Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə58/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   54   55   56   57   58   59   60   61   ...   218
İqrar sözü qəlbin iqrarı və rahat olması üçün imanın mənasında olduqca mühümdür. Amma təsdiq edib sonra müxalif olmağı qəlbində qəti olaraq keçirən şəxs iman gətirmiş sayılmaz. Hətta təsdiq etsə də belə. Onda imanın təfsiri üçün daha münasib kəlimə hansıdır?

İmanın lüğət tərəfdən təfsiri üçün ən münasib kəlimə iqrar kəliməsidir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki, bəlli olduğuna görə iqrar – imandır. Sadəcə təsdiq demək deyildir. Ərəb dilində iqrar təsdiqdən də daha geniş mənanı əhatə edir. İqrar qəlbin sözunu əhatə edir. Hansı ki, o da təsdiqdir. Buradan da aydın olur ki, təsdiq qəlbin sözüdür. Deməli iqrar həm qəlbin sözünü əhatə edir, həm də qəlbin əməlini. O, da İnqiyad boyun əyməkdir. Bunula da lüğət tərəfdən imanın mənası daha da həqiqətə uyğun olur. İqrar da iki şeyi özündə əhatə edir ki, birincisi qəlbin sözüdür. O, da təsdiqdir. Təsdiq də xəbərin düzgünlüyünü və xəbər verənin də doğruluğunu təsdiq etməkdir. Bu da iman mövzusunda olduqca mühümdür. Bəzən etiqad edir ki, xəbər səhihdir, xəbər verən isə yalançıdır. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Ramazan ayında (fitrə) zəkatını qorumağı mənə əmr etmişdi. Bir gecə (tanımadığım) biri gələrək bu zəkatı ovuclamağa başladı. Dərhal onu yaxalayaraq: «Səni Rəsulullah - sallallahu aleyhi və səlləm – in yanına aparacağam» dedim. O: «Mən ehtiyac sahibiyəm. Üzərimdə baxmaqla yükümlü olduğum uşaqlarım vardır. Ağır ehtiyac içindəyəm» dedi. Mən də yazığım gələrək onu buraxdım. Səhəri Peyğəmbər - sallallahu aleyhi və səlləm – ilə görüşdükdə: «Ya Əbu Hureyrə! Dünən gecəki əsirin nə etdi?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Ehtiyaclı olduğundan və çox uşaqlı olduğundan şikayət etdi. Mənim də ona yazığım gəldiyi üçün onu buraxdım» dedim. Peyğəmbər: «Diqqətli ol! O, sənə yalan söyləmişdir və yenə də sənin yanına gələcəkdir» deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm – əvvəlcədən mənə xəbər verdiyi üçün onu gözləməyə başladım. (Bir müddətdən sonra) həqiqətən də o, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in xəbər verdiyi kimi gəldi və zəkat malını ovuclamağa başladı. Mən (yenə də) onu tutaraq: «Səni Rəsulullah - sallallahu aleyhi və səlləm – in yanına aparacağam» dedim. O: «Yenə də göz yaşı tökərək ehtiyaclı, çox uşaqlı olduğunu söyləməyə başladı və bir daha gəlməyəcəyini söylədi». Mən yenə də yazığım gələrək onu buraxdım. Səhəri Peyğəmbər - sallallahu aleyhi və səlləm – ilə görüşdükdə: «Ya Əbu Hureyrə! Dünənki əsirin nə etdi?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Yenə də ehtiyaclı olduğundan və çox uşaqlı olduğundan şikayət etdi. Mənim də ona yazığım gəldiyi üçün onu buraxdım» dedim. Peyğəmbər: «O, sənə yenə də yalan söyləmişdir. Lakin onu gözlə yenə də gələcəkdir» deyə buyurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm – bu sözlərindən sonra mən onu üçüncü dəfə gözləməyə başladım. (Bir müddətdən sonra) o, gələrək zəkat malını ovuclamağa başladı. Bu dəfə onu möhkəmcə yaxaladım və bu dəfə səni mütləq Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına aparacağam. O: «Burax məni! Sənə bir neçə kəlimə öyrədərəm ki, Allah bu kəlimələr sayəsində səni faydalandırar» dedi. Mən: «Bu (nə sözlərdir)» dedim. O: «Yatağına girdiyin zaman «Ayətul Kursi – Bəqərə 255-ci ayəsini» başlanğıcdan sonuna qədər oxusan, bu vaxtı səhərə qədər səninlə Uca Allah tərəfindən səni qoruyan bir mələk yanından ayrılmaz. Şeytan isə səhərə qədər sənə yaxınlaşa bilməz» dedi. Mən də bu sözlərdən sonra onu buraxdım. Səhəri Peyğəmbər - sallallahu aleyhi və səlləm – ilə görüşdükdə: «Ya Əbu Hureyrə! Dünən gecəki əsirin nə etdi?» deyə buyurdu. Mən: «Ya Rəsulullah! Mənə sayəsində Allahın mənə fayda verəcək bir neçə kəlimə öyrətdi. Mən də onu buraxdım» dedim. Peyğəmbər: «Bu nə kəlimələrdir belə?» deyə buyurdu. Mən: «Mənə yatağına girdiyin zaman Ayətul Kursini başdan sona qədər oxu dedi. Və bu vaxtı səhərə qədər Allah tərəfindən olan gözətçi mələk sənin yanından ayrılmaz və şeytan sənə yaxınlaşa bilməz» dedi. Peyğəmbər: «Həqiqətən o, sənə doğrunu söyləmişdir. Halbuki o, özü yalançıdır. Ya Əbu Hureyrə! Üç gündür kiminlə söhbət etdiyini bilirsənmi?» deyə buyurdu. Mən: «Xeyr, bilmirəm» dedim. Peyğəmbər: «O, şeytan idi» deyə buyurdu611. Bu iman məsələsində xəbər verənə insan arxayın olmalıdır. Onada və onun verdiyi xəbərin doğru olduğuna da.

İkincisi isə qəlbin əməlidir. O, da qəlb tərəfdən artıq arxayın olmaq və əzm – qəti qərar vermək ki, buna (xəbərin tələb etdiyinə) boyun əyəcəkdir. Ona müxalif olmayacaq və ikrah hissi ilə ona yanaşmayacaqdır. İman iqrardır. İqrar da özündə əhatə edir təsdiqi, qəlbin rahatçılığını və qəlbin əmin olmasını. İqrarın mənası ilə imanın lüğətdə olan mənası nə kimi müvaffiqlik vardır? Əgər biz biləndə ki, iqrar sözü dildə iman sözünün təşkil etdiyini təşkil edir, əhatə etdiyini də əhatə edirsə bununla aydın olur ki, imanın təfsiri üçün ən münasib kəlimə iqrar sözüdür.

Onun mənalarından biri də dildə Səbət - sabitlik, Əmənə - əmin olmaq, İstiqrar - yerləşmək və Duməninə - arxayın olmaq deməkdir. Qarra mənasında Qarra, Yəqirru, Əuyəqarru, Qararan Izə Səbətən, Sumutan, Cəmitəndonaraq sabit qalarsa. Buna görə də iman da insanın qəlbində sabit olur və möhkəmlənir. Şair deyir ki: «Və Lə Qarara Alə Zəli Minəl Əsədi» - «Səs çıxaran şirin yanında əmin olmaq mümkün deyildir». Burada olan əmin sözü «Və Lə Qarar» sözü ilə işlədildi. İnsan belə bir aslanın yanında rahatlaşa, əmin ola bilməz. İqrarın mənasından biri də bir şeyi sabit etmək, isbat etməkdir. «İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq». (əl-Həcc 5). Bu isbat bəzən qəlb tərəfdən olur, bəzən də dillə. Ya da hər ikisi ilə birlikdə olur. Tövhidin isbatına gəldikdə isə tək dil kifayət deyildir. Buna mütləq qəlbin də iqrarı, təsdiqi olmalıdır.

İqrar inkarın əksidir. Çünki iqrar ilə inkar təsdiqdə bəzən şərik olur. Görürsən ki, insan bəzən təsdiq də edir, iqrar da, etiraf da edir, qəbul da. Bəzən də təsdiq edir, inkar da edir. «Xatırlayın ki, yenə bir zaman sizinlə: «Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdlarınızdan çıxarmayın!» deyə razılığa gəldik. Sonra siz həmən əhd-peymanın şahidi olub onu təsdiq etdiniz». (əl-Bəqərə 84). «(Ey Kitab əhli!) O, vaxtı yadınıza gətirin ki, Allah Peyğəmbərlərdən: «Sizə verdiyim kitab və bilikdən sonra, sizdə olanı təsdiq edən bir Peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz» deyə əhd almış və onlara: «Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?» - demişdi. Onlar da: təsdiq etdik» deyə cavab vermişdilər. (Bu zaman) Allah: «Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm» deyə buyurmuşdur». (Ali İmran 81). Allah bu ayələrdə iman gətirir sözünü – iqrar sözü ilə işlətmişdir.



Həmçinin İqrar kəliməsi əhd-peymanda deməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizim ilə onların arasında əhd namazdır. Kim onu tərk edərsə küfrə (şirkə) düşmüş olar»612. Bu məsələnin xülasəsi ondadır ki, iman ləfzini tək təsdiqlə təfsir vermək kifayət deyildir. Elə bir kəlimə seçmək lazımdır ki, o kəlimə özündə həm təsdiqi, həm də əmin olmağı əhatə etsin. Bu da iqrar kəliməsidir.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin