Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə100/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   96   97   98   99   100   101   102   103   ...   218
Həmçinin Hər hansısa bir cahiliyyə bütünün mövcud olduğu məkanda – büt ordan qaldırılmış olsa belə - qurban kəsilməz, nəzir ediməz. Həmçinin cahiliyyə bütpərəstlərinin keçmişdə bayram keçirdikləri yer olsa belə, orada qurban nəzir edilməz. Allaha asiliklə əlaqəsi olan bir nəziri yerinə yetirmək olmaz. Həmçinin - insan əlində olmayan bir şeylə niyyət etməməlidir. Məs: Allah mənim xəstəmi sağaltsa, filankəsin qulunu azad edərəm. Dinimiz Sədduz Zərai deyə bilinən bir qayda ilə şirk və şirkə aparan bütün yolların qarşısını almaqdadır. Buna görə də Muvahhid olan bir kimsəyə Allahdan qeyrisinə qurbanlar kəsilən yerdə Allaha qurban kəsməsi qadağandır və bu əməl onun Tövhidinə xələldir.

Hədisdə olan faydalardan: 1. Bu kimsənin qurban kəsmək üçün Peyğəmbərə – sallallahu aleyhi və səlləm – müraciət etməsi (yəni bilməyənlər öyrənmək üçün Quran və Sünnəni daha yaxşı bilənlərə müraciət etməlidirlər). Çünki, bilirdi ki, dini bizə öyrədən Peyğəmbərdir. Günümüzdə olan müsəlmanlara nəsihət olaraq dedikdə ki: Quran və Sünnəyə müraciət edin. Onlar: “Biz adət-ənənəmizi unutmamalıyıq, dədə-babalarımızın yolu bizə bəs edər”- deyirlər. 2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ətraflı şəkildə bir tərbiyəçi olaraq ondan soruşmağa başladı. Bir başa onu qadağan edərək: “Nə üçün məndən soruşursan, get harada istəyirsən kəs”- demədi. Əksinə onu sual-cavab edərək ətraflı izah verdi. Dəvət edən kimsə də belə olmalıdır. Bir başa hökm verməyə tələsməməlidir. Deməli, harada oldu qurban kəsmək olmaz. 3. Əgər orada müşriklərin Allahdan qeyri ibadət etdikləri və bayram (hər il müəyyən bir vaxtda qayıdılan yer və ya məkan) keçirdikləri yer olsaydı bu əməli etməyə ona icazə verməzdi. Günümüzdə ən çox qurbanlıq Allahdan qeyrisinə ibadət edilən yerlərdə kəsilir. Bu cür yerlərdə kəsilərək gətirilən ət məhsullarını və ya digər məhsullar şirin çörək, halva və s. yemək qadağan edilmişdir.



Hökmü Bütün bu məxluqatı gözəl bir şəkildə xəlq edən Allahdır. Bu heyvanları xəlq edərək insanların öhdəliyinə verən də Allahdır və O daha layiqdir ki, qurbanlıq da Onun üçün kəsilsin. Kim olursa-olsun vəzifə və şəxsiyyətindən asılı olmayaraq - Qurbanlıq yalnız Allah üçün olmalıdır. İnsanların niyyətinə görə Allahdan qeyrisinə kəsilən qurbanlığın hökmü də fərqlənir: Həmçinin - Kim Allahdan qeyrisinə ibadət, təzim məqsədilə qurban kəsərsə, artıq böyük şirk etmiş olar. Həmçinin qəbr sahibinə onun üçün şəfaətçi olsun və ya ona yaxınlaşmaq məqsədilə kəsirsə, bu böyük şirkdir. Lakin Allah üçün kəsib, niyyətində onun üçün şəfaətçi olsun və ya onun Cah - məqamına, hörmətinə görə olsun kiçik şirkdir. Həmçinin kim (xəstəlikdən müalicə olunduqdan sonra) və ya xəstəlik tutmasın (qarşısı alınsın) deyə, evimə oğru girməsin deyə qurban kəsərsə qadağandır. Günaha aparan yoldur. Lakin xəstəm artıq sağalıb deyə, Allaha şükr əlaməti olaraq qurban kəsmək bu gözəl bir əməldir. Həmçinin Qəbir sahibinə (ölən kimsəyə) xeyrim dəysin, savabını ona göndərərəm, insanların qarnını doydurum, qonşular nə deyər və s. niyyətlərlə, yeddisi, cümə axşamları, qırxı, əlli ikisi qurban kəsməsi bidət olan kəsimdir. Qurbanlığı ölünün ruhuna həsr etmək niyyəti ilə kəsmək artıq şirkdir. Bu cür ət məhsullarını yemək qadağandır. İmam Əhməd – rahmətullahi aleyhi – qəbristanlıqda Allah üçün kəsilən qurbanlıq ətinin yeyilməsini belə şirkə aparan yolun qarşısını almaq üçün qadağan edərdi..

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin