olmaqla sakit vəziyyətdə müəyyən kütləyə malik hissəciklərin axınıdır
D) Yüklü elektromaqnit dalğasıdır
E) Radiodalğalarıdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11-12
264) İonlaşdırıcı şüalanmanın udulma dozasının vahidi nədir?
A) Bekkerel
B) Rentgen
C) Qrey
D) Kulon/kiloqram
E) Rentgen/saniyə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.13-15
265) İonlaşdırıcı şüa dalğasının yuyulma trayektoriyası boyunca kvant və ya korpuskulyar
hissəciklərin enerjisinin paylanması nəticəsində kütlədə nələr baş verir?
A) Atomun sıxılması və nüvədə partlayış
B) Atom və molekullarda həyəcanlanma və ionlaşma
C) Nüvədə partlayış
D) Atomun sıxılması
E) Oksidləşmə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.18-23
266) Fotoelektrik effekti nədir?
A) Şüa kvantı (5-50 KeV) bütün enerjisini hədəf atomunun elektronuna verərək özü yox olmaqla elektronu öz orbitindən və atomun tərkibindən çıxarır
B) Atomun sıxılması və nüvədə partlayış
C) İonlaşmanın xətti sıxlığı
D) Foton ginetik enerjisinin müəyyən hissəsi hədəf atomundan elektron çıxarılmasına sərf edir və sonra foton ilk trayektoriyasını dəyişərək kütlə daxilində hərəkətini davam etdirir
E) Kvant atomunun orbitində olan elektronlarla yox, nüvə ətrafındakı maqnit sahəsi ilə qarşılıqlı əlaqəyə girir və nəticədə iki əks yüklü hissəciklər- elektron və pozitron yaranmasına səbəb olur
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.19
267) Kompton effekti nədir?
A) Kvant atomunun orbitində olan elektronlarla yox, nüvə ətrafındakı maqnit sahəsi ilə qarşılıqlı əlaqəyə girir və nəticədə iki əks yüklü hissəciklər- elektron və pozitron yaranmasına səbəb olur
B) Şüa kvantı (5-50 KeV) bütün enerjisini hədəf atomunun elektronuna verərək özü yox olmaqla elektronu öz orbitindən və atomun tərkibindən çıxarır
C) İonlaşmanın xətti sıxlığı
D) Atomun sıxılması və nüvədə partlayış
E) Foton ginetik enerjisinin müəyyən hissəsi hədəf atomundan elektron çıxarılmasına sərf edir və sonra foton ilk trayektoriyasını dəyişərək kütlə daxilində hərəkətini davam etdirir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.20
268) Breqq piki nədir?
A) Kvant atomunun orbitində olan elektronlarla yox, nüvə ətrafındakı maqnit sahəsi ilə qarşılıqlı əlaqəyə girir və nəticədə iki əks yüklü hissəciklər- elektron və pozitron yaranmasına səbəb olur
B) Şüa kvantı (5-50 KeV) bütün enerjisini hədəf atomunun elektronuna verərək özü yox olmaqla elektronu öz orbitindən və atomun tərkibindən çıxarır
C) Yüksək enerjili yüklü hissəciklər hərəkətin əvvəlində ətrafı eyni bərabər və az miqdarda ionlaşdırır, ancaq trayektoriyaların sonunda öz enerjilərini birdən kəskin itirir və minimum ionlaşma yaradırlar
D) Yüksək enerjili yüklü hissəciklər hərəkətin əvvəlində ətrafı eyni bərabər və az miqdarda ionlaşdırır, ancaq trayektoriyaların sonunda öz enerjilərini birdən kəskin itirir və maksimum ionlaşma yaradırlar
E) Foton ginetik enerjisinin müəyyən hissəsi hədəf atomundan elektron çıxarılmasına sərf edir və sonra foton ilk trayektoriyasını dəyişərək kütlə daxilində hərəkətini davam etdirir.
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.22
269) Sərbəst radikallar nədir?
A) Tərkibində hidrogen, bor, litium olan stabil maddələr
B) İonlaşdırıcı şüaların bioloji makromalekullara təsiri nəticəsində molekullardan elektronların çıxarılması nəticəsində mənfi və müsbət yük daşıyan və kimyəvi reaksiyalar üçün olduqca həssas olan sərbəst radikallar-ionlar yaranır
C) Atom nüvələrin parçalanması və yüksək intensivlikli proton axını
D) Zülallarda stabil SH-qrupları, dezoksirubenuklərin turşularında timin, xromofor qrupları
E) Hüceyrə orqanellalarında həll olmuş su molekulları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.25-29
270) Toxumalara sirayət edən ionlaşdırıcı şüalar atomlar ilə qarşılıqlı əlaqəyə girdikdə hansı proseslər və hansı ardıcıllıqla baş verir?
A) Qarşılıqlı elektrik təsiri, fiziki-kimyəvi dəyişikliklər, bioloji effektlər
B) Fiziki-kimyəvi dəyişikliklər, kimyəvi dəyişikliklər, bioloji effektlər
C) Bioloji effektlər, qarşılıqlı elektrik təsiri
D) Bioloji effektlər
E) Kimyəvi dəyişikliklər, bioloji effektlər
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.30
271) İonlaşdırıcı şüaların təsirindən hüceyrələrdə neçə formada zədələnmə baş verir?
A) 2 formada-letal, subletal zədələnmə
B) 1 formada-letal zədələnmə
C) 4 formada-letal, subletal, potensial letal, subletal potensial letal zədələnmə
D) Ancaq qeyri-letal
E) 3 formada-letal, subletal və potensial letal zədələnmə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.33
272) Radioterapiya Berqone və Tribondeau fenomeni nədir?
A) Rentgen şüaları hüceyrələrə böyük intensivliklə təsir edirlər, əgər hüceyrələr nə qədər zəif surətlə bölünürlərsə
B) Rentgen şüaları hüceyrələrə böyük intensivliklə təsir edirlər, əgər onların differensiyası nə qədər yüksəkdirsə
C) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər, əgər onların mitotik aktivliyi zəif və differensiya dərəcəsi yüksəkdir
D) Rentgen şüaları hüceyrələrə böyük intensivliklə təsir edirlər, əgər hüceyrələrin bölünmə aktivliyi daha yüksəkdirsə, hüceyrələr yaşama dövründə nə qədər çox bölünürlərsə və hüceyrələrin morfologiyası və funksiyaları nə qədər az təyin olunarsa
E) Rentgen şüaları hüceyrələrə böyük intensivliklə təsir edirlər, əgər onların mitotik aktivliyi zəifdirsə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.34
273) Şüalanmanın hüceyrəyə təsirini xarakterizə edən 4 bioloji proseslər hansılardırlar?
A) Reduksiya, repopulyasiya, reparasiya və hüceyrələrin bölünmə siklinə görə paylanması
B) Repopulyasiya, reparasiya, regenerasiya, reduksiya
C) Reoksigenasiya, repopulyasiya, reparasiya, regenerasiya
D) Reoksigenasiya, repopulyasiya və hüceyrələrin bölünmə siklinə görə paylanması
E) Reoksigenasiya, reduksiya, repopulyasiya, reparasiya
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.35-40
274) Reoksigenasiya nədir?
A) Şüalanmadan sonra hipoksik hüceyrə populyasiyasının azalması və toxumanın oksigenlə təminatının artması
B) Şüalanmadan sonra hipoksik hüceyrə populyasiyasının artması
C) Şiş hüceyrələrinin spontan məhvi
D) Hər bir şüa franksiyasından sonra oksigenlə təmin olunmuş hüceyrələr məhv olduğu üçün toxumada hipoksik hüceyrə populyasiyasının sayının artması
E) Şüa təsirindən sağ qalmış hüceyrələrin hipoksik zonalardan pis oksigenlə təmin olunmuş sahələrə miqrasiyası
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.35
275) Repopulyasiya nədir?
A) Şiş hüceyrələrinin qeyri-spontan məhvi və çoxalan normal hüceyrə franksiyasının sayı
B) Şüalanmadan sonra sağ qalan və nəsli davam etdirmək qabiliyyətini saxlayan kionogen hüceyrələrin artması nəticəsində toxumaların, o cümlədən şişin yenidən inkişaf etməsinə- (repopulyasiyasına) residivinə səbəb olan bioloji prosesdir
C) Normal şiş hüceyrələrinin spontan məhvi
D) Sağalma nəticəsində çoxalan normal hüceyrə franksiyasının sayı
E) Şiş hüceyrələrinin qeyri-spontan məhvi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.37
276) Reparasiya nədir?
A) Şiş və normal hüceyrə cütlüyünün bərpasında fərq
B) Şiş və normal toxumaların birinci radiasion zədələnmə məhsulları
C) Şüa təsirindən sağ qalmış hüceyrələrin hipoksik zonalardan pis oksigenlə təmin olunmuş sahələrə miqrasiyası
D) Hüceyrələrinin şüa zədələnmədən bərpa prosesi
E) Radiasion letal, subletal və potensial letal zədələnmə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.39
277) Hüceyrələr hansı bölümdə siklində radiasiyada daha həssasdırlar?
A) G2 fazası
B) M fazası
C) G1 fazası
D) S fazası
E) G0 fazası
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.40-41
278) Hüceyrələrin radiasiya təsirindən interfaza məhvi nədir?
A) İnterfaza ölümü şüalanma və sitostatiklərin təsirindən sonra toxumalarda oksigenin miqdarının azalması nəticəsində yaranır
B) İnterfaza ölümü şüalanmanın ilk saatlarından sonra hüceyrələrin mitoza daxil olana qədər müşahidə edilir və bu proses hüceyrəyə daxili bütün orqanellərin degenerasiyası ilə xarakterizə olunur
C) İnterfaza ölümü radikal şüa müalicəsindən sonra müşahidə edilir
D) İnterfaza ölümü şüalanmaya qədər sonra və bu proses hüceyrəyə daxili bütün orqanellərin degenerasiyası ilə xarakterizə olunur
E) İnterfaza ölümü hüceyrələrin bir neçə bölünmə siklini keçdikdən sonra müşahidə edilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11-32
279) Hüceyrələrin radiasiya təsirindən mitotik məhvi nədir?
A) Mitotik ölüm şüalanma və sitistatiklərin təsirindən sonra toxumalarda oksigenin miqdarının azalması nəticəsində yaranır
B) Mitotik ölüm şüalanmadan müəyyən müddət keçdikdən sonra- hüceyrələr bir neçə bölümlə siklini- postradiasion mitozu keçdikdən sonra baş verir, yəni əcdad hüceyrənin törəmələri bir neçə bölümdən sonra mitoz prosesini davam etdirmək qabiliyyətini itirilər
C) Mitotik ölüm şüalanmaya qədər sonra və bu proses hüceyrəyə daxili bütün orqanellərin degenerasiyası ilə xarakterizə olunur
D) Mitotik ölüm şüalanmadan hüceyrələrin podstradiasion zədələnməni bərpa edə bildikdə baş verir
E) Mitotik ölüm şüalanmadan ilk saatlardan sonra hüceyrələr mitoza daxil olana qədər müşahidə edilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.32
280) Radioterapevtik interval nədir?
A) Şiş toxumasının ionlaşdırıcı şüaların təsirindən maksimum inaktivasiyası və paralel olaraq normal toxumaların zədələnməsinin minimuma çatdırması
B) Hüceyrələrin sitokinetik parametrləri
C) Hüceyrələrin sitokinetik parametrləri və onların kənardan idarə olunması
D) Şiş və normal toxumaların radiohəssaslığın idarə edilməsi
E) Şiş və normal hüceyrələrinin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kənardan idarə olunması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.41-42
281) Şüa müaləcəsində kanserosid doza nədir?
A) Normal toxumaların tam məhvi üçün lazım olan şğalanma dozası
B) və fraksiyalar arasındakı vaxtın dəyişdirilməsi və normal toxumaların tam məhvi üçün lazım olan şüalanma dozası
C) Şüa dozasının və fraksiyalar arasındakı vaxtın dəyişdirilməsi
D) Şiş və normal toxumaların tam məhvi üçün lazım olan şüalanma dozası
E) Şiş toxumasının tam məhvi üçün lazım olan şüalanma dozası
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.43
282) Hansı toxumaların radiohəssaslığı daha yüksəkdir?
A) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması
B) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi
C) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər
D) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi
E) Əzələ və sinir toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
283) Hansı toxumaların radiohəssaslığı nisbi yüksəkdir?
A) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi
B) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi
C) Əzələ və sinir toxuması
D) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər
E) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
284) Hansı toxumaların radiohəssaslığı orta yüksəkdir?
A) Əzələ və sinir toxuması
B) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi,
C) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər
D) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi
E) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
285) Hansı toxumaların radiohəssaslığı nisbi aşağıdır?
A) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi
B) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi,
C) Əzələ və sinir toxuması
D) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər
E) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
286) Hansı toxumaların radiohəssaslığı aşağıdır?
A) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər
B) Əzələ və sinir toxuması
C) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi
D) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması
E) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi,
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
287) Radiomodifikasiya nədir?
A) Normal toxumaların tam məhvi üçün lazım olan şğalanma dozasının hesablanması
B) Normal toxumaların ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi agentlərin köməyi ilə idarə olunması
C) Şiş və normal toxumaların, müxtəlif orqanlar və tam orqanizmin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi, fiziki və digər agentlərin köməyi ilə idarə olunması- zəifləndirilməsi və ya gücləndirilməsi
D) Hər bir şüa franksiyasından sonra oksgenlə təmin olunmuş hüceyrələr məhv olduğu üçün toxumada hipoksik hüceyrə populyasiyasının sayının artması
E) Şiş və normal toxumaların ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının fiziki agentlərin köməyi ilə idarə olunması- zəifləndirilməsi və ya gücləndirilməsi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.43
288) Normal toxumaların tolerantlıq dozası nədir?
A) Toxumalarda şüa təsirindən əmələ gələn, 10% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur
B) Toxumalarda şüa təsirindən əmələ gələn, 5% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur
C) Toxumalarda şüa təsirindən əmələ gələn, 25% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur
D) Toxumalarda şüa təsirindən əmələ gələn, 5% və ondan çox hallarda gec fəsadlar yaratmayan cəmi doza nəzərdə tutulur
E) Toxumalarda şüa təsirindən əmələ gələn, 2% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.44
289) Şüa müalicəsində radioproektor kimi istifadə edilir?
A) Hipoksiradioterapiyadan
B) Hiperqlikemiyadan
C) Elektronakseptor birləşmələrdən
D) Hipetermiyadan
E) Oksibaroradioterapiyadan
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
290) Şüa müalicəsində maksimum şüalanma sahəsi dedikdə nə nəzərdə tutulur?
A) 100% izodoza sahəsinə daxil olan həcm
B) 95% izodoza sahəsinə daxil olan həcm
C) 50% izodoza sahəsinə kənarda olan həcm
D) 50% izodoza sahəsinə daxil olan həcm
E) 75% izodoza sahəsinə daxil olan həcm
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.58
291) Onkoradioloqlar radioterapiya zamanı hansı 5 şüalanma həcmlərini əsas götürürlər?
A) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılan həcmi, hədəfin həcmi və şüalanan həcm
B) Şişin klinik həcmi, şişin planlaşdırılmayan həcmi, hədəfin həcmi, ətraf toxumaların həcmi və şüalanan həcm
C) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılmayan həcmi, hədəfin həcmi və şüalanan həcm
D) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılan həcmi, hədəfin həcmi və şüalanan həcm
E) Şişin klinik həcmi, şişin klinik həcmi, planlaşdırılmayan həcmi, hədəfin həcmi və şüalanan həcm
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.60
292) Şüa müalicəsi kursu qarşıya qoyulan məqsəddən asılı olaraq hansı məqsədlə aparıla bilər?
A) Ancaq palliativ
B) Ancaq simptomatik
C) Ancaq palliativ və simptomatik
D) Ancaq radikal və simptomatik
E) Radikal, palliativ və simptomatik
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.76
293) Onkoradioloqiyada xəstələrə şüa müalicəsinə hazırlıq və müalicə hansı ardıcıllıqla aparılır?
A) Diaqnozun qoyulması, dozimetrik, topometrik hazırlıq və şüa müalicəsi seansları
B) Diaqnozun qoyulması, topometrik hazırlıq və şüa müalicəsi seansları
C) Diaqnozun qoyulması, topometrik hazırlıq və şüa müalicəsi seansları
D) Diaqnozun qoyulması, şüa müalicəsi seansları
E) Diaqnozun qoyulması, tonometrik, dozimetrik hazırlıq və şüa müalicəsinə hazırlıq və müalicə hansı ardıcıllıqla aparılır?
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.79-82
294) Şüa müalicəsi kursuna topometrik hazırlıq nədən ibarətdir?
A) Şişin geometrik mərkəzi nahiyyasində 0.5:1 masştabında bədənin köndələn kəsiyinin ətraf toxuma və orqanlar göstərilməklə eskizini hazırlamaqdır
B) Zədələnmiş orqanın 1:1 masştabında ətraf toxuma və orqanlar göstərilməklə eskizini hazırlamaqdır
C) Şişin geometrik mərkəzi nahiyyasində 1:1 masştabında bədənin köndələn kəsiyinin ətraf toxuma və orqanlar göstərilməklə eskizini hazırlamaqdır
D) Şişin geometrik mərkəzi nahiyyasində 2:1 masştabında bədənin köndələn kəsiyinin ətraf toxuma və orqanlar göstərilməklə eskizini hazırlamaqdır
E) Zədələnmiş orqanın 1:1 masştabında eskizini hazırlamaqdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.79-81
295) Klinik dozimetriya nədən ibarətdir?
A) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrin seçilməsi, birdəfəlik, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir
B) Dozimetriya planlaşdırması birdəfəlik, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir
C) Dozimetriya planlaşdırması şüanın növü, birdəfəlik, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir
D) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrin təyin etməkdən ibarətdir
E) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrin seçilməsi, şüanın növü, müalicənin metodikasını və əsas parametrlərini, o cümlədən, birdəfəlik, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.81-82
Dostları ilə paylaş: |