Turizm və onun təşkili



Yüklə 78,69 Kb.
səhifə21/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   17   18   19   20   21   22   23   24   ...   28
turizm texnaloji

3. İqtisadi İdarəetmə metodlan
İdarəetmədə bu üsullara üstünlük verilir. Ona görə ki, idarəetmə
münasibətləri birinci növbədə iqtisadi münasibətlərlə, yəni işçilərin marağına
uyğun münasibətlərlə təyin olunur. Başqa sözlə desək, idarə olunan obyektin
maraqları və müəssisənin qarşısına qoyulan məqsəd iqtisadi metodların təsiri
ilə həll olunur. Müəssisələrin idarə olunmasında iqtisadi metodlara geniş yol
verilir. Ona görə ki, bazar iqtisadiyyatına keçid dövrü müəssisələrin
kollektivləri tam sərbəst hərəkət edirlər. Kolletivlər maddi fondlardan. alınan
gəlirdən, əmək haqqından səmərəli istifadə edir və öz maraqlarını güdürlər.
Problem ondadır ki. kollektivdə elə şərait yaranmalıdır ki, iqtisadi metodlar
effektli olsunlar. Hər hansı bir idarəetmə funksiyasının olmaması bu metodun
effektliyini şübhə altına sala bilər. İqtisadi metodların effektliyi nəticəsində
əmək kollektivi maraqla işləyir, ona görə ki, onun iqtisadi maraqları qorunur.
İqtisadi maraqların tətbiq olunması kollektivdə nizam-intizam yaradır. Fəhlələr
öz ixtisaslannı artınr və gördükləri işdən həzz alırlar. Praktikada iqtisadi
idarəetmə metodlarının tətbiqində planlaşdırma, təhlil, təsərrüfat hesabı
(xozrassçet), qiymət əmələ gətirmə və maliyyə kimi proseslərdən istifadə
olunur.
İqtisadi metodlann müəssisələrdə genişlənməsinə baxmayaraq təşkilatı
inzibati idarəetmə metodlanndan istifadə etməyi də yaddan çıxartmaq lazım
deyil, ona görə ki, bu axırıncılar müəssisədə gərginlik yarandıqca mərkəzi
idarəetmənin üstünlüklərindən istifadə etməyə imkan verir.
4. Sosial-psixoloji idarəetmə metodlan
Tədqiqatlar göstərir ki, əməyin məhsuldarlığı psixoloji faktorlardan da
asılıdır. Menecer bu faktorları nəzərə alaraq məqsədi və problemləri eyni olan
vahid kollektiv yaratmağı bacarmalıdır. Sosialoji tədqiqatlar göstərir ki,
menecerin idarəetmə qabiliyyətinin 15 %-i onun ixtisaslı olmasından asılıdırsa.
85 %-i adamlarla danışmaq qabiliyyətindən asılıdır. O. onunla işləyən
adamlann xasiyyətini, davranışını, işə və kollektivə münasibətlərini öyrənərək,
onun necə hərəkət edə biləcəyini əvvəlcədən proqnozlaşdırmağı bacarmalıdır.
Məlumdür ki. hər qrupun özünə məxsus psixoloji klimatı vardır. İşçi qrupların
yaranmasında psixo-fizioloji uyğunluq nəzərə alınmalıdır. Yaponiyanın
sosioloqları təsdiq edirlər ki. insanın əhval-ruhiyyəsindən və işləmək
arzusundan asılı olaraq əmək məhsuldarlığı 1.5 dəfə arta və ya azala bilər.
Sosial psixoloji faktorlara idarəetmə zamanı fikir verməyəndə kollektivdə
qeyri sağlam münasibətlər, yarana bilər, bu da əmək məhsuldarlığını aşağı
salır. Sağlam münasi-bətlər əmək kollektiv lərində bazar münasibətləri şəraitində əmələ gəlir. Bu şəraitdə sağlam mənəvi psixoloji klimat formalaşır, yoldaşlıq müna-sibətləri və kollektivçilik yaranır.
Kollektivin hər bir üzvü (91%) ümumi işdən ötrü narahat olur. Ona görə də,
kollektivin sosial psixoloji atmos-ferinə menecer daim nəzarət etməli və
göstərilən bu metodlarla ona təsir göstərməyi bacarmalıdır. Burada şəxsi
söhbətlər, müxtəlif tərbiyəvi proseslər, maddi maraqlandırma əsas rol oynayır.
Burada əsas faktor «insan faktorlarıdır». İnsanın «ürəyinə» yol tapmalı, onun
iqtisadi maraqlarını nəzərə almalı, xasiyyətinə uyğun rəftar etməlidir. Bir
sözlə, qulluqçunun «dilini» tapmalı və məhsuldar işləmək üçün ona şərait
yaratmalıdır. Bunların hamısı menecerin təcrübəsindən və istedadından
asılıdır.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin