Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə62/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   58   59   60   61   62   63   64   65   ...   218
ƏMƏLLƏR İMANDANDIR
«Əməllər iman deyilən şeyin içərisinə girməz» - deyənlər, iman tək bir şey olduğuna görə: «Mənim imanım Əbu Bəkr əs-Sıddıq, Ömər – radıyallahu anhum – nun imanı kimidir. Hətta mənim imanım Peyğəmbərlərin, Rəsulların, Cəbrailin və Mikailin imanı kimidir» - deyənlər də vardır.

SələflərMurciyə arasında mübahisə əməllərin imandan olub-olmamasıdır. Əməllər imanın əsası üçün deyildir. Çünki imanın əsası qəlbdədir. Lakin əməlsiz də iman yoxdur. Əgər qəlbdə iman olarsa zahirdə də olmalıdır. Hər bir müsəlmanda imanın başlanğıcı olur. Sonra get-gedə də artır. Çünki imanın əsli və kamilliyi vardır. İmanın əsli qəlbdədir. Bu da başlanğıcdır. Bu başlanğıc da kifayət deyildir. Bu başlanğıc (imanın əsli) insanın dünya və axirətdə əmin olması üçün kifayət deyildir. Belə bir insan bununla kifayətlənərsə o, əmin ola bilməz. Əgər o, imanı kamilləşdirməsə dünya və axirətdə təhlükələrə, cəzaya məruz qalar. Buna görə də ona vacibdir ki, imanın vacib şöbələrini tamamlasın ki, nicat tapanlardan olsun.

Sələflər əməl imandandır. Bununla onlar nə qəsd edirlər? Hər hansı bir əməl imandandır, yoxsa yaxşı əməllər. Onlar qəsd edirlər ki, bütün itaətlər imandandır. İtaət də Allahın əmrinə müvafiq olaraq yerinə yetirilməlidir. Əgər əməl Allahın əmrinə müvafiq olmazsa itaət sayılmaz. Məs: Oruc tutmaq ibadətdir. Lakin sən bayram günü oruc tutsan bu əməl Allah və Rəsulunun əmrinə müvafiq olmadığı üçün itaət sayılmaz. Əməllər imandandır dedikdə, onlar yalnız saleh əməlləri qəsd edirdilər.

Ayə və hədislərdən bizə məlum olduğuna görə - əməl olmadıqca iman kamil olmaz. Niyyətsiz nə söz və nə də əməl olur. Sünnətə uyğun olmadıqca da nə söz, nə əməl, nə də niyyət olur. Möminlərin əmiri Əbu Hafsa Ömər b. əl-Xattab – radıyallahu anhu – rəvayət edir ki, mən Rəsulullah – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim. «Əməllər ancaq niyyətlər ilədir və hər bir şəxs üçün niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti651 Allah və Rəsulu ücündürsə, onun hicrəti Allah və Rəsulu ücündür. Hər kimin hicrəti əldə edəcəyi bir dünyalıq və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə ücün hicrət etmiş isə elə onadır»652. Həsənul Bəsri - rahmətullahi aleyhi - deyir ki: «Əməl olmadıqca söz səhih olmadığı kimi, niyyət olmadıqca da, əməl və söz də səhih deyildir. Bir kimsə sünnət üzərə olmadıqca da, nə söz, nə əməl, nə də niyyət səhih olur»653. Əhməd b. Əbi Havari - rahmətullahi aleyhi - deyir ki: «Kim Rəsulullahın sünnətinə uymadan bir əməl edərsə onun bu əməli batildir»654. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: «Niyyət əməllərin ruhudur. Niyyətə möhtac olan əməllərsə cəsəd durumundadır. Əgər niyyət olmazsa bədənlə edilən əməllər ölüdür. O, halda qəlbdə olan əməllərin mərifəti bədənə aid olan əməllərin mərifətindən daha önəmli və öndədir»655. Sələflər deyirlər ki: «Mənə elə bir əməl deyin ki, onunla daima Allaha əməl edim. Ona: «Xeyir niyyət et! Sən bununla əməl etmiş olarsan, əməl etməsən də belə. Sən niyyətində xalis olsan, əməlin azı da sənə kifayət edər». Allah Qurani Kərimdə də bir çox ayələrdə iman ilə saleh əməli birlikdə qeyd edir. «İman gətirib saleh əməl edənlərin mənzili isə Firdovs Cənnətləri olacaqdır!» (əl-Kəhf 107). Şübhəsiz ki: «Rəbbim Allahdır deyən, sonra da (söz və əməllərində) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin». (Fussilət 30). «Bu sizin (dünyada) etdiyiniz yaxşı əməllər müqabilində varis olduğunuz Cənnətdir». (əz-Zuxruf 72). «Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa». (əl-Əsr 3).



Sələflərin verdiyi tərif bu hədisdə öz əksini necə də gözəl tapmışdır. Üç əmələ bir hədisdə dəlil vardır. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «İman yetmiş, yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan başqa ilah olmadığını (Lə Iləhə Illəllah) söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»656. Dinə girmək üçün ilk söylənilən şəhadət kəlməsidir ki, etiqad etibarı ilə qəlbin əməli, söyləmək etibarı ilə dilin əməlidir, əziyət verən şeyi yoldan qaldırmaq – əzaların əməli, həya da – qəlbin əməlidir. Yolda əziyyət verən şeyləri dəf etmək bir əməl olduğu halda, Rəsulullah – sallallahu aleyhi və səlləm - onu imandan saymışdı. Həmçinin də: Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar: «Allah və Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir»657. Bu hədisdə Rəsulullah – sallallahu aleyhi və səlləm - zahiri əməlləri imana misal çəkir.

İbn Batta – rahmətullahi aleyhi - 658 deyir ki: «Buxari – rahmətullahi aleyhi - nin iman bölümündə qeyd etmək istədiyi məna da elə budur. O, bölümün bütün bablarını bu əsasa görə açmışdır. Məs: Umurul iman (imandan olan işlər) Namaz imandandır, zəkat imandandır, cihad imandandır adı altında açdığı başlıqlar ilə o, Murciənin - iman əməlsiz sözlərdən ibarətdir - (yəni əməl imandan ayrıdır) sözlərini rədd etmiş, onların bu səhv fikirlərini Quran və Sünnə ilə bəyan etmişdir659. Allah sizin imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız namazlarnızı) əvəzsis buraxmaz. (əl-Bəqərə 143). Qiblə dəyişilməmişdən əvvəl müsəlmanlar ölmüş və ya öldürülmüşdülər. Biz onlar barəsində nə deyəcəyimizi bilmirdik. Bəra b. Azim – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – ilə birlikdə 16-17 ay Beytul-Məqdisə tərəf namaz qıldıq. Allah: «(Ya Muhəmməd!) biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də sənin razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü MəscidulHarama tərəf çevir. (Ey müsəlmanlar!) Harda olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmiş ümmətlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir». (əl-Bəqərə 144)»660. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, insanlar Quba məscidində sübh namazını qıldıqları vaxt biri gələrək: «Bu gecə Rəsulullah – sallallahu aleyhi və səlləm – ə Quran ayəsi endirilmiş və Kəbəyə tərəf dönməyimiz əmr edilmişdir. Siz də Kəbəyə tərəf dönün. Quba məscidinin cəmaatı da Şama tərəf olduqları halda Kəbəyə yönəldilər»661. Allah bu ayəni nazil etdi. Allah bu ayədə namazı iman deyərək adlandırmışdı. Səhabələr öz qardaşlarının Beytul Məqdisə tərəf üz tutaraq qıldıqları namazlarına görə qorxuya düşmüşdülər. Çünki İslamın ilk əvvəllərində müsəlmanlar Beytul Məqdisə tərəf namaz qılardılar. Onlar namaz Məscidul Harama (Kəbəyə) vacib olmamışdan qabaq ölmüşdülər. Səhabələr bilirdilər ki, Qibləyə yönəlmək namazın şərtlərindəndir. Bu şərt olmadan da namaz qəbul deyildir. Onlar da heç qibləyə tərəf yönəlməmişdilər. Onlar elə zənn edirdilər ki, qiblənin nəsx olunması ilə onların əməlləri də nəsx olunmuşdur. Lakin Allah onların qəlblərini arxayın edərək ayə nazil etdi: «Allah sizin imanınızı əvəzsiz buraxmaz». Allah onların bu şübhələrini aradan qaldırdığı zaman onlara demədi ki: «Sizin namazınızı zay etməz (əvəzsiz buraxmaz)», əksinə onlara buyurdu ki: «Sizin imanınızı zay etməz (əvəzsiz buraxmaz). Bununla onların diqqətini ən mühüm bir işə yönəltdi. Çünki bu namaz Beytul Məqdisə tərəf üz tutularaq qılınmışdır. Onlar da Allahın əmrinə müvafiq olaraq namaz qılmışdılar. Onların bu əməlləri itaətdir, itaətdə imandır, iman da Allahın dərgahında necə zay ola bilər. Burada imandan da qəsd olunan namazdır. Namaz həm qəlbin, həm dilin, həm də əzaların əməllərini bir yerdə birləşdirir.

Qısaca iman – qəlbdə yer tutan əməl tərəfindən təsdiqlənən, meyvələri Allahın əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək ilə ortaya çıxan şeydir. Əgər elm əməldən uzaq olarsa, onun heç bir faydası da olmaz. Əməldən uzaq bir elmin bir kimsəyə faydası olsaydı, Allahın lənətinə düçar olan iblisə faydası olardı. O, Allahın şəriki olmadığına, tək olduğuna, sonunda da ona qaytarılacağını bilirdi. Lakin Allah: «Adəmə səcdə et!» deyə əmr verdikdə o, təkəbbürlüyündən səcdə etməyib kafirlərdən oldu. (Allah) buyurdu: «Ey iblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun? Qiyamət gününə qədər mənim lənətim sənin üstündən əskik olmasın!». (Sad 75-78). Allahın vəhdəniyyətini bilməsi ona (İblisə) fayda vermədi. Çünkü əməldən ayrı bir elmin aləmlərin Rəbbinin tərəzisində heç bir ağırlığı yoxdur. Şeyx Useymin– rahmətullahi aleyhi – «Üç Əsas» kitabının şərhində dediyi kimi: «Əməl elmin meyvəsidir. Kim elimsiz əməl edərsə o, Xristianların misalındadır. Elmi olmaqla bərabər əməl etməyən kimsə isə Yəhudilərin misalındadır».



İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Bizim sələfimizdən keçib gedənlər iman ilə əməlin arasını ayırmazdılar. Əməl imandan, iman da əməldəndir. Əməl imanı doğruldur. Hər kim dili ilə inanır, qəlbi ilə tanır və əməli ilə təsdiq edərsə o, qopmayan bir qulpdan yapışmış olur. Hər kim də dili ilə söyləyər, qəlbi ilə tanımaz və əməli ilə təsdiq etməzsə o, axirətdə uduzanlardandır. Əvvəlkilərlə sonraki insanlardan çoxsunun da söylədiyi: «Onlar əməli sözün təsdiqləyicisi olaraq görərdilər»662. İman əl-Əvzai, Məlik b. Ənəs və Səid b. AbdulƏziz – rahmətullahi aleyhi – onlar: «İman əməlsiz sözdür» deyənləri xoş qarşılamazdılar. Əməlsiz iman, imansız da əməl olmaz deyərdilər663. Əbu Ubeyd b. Qasım ibn Səlləm – rahmətullahi aleyhi – deyir ki: «Bil ki, elm adamları və din ilə maraqlananlar bu mövzuda iki qrupa ayrıldılar. Bir qrup dedi ki, iman, Allaha qarşı ixlaslı olmaqla dillərin şahidlik etməsiylə və əməllə gerçəkləşir. Bir qrup da dedi ki, xeyir! İman qəlblərlə və dillərlə gerçəkləşir. Əməllərə gəlincə isə bunlar təqva və yaxşılıqdır. İmandan deyildir. İki qrupun ixtilafını incələdiyimiz zaman Kitab və Sünnətin iman, niyət, söz və əməlin hamısı ilə həqiqət olduğunu və digər qrupun dediklərini rədd etdiyini gördük»664. İmam əl-Əvzai – rahmətullahi aleyhi – deyir ki: «İman yalnız söz ilə istiqamət tapır (doğru və düzgün olur). İman və söz yalnız əməllə istiqamət tapır. İman, söz və əməl yalnız sünnətə uyğun bir niyyətlə istiqamət tapır. Sələfdən ölüb gedənlər əməli imandan, imanı da əməldən ayırmazdılar. Hər kim dili ilə iman edər, qəlbi ilə təsdiq, əməli ilə də bunu doğrulayarsa həqiqətən bu qopmayan sağlam bir ipdir. Hər kim də dili ilə söyləyər, qəlbi ilə təsdiq etməzsə, əməli ilə də doğrulamazsa onun imanı qəbul edilməz və axirətini də itirmiş olar»665. Abdullah b. əl-Humeydi – rahmətullahi aleyhi – deyir ki: «İman söz və əməldir, artar və əskilər. Əməlsiz imanın faydası yoxdur. Niyyətsiz əməl və sözün faydası yoxdur. Sünnətsiz söz, əməl və niyyətin də faydası yoxdur»666. Beləliklə bizə aydın oldu ki, əməl imanın ayrılmaz bir hissəsidir.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin