14.Turizmdə idarəetmə metodlarının tətbiqi qaydalarının təcrübəçi tələbələrə öyrədilməsi. İdarəetmə funksiyaları və prinsipləri müxtəlif üsullarla reallaşdırılır.
İdarəetmə üsulu müəyyən məqsədə çatmaqdan ötrü obyektə göstərilən
müxtəlif təsirlərin nəticəsidir.
«Metod» yunan sözüdür və onun mənası hər hansı məqsədə çatmağın
yoludur. İdarəetmə metodunun (üsulunun) köməyi ilə idarəetmə fəaliyyəti
yaranır. Bu fəaliy>'ət menecmentin əsas vəzifələrini reallaşdırmaqdan ötrü
tətbiq olunur. Bu metodlar kollektivlərdə və müəssisələrdə istifadə olunur.
Ədəbiyyatda obyektə təsir qüvvəsi və idarəetmə metodlarının klassifı-
kasiyasına vahid baxış yoxdur. Praktikada, ümumiyyətlə, müxtəlif idarəetmə
metodları və onların birləşmələri tətbiq olunur. Bu metodlar biri birini əvəz
edir və daim dinamik tarazlıqda olurlar. Onların obyekti, yəni istiqaməti əməyə
qatlaşan insanlardır.
2. Təşkilatı inzibati idarəetmə üsulları Təşkilatı inzibati idarəetmə metodu təşkilati münasibətlərin əsasında
qurulmuşdur. Bu metodların əsasında turist müəssisəsinin vacib idarəetmə
funksiyası yerinə yetirilir. Biz əsaslı olaraq inzibati idarəetmə metodunu tənqid
edirik. Lakin heç bir iqtisadi metod təşkilati inzibati təsir olmadan təşkilatda
nizam-intizam və qayda-qanun yarada bilməz. Deməli çıxış yolu bu metodları
optimal mütənasiblikdə tətbiqindədir. İnzibati metod rəhbərin səlahiyyətinə,
onun hüquqlarına və onun ixtiyarına əsaslanır. Müəssisənin rəhbəri burada
inzibatçı kimi, yəni hakimiyyətin nümayəndəsi kimi çıxış edir. O. burada ona
verilən səlahiyyət çərçivəsində hərəkət edir. İnzibati idarəetmə metodu
quru-quru əmr verməklə eyni deyildir.
Sovet idarəetmə sistemində inzibati idarəetmə metodları üstünlük təşkil
edirdilər. Bu metodun üstünlüyü onda idi ki.,verilən əmrlər, sərəncamlar və
operativ göstərişlər yazılı və ya şifahi verilirdi və onların həyata tətbiq
olunmasına ciddi nəzarət olunurdu. Bu da əmək nizam-intizamını yüksək
səviyyədə saxlayırdı.
Son zamanlar inzibati idarəetmə metodları iqtisadi metodlar tərəfindən
sıxışdırılır. Bunu nə elmi və nə də praktiki cəhətdən düzgün hesab etmək
olmaz. Eyni zamanda, tək inzibati metodların tətbiqi axır nəticədə passivliyə və
idarəetmədə tabesizliyə gəlirib çıxarır.