Tağut Beş Qismdir – 1. İblis. «Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın». (ə-Sad 78) ayəsində Allahın xitab etdiyi lənətli və İlahi rəhmətdən qovulmuş şeytandır. «Biz mələklərə Adəmə səcdə edin dedikdə İblisdən başqa hamı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 34).
2. Allahdan qeyrisinə özünün razılığı ilə ibadət olunanlar. Bundan Allaha sığınırıq. İstər həyatda ikən ona ibadət edilsin, istərsə də ölümündən sonra ona ibadət edilsin. Bundan razı olduğu təqdirdə o, kimsə tağutdur.
3. İnsanları özünə ibadət etməyə çağıran bir kimsə də belədir. İstər ona ibadət etməsinlər. Belə bir kimsənin çağırışı istər qəbul edilsin, istərsə də qəbul edilməsin o, kimsə tağutdur.
4. Qeybi bildiyini iddia etmək. Qeyb insanın görmədiyi, hal-hazırda olmayan deməkdir. Bu da iki növdür. 1) Nisbi qeybdir ki, bəzi insanlar üçün məlum ola bilir. Bəzi kimsələr üçün məchul. 2) Mütləq qeyb isə yalnız Allah tərəfindən və Allahın istədiyi Peyğəmbər tərəfindən bilinə bilər. Bunu bildiyini iddia edən kimsə kafirdir. Çünki o, bu iddiasıyla Allah və Rəsulunu yalanlamışdır. «Göylərdə və yerdə qeybi Allahdan başqa heç kəs bilməz. Onlar nə vaxt diriləcəklərini də bilməzlər». (ən-Nəml 65). Qeybdən xəbər verən insanlara bir sualımız vardır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qeybi bilmədiyi halda, sizin qeybi bilməniz necə mümkün ola bilər? Sizmi daha üstünsünüz, yoxsa Allahın Rəsulu? «Qeybi bilən ancaq Odur və O qeybi heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa». (əl-Cinn 26-27). Bu qeyb bilgisini iddia edən kimsələrin kafir olmasını açıqlayan ikinci bir dəlil. Allah Peyğəmbərinə hər kəsə bunu elan etməsini əmr etmişdir: «De ki: Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır, mən qeybi də bilmirəm…». (əl-Ənam 50).
5. Uca Allahın nazil etdiyi ilə hökm etmək Rububiyyət tövhidinin tələb etdiyidir. Buna görə də Uca Allahdan qeyrisinə uyan kimsələri «Rəblər» deyə adlandırmışdır: «Onlar Allahı qoyub öz alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı (rəblər) etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa heç bir tanrı yoxdur». (ət-Tövbə 31).
Bir kimsəni Tağut adlandırmaq onu kafir saymaqdır. Çünki insan tağut nə zaman ola bilər? Əgər özünə ibadətə dəvət edərsə. Ona ibadət olunsa razı qalar, sehirbazdır, Firon və s1097.
“BİSMİLLƏH” İLƏ KSİLMİŞ HEYVAN VƏ ONUN HÖKMÜ
Zəbh – müəyyən bir şəkildə (iki boyun damarını kəsərək) qan axıtmaq məqsədilə canın çıxması deməkdir. Nəhr – bıçaq boğaza salınmaqla dəvənin kəsilməsinə deyilir. Quran və Sünnə dəlilləri qurbanın yalnız Allah üçün kəsilməsi xüsusda Onun rızasını qazanmağı açıq bir şəkildə bəyan etmişdir. Allah Qurani-Kərimdə bir çox yerlərdə namaz ilə Qurbanı yan-yana zikr etmişdir. Uca Allah üçün qurban kəsilməsi ən mühüm ibadət və ən üstün itaətlərdən sayıldığı sabit olduğuna görə bir başqası üçün qurban kəsmək bir kimsəni İslam dairəsindən çıxaran böyük şirkdir. Bu da bir neçə şəkildə olur. Saleh Əli Şeyx – hafizahullah - “Şərh Kitabut-Tovhid”də deyir: “Qurban kəsmək dörd qismdir”:
1. Qurbanlıq Allahın adı ilə və Allah üçün kəsilir. Bu xalis Tövhiddir. Həm Allah üçün kəsir, həm də Allahın adı ilə kəsir. Hər iki tərəfdən savab qazanır. Allahın adı ilə, təzim olaraq, Onun önündə zəlil olaraq və Ona yaxınlaşmaq məqsədilə ibadət olaraq kəsilən heyvan - belə bir ibadət Uca Allahın buyurduğu şəkildə sadəcə Allah üçün edilir; “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər 2). “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam 162-163). Bu ayələrin hər biri qurbanlığın ibadət olmasına dəlildir. İbadət isə yalnız Allah üçün edilməlidir. Allahın heç bir şəriki yoxdur ki, onun üçün qurban kəsilsin və namaz qılınsın. Yalnız Uca və Böyük olan Allah bütün bu ibadətlərə layiqdir. Allah namaz qılmağı və qurban kəsməyi əmr etmişdir. Çünki bu ibadətlər Allahın sevdiyi və razı qaldığı ibadətlərdir.
Dostları ilə paylaş: |