14. TƏSƏRRÜFAT VƏ TİKİNTİ İŞLƏRİNİ YERİNƏ YETİRƏN ZAMAN TƏHLÜKƏSİZLİK TƏDBIRLƏRİ
14.1. İşlərin yerinə yetirilməsindən əvvəl şəxsi heyət saz mühafizə vasitələri ilə (qoruyucu əlcəklərlə, dəbilqələrlə, qoruyucu bel kəmərləri ilə və s) təmin olunmalı və işlərin yerinə yetirilmə qaydaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri barədə təlimatlandırılmalıdırlar. Tikinti işlərinin aparılması üçün nəzərdə tutulan maşın və mexanizmlər, aqreqatlar, qurğular, alətlər və ləvazimatlar texniki cəhətdən saz və yerinə yetirilicək işlərin xarakterinə uyğun olmalıdırlar.
14.2. Qadağandır:
14.2.1. şəxsi heyəti təlimatlandırmadan istənilən yüklərin yüklənməsinə və yaxud boşaltmasına cəlb etmək;
14.2.2. elektrik naqilləri keçən zonada naqillərin altına materialların qalaq edilməsi, avtomobil dayanacaqlarının olması;
14.2.3. binalarda eni 1,5 metrdən az olan taxtabəndlərin üzərində işləmək;
14.2.4. yüksəklikdən alətlərin, hərhansı bir detalın və zibilin atılması;
14.2.5. taxtabəndin altında şəxsi heyət olarkən və yaxud taxtabəndin üzərində çoxlu adam olduqda hər hansı işlərin yerinə yetirilməsi;
14.2.6. nasaz qaldırıcı kran qurğusu ilə işləmək və yaxudda kran qurğusu işləyərkən qurğunun altında dayanmaq;
14.2.7. ərazidə və tikinti aparılan binalarda hər hansı bir çüxur, çala və dəliyin hasarlanmaması və işarələnməməsi;
14.2.8. binanın damında, divarlarında və yaxud taxtabəndin üzərində material və alətləri saxlamaq;
14.2.9. taxtabəndi normadan artıq yükləmək;
14.2.10. pilləkən və nərdivanlara gedən yolları tutmaq;
14.2.11. qaldırılan yükün yapışmış kənar əşyalarla qaldırılması;
14.2.12. yüklər qaldırılarkən və yaxud endirilərkən yükün bərkidildiyi trosları (iplərinin) tənzimləmək məqsədi ilə yana dartılması;
14.2.13. xilasetmə kəndiri olmadan 1,5 metrdən dərin quyu, xəndək və çalaların qazılması;
14.2.14. elektrik qurğularına və naqillərinə toxunmaq, onlara yaxınlaşmağı qadağanedici işarələrin çıxarılması və yaxud onlar yeləşdiyi otaqların qapılarının kənar şəxslər tərəfindən açılması;
14.2.15. icazəsi olmayan şəxslərin hər hansı qurğunu elektrik şəbəkəsinə qoşmaq və yaxud onu şəbəkədən ayırmaq;
14.2.16. qaynaq qurğularını torpaqlamadan işlərin aparılması;
14.2.17. qaz şlanqlarının qaynaq kabelləri ilə biri-birinə dolaşması;
14.2.18. tez alışan mayelər saxlanmış qabları həmin mayelərin qalıqlarından tam təmizəmədən onlar üzərində qaynaq işlərinin aparılması;
14.2.19. asetilen generatorlarının adamların çox olduğu yerlərdə və keçidlərdə qoyulması;
14.2.20. müdafiə eynəyindən istifadə etmədən qaynaq və rəngsaz işlərinin yerinə yetirilməsi;
14.2.21. otaqlarda açıq alov vasitəsi ilə bitum tərkibli materialların qızdırılması.
Dostları ilə paylaş: |