İMANIN İSTİLAHİ (ŞƏRİ) MƏNASI
İmanın tərifinə və təfsirinə gəldikdə isə iman qətiyyətli bir təsdiqdən, tam bir etirafdan, Allah və Rəsulunun inanmağı əmr etdiyi hər bir şeyi etiraf etmək və qətiyyətlə təsdiq etmək, zahirdə və batində boyun əyməkdir. Bu da qəlbin təsdiqi və etiqadıdır. Özündə qəlbin və bədənin əməllərini əhatə edir. Bu da bütün dini yerinə yetirməyi əhatə edir. Buna görə də Sələflər deyirlər ki, iman dilin və qəlbin sözüdür. Dilin sözü Şəhadət Kəliməsidir ki, insanın İslam dininə girməsini elan edir. Qəlbin sözü isə təsdiqdir. Çünki insan Şəhadət Kəliməsini dili ilə söylədikdə qəlbi deyir ki, Saddəqtu – mən təsdiq etdim və bunu qəbul edir. Həmçinin də qəlbin və əzaların əməlidir ki, buradan da qəsd olunan qəlbin, dilin və bədən üzvülərinin əməlidir. İtaətlə artar, asiliklə azalar. İbn Qeyyim - rahmətullahi aleyhi - deyir ki: «İmanın həqiqəti söz və əməldir. Söz iki qisimdir. Qəlbin sözü – bu etiqaddır. Dilin sözü – bu isə Tövhid kəliməsini söyləməkdir. Əməl də iki qisimdir. Qəlbin əməli – bu niyyət və ixlasdır və əzaların əməli. Bu dördü olmadığı zaman iman kamiliyyə çatmaz. Qəlbin təsdiqi olmadığ zaman qalan qisimlərin də faydası olmaz»613. İmam Şafii - rahmətullahi aleyhi - deyir ki, iman söz və əməldir. Artar və əskilər. İtaətlə artar, günahlarla azalar və bu ayəni oxudu. «İman edənlərin imanı artsın deyə»614. Əbu Hənifə – rahmətullahi aleyhi – yə görə: «İman – dil ilə iqrar, qəlb ilə təsdiqdir»615. İqrar tək başına iman olmaz. Çünki iqrar sadəcə iman olsaydı, bütün münafiqlər mömin olardılar. Yenə eyni şəkildə təsdiq də tək başına iman olmaz. Çünki sadəcə təsdiq iman olsaydı, Əhli-Kitab (Yəhudi və Xristianlar) mömin olardılar»616. Fudeyl b. İyad - rahmətullahi aleyhi - deyir ki: «Bizə görə imanın içi də çölü də dil ilə iqrar, qəlb ilə söyləmək və onunla əməl etməkdir»617. İmam Buxari - rahmətullahi aleyhi - deyir ki: «Mindən çox alimdən elm yazdım. Kimdən yazdımsa hər birisi iman söz və əməldir dedilər. Heç kimdən iman sözdür deyə bir şey eşitmədim»618. Əbu Zura ər-Razi - rahmətullahi aleyhi - deyir ki: «Bizə görə iman söz və əməldir. Artar və əskilər. Kim bundan başqa bir söz söyləyərsə o, bidətçidir və murciyədəndir»619. əs-Səfərani – rahmətullahi aleyhi – deyir ki: «Hədis və Sələf alimlərinin qəbul etdikləri görüş iman qəlb ilə təsdiq, dil ilə iqrar və rükunları ilə əməl etməkdir. İtaətlə artar, günahlarla azalar. Əksi təqdirdə dil ilə iqrar olmadan sadəcə qəlb ilə təsdiqlə iman hasil olmaz. Bu səbəblə də İblis Allahın varlığını və rububiyyətini təsdiq etsə belə mömin deyə isimləndirilməz»620. İbn Battal - rahmətullahi aleyhi - deyir ki: «İman söz etibarı ilə təsdiqdən ibarətdir - deyiləcək olursa, buna cavabımız budur: Təsdiq bütün itaətləri yerinə yetirməklə kamil olur. Mömin xeyirli əməllərini çoxaltdıqca imanı daha da kamilləşir. Bunlarla birlikdə iman da artır. Xeyirli əməllər əskildi mi imanın kamilliyi də əskilir. İman haqqında ən mötədil rəy də budur»621. İbn AbdurRazzaq deyir ki: «Mən keçmiş nəsil və elm sahiblərindən Sufyən əs-Sovri, Məlik b. Ənəs, Ubeydullah b. Ömər, əl-Əvzai, Mamər b. Rəşid, İbn Cureyc, Sufyən b. Uyeynənin belə dediklərini dinlədim: «İman, söz və əməldir, artar və əskilər. Eyni zamanda İbn Məsud, Xuzeyfə, ən-Nəhai, Həsənul Bəsri, Tavus, Mücahid və Abdullah b. Mubərəkin də yekdil rəyləridir»622. İmam Buxari – rahmətullahi aleyhi – deyir ki: «Hicazlı, Məkkəli, Mədinəli, Bəsrəli, Kufəli, Bağdadlı, Şamlı, Misirli min insandan daha çox elm adamları ilə dəfələrlə görüşdüm. Onlardan heç birinin iman söz və əməldir xüsusunda ixtilaf etdiyini görmədim623. İmam əl-Acurri - rahmətullahi aleyhi - deyir ki: «Allah sizə və bizə rəhmət etsin. Biliniz ki, müsəlman alimlərin üzərində icma etdikləri şeyə görə iman bütün insanlara fərzdir. O, qəlb ilə təsdiq, dil ilə iqrar, orqanlarla əməl etməkdir. Sonra biliniz ki, dilin söyləməsi olmadıqca sadəcə qəlb ilə bilmək və təsdiq etmək yetərli deyildir. Orqanlarla da əməl etmək olmadıqca da qəlb ilə bilmək və dil ilə söyləmək yetərli deyildir. Bu üç hislət bir kimsədə tamam olduğu zaman mömin olur. Quran, Sünnət və müsəlman alimlərinin görüşləri buna dəlalət edir (Başqa rəvayətdə: «Əməllərlə təsdiq etməyən, qəlb ilə təsdiq edib və dil ilə söyləməyi yetərli görən kimsə mömin olmaz. Bilmək və söyləmək ona fayda verməz. Əməli tərk etməsi imanını yalanlaması deməkdir. Zikr etdiyimiz əməlləri etmək isə (namaz, oruc və s) imanın doğrulması deməkdir)»624. Əli – radıyallahu anhu – deyir ki: «İman qəlbdə ağ bir nöqtə kimi başlayır, iman artdıqda o, ağ nöqtə də artır»625. Digər bir rəvayətdə isə Əli – radıyallahu anhu – deyir: «Səbrin imana görə durumu, başın bədənə görə durumudur. Səbri olmayanın imanı da olmaz»626. İbn Məsud – radıyallahu anhu – dua edərək deyir ki: «Allahım! İmanımızı, yəqinliyimizi və fiqhimizi artır!». Allahummə Zidni, İlmən, Yəqinən Və Fikhən 627. Ömər – radıyallahu anhu – səhabələrə: «Gəlin imanımızı artıraq!» - deyərək, Allahı zikir edərdilər»628. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: «İman pisliklə (günahlarla) bir yerdə uyğunlaşmaz. Kim zina edərsə iman ondan ayrılar. Lakin nəfsini qınayar və doğruya dönərsə iman da ona dönər»629. Əbu Darda – radıyallahu anhu – deyir ki: «İman ancaq sizdən hər hansı bir kimsənin bir dəfə geydiyi sonra isə çıxardığı bir köynəyə bənzəyir. Allaha and olsun ki, bir qul öz imanında özünü əminiyyətdə (arxayınçılıqda) hiss edərsə mütləq imanın alındığını görür və onun yoxluğunu hiss edər»630. Cündub b. Abdullah əl-Bəcəli – radıyallahu anhu – deyir ki: «Biz Quranı öyrənməkdən əvvəl imanı öyrəndik. Sonra Quranı öyrəndik və onunla imanımızı artırdıq»631. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, İman təmiz və pakdır. Hər kim zina edərsə iman ondan ayrılar. O, kimsə nəfsini qınayaraq tövbə edərsə iman da ona geri dönər»632. Umeyr b. Həbib əl-Hutami – radıyallahu anhu – deyir ki: «İman artar və əskilər. Deyildi ki, onun artması və əskilməsi nədir? Dedi ki: «Allahı zikr etdiyimiz və Ona həmd etdiyimiz zaman bu imanın artmasıdır. Qəflət etdiyim və unutduğumuz zaman bu imanın azalmasıdır»633. Ammar b. Yəsir – radıyallahu anhu – deyir ki: «Üç şey vardır ki, bunları bir yerdə toplayan imanı da toplamış olar: «Nəfsinə ədalətli davranmaq, hərkəsə salam vermək, kasıbçılıqda xərcləmək»634. Abdullah b. əl-Humeydi – rahmətullahi aleyhi – deyir ki: «İman söz və əməldir, artar və əskilər»635. İmam Əhməd – rahmətullahi aleyhi – dən Murciyəlilərə aid sual soruşulduqda belə cavab vermişdir: «Bizlər deyirik ki, iman söz və əməldir. Artar və əskilər»636. Buna görədir ki, Bəkr b. Abdullah əl-Muzni – rahmətullahi aleyhi – deyir: «Əbu Bəkr – radıyallahu anhu – namaz və orucları ilə sizi qabaqlamayıb. O sizi onun qəlbində olan imanla qabaqlayıb». İbn Abbas, Əbu Hureyrə, Əbu Dərda – radıyallahu anhum – deyirlər ki: “İman həm artır, həm də azalır”637. İmam Vəki b. əl-Cərrah - rahmətullahi aleyhi - deyir ki, Əhli Sünnə deyir ki, iman söz və əməldir638. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki, iman artar və azalar. Artması əməl ilə, azalması isə əməli tərk etməklədir639. Onlar deyirlər ki, iman söz və əməldir. Bununla yanaşı qəlbin söz və əməlini qeyd etmirlər. Çünki qəlbin etiqadına, qəlbdə olan imana Əhli Sünnədən heç kəs etiraz etməyib. Hamı müttəfiqdirlər ki, iman qəlbdə olur. İxtilaf isə söz və əməldədir. Buna görə də sələflər qəlbin söz və əməlini qeyd etməyiblər.
Sələflər deyirlər ki: “İman qəlbin etiqadı, dilin sözü və bədən üzvülərinin əməlidir640. İtaətlə artır və asiliklə azalır”. Bu tərifi dedikdə onlar nə qəsd edirlər? Onlar bununla kamil imanı qəsd edirlər. Bu iman sayəsində insan Allahın dosluğuna nail olur, Müttəqilərdən olur və başlanğıcdan Cənnətə girənlərdən olur. Bu iman sayəsində bütün kəramətlər əldə olunur. İnsanın imanı kamil olmaz (imanın şöbələrini) elm və əməl tərəfdən kamilləşdirməsə. Xəlifə Ömər b. AbdulƏziz - rahmətullahi aleyhi - deyir ki: «İmanın fərzləri, hökmləri, sərhədləri və sünnətləri vardır. Kim bunları tam olaraq yerinə yetirərsə imanı kamil olmuş olar. Kim bunları tam olaraq yerinə yetirməzsə imanı da əskik olar»641. İman kamil dərəcəsinə çata bilməz əgər insan bunları dil, qəlb və əməl tərəfdən kamilləşdirməsə. Kim də bunları naqisləşdirərsə artıq imanı da naqisləşər.
Dostları ilə paylaş: |