ALLAHA BƏNDƏLİK ETMƏKDƏ İXLAS VƏ HİKMƏT ÇEŞMƏLƏRİ
Başqa bir rəvayətdə Allahın Rəsulu (s) buyurur: «Hər kəs Allaha qırx gün xalis bəndəlik etsə, onun qəlbindən dilinə hikmət keçməsi cari olar». Bir şəxsin rəvayət, təfsir və müəyyən mətləbləri əzbərləyib maqnitafon kimi zəhnində saxlaması mümkündür. Amma qəlbdən çeşmə kimi qaynamayan elmin faydası yoxdur. Onun danışanda işlətdiyi sözlər elmi terminlərdən başqa bir şey deyildir. Həqiqi elm, dediyiniz insanın qəlbindən cari olmalıdır. Allahı həqiqi elmlə tanıyan adam heç vaxt Onun razılığının əksinə bir iş görməz. Əbu Həmzə Somali duasında oxuyuruq: «Pərvərdigara! Məndən baş verən bu günah, azğınlıq və Sənin əzabını kiçik hesab etmək üzündən olmamışdır. Bu bir sürüşgənlikdir ki, məndən baş verib».1
Bu duadan insanın tez peşman olub tövbə etməsi məlum olur. Allahı hər yerdə hazır və nazir görən adam üçün xəlvətdə və aşkarda olmasının fərqi yoxdur. Harda olsa özünü Allahın hüzurunda hiss edib heç vaxt Onun əmirinin ziddinə bir iş görməz. Əlbəttə ki, elmin özünün və mərtəbələri vardır.
Böyük hicab olan «mənəmliyi» aradan aparmaqdan ötrü nəfs ilə cihad etmək lazımdır. Qəlbdə «mənəm-mənəmlik» varsa orada Allah ola bilməz. Şeytan kimi «Mən» deyərək öz varlığını müstəqil hesab edib haqq dərgahında həmişəlik qovulmağı Allah göstərməsin.
Dostları ilə paylaş: |