Ekspert və intellektual sistemlərin digər proqram vasitələrindən fərqi biliklərin predmet oblastının mütəxəssisi tərəfindən başa düşülən, ona əlavə və dəyişikliklər edilə bilən formada saxlanılan bili
Ekspert və intellektual sistemlərin digər proqram vasitələrindən fərqi biliklərin predmet oblastının mütəxəssisi tərəfindən başa düşülən, ona əlavə və dəyişikliklər edilə bilən formada saxlanılan biliklər bazasının olmasıdır.
Süni intellektin tədqiqat və tətbiq oblastları
I. Teoremlərin isbatı.
II. Oyunlar.
IV. Qərarların qəbulu.
V. Adaptiv proqramlaşdırma.
VI. Maşın musiqisinin bəstələnməsi.
VII. Verilənlərin təbii dildə emalı.
VIII. Öyrədilən neyron şəbəkələri.
Süni intellektin gələcək inkişafından danışarkən xüsusi olaraq qeyd edilməlidir ki, bu gün artıq bəşəriyyəti daha çox invariant idarəetmə sistemlərinin nəzəriyyəsi və tətbiqi, süni intellekt üsullarının, ekspert sistemlərin yaradılması, idarəetmə proseslərinin intellektuallaşdırılması, qeyri-səlis məntiq, qeyri-səlis neyron sistemlər və s. daha çox düşündürür. Real həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll edərkən mövcud qeyri-müəyyənlik nəzərə alınmalıdır.
1960-cı illərə qədər idarəetmə və qərar qəbuletmə nəzəriyyələri tam müəyyənlik şəraiti üçün yaranmışdı. Lakin real həyat məsələlərində həmişə bu və ya digər dərəcədə informasıya çatışmazlığı mövcud olur.
Süni intellekt dedikdə insanın proqramlaşdırılmış şəkildə, süni yollarla yaratdığı və digər köməkçi vasitələrlə üzə çıxan qeyri-ənənəvi intellekt, tamamilə yeni bir idrak kateqoriyası başa düşülür. Məsələn, insan robot yaradır və onun bəşər övladına adekvatlığından bəhs edir. Robot insana çay gətirirsə və yaxud bir neçə sualın cavabını verirsə bu hələ süni intellekt deyil, bu sadəcə həmin robotun proqramlaşdırılmadan irəli gələn funksiyalarıdır. Süni intellektə malik robotsa insanın əsəbi olduğunu görüb artıq hərəkətlərə, yersiz davranışa yol verməyən robotdur ki, bu da hələ mövcud deyildir.