Turizm və onun təşkili



Yüklə 78,69 Kb.
səhifə23/28
tarix24.05.2022
ölçüsü78,69 Kb.
#116155
1   ...   20   21   22   23   24   25   26   27   28
turizm texnaloji

Öz mövqeyinin müdafiəsi. Bu hal müəyyən mövqelərin olmasını tələb edir.
A. Mən heç kəsin fikrinə şərik olmuram və öz fikrimi də açıqlamıram.
B. Mən başqalarının fikrini nəzərə alıram, lakin öz əlavələrim də olur.
C. Mən öz fikrimi açıqlayıram və başqalarının fikrinə tənqidi yanaşı
ram.
D. Başqalarının fikrinə zidd olsa da, mən öz fikrimi müdafiə edirəm.
E. Mən həmişə öz fikrimdə qalıram və başqalarına da qulaq asıram.
F. Mən öz fikrimi açıqlayıram, lakin onu dəyişə də bilərəm, əgər başqa
bir ağıllı fikir olsa.
3.4 Konfliktlərin həlli. Konflikti həll edə bilən menecer hörmət qazanır,
həll edə bilməyən isə hörmətdən düşür.
A. «Hörmətimi» saxlayıram və konfiliktə qarışmıram.
B. Konfliktdən qaçıram, lakin baş verəndə çalışıram tərəfləri
«sakitləşdirəm».
C. Konflikt baş verəndə mən tərəfləri razı salan mövqe tuturam.
D. Çalışıram konfliktin qabağını alam, ondan ötrü öz fikrimə üstünlük
verirəm.
E. Konflikt baş verəndə mübahisələri kəsirəm və tərəflərə onların
16.Turizm məhsuluna olan təlabatın müəyyən edilməsi qaydalarının tətbiq.
Ümumiyyətlə, tələbat - şüurlu surətdə adət olunmuş zəruriyyətdir. O,
cəmiyyətdə istehsalın baş vermiş inkişafı nəticəsində formalaşır. Tələbatın
formalaşmasına tarixi, milli, coğrafi xüsusiyyətlər və həyat şəraiti təsir
göstərir. Sosial mühit, intellektual inkişaf səviyyəsi tələbatın tərkibini təyin
edir. Əhali, onun müxtəlif təbəqələri, tələbatı ödəmək üçün müxtəlif yollar
axtarıb tapırlar.
Həyat tərzinin dəyişməsi, insanın maddi və maliyyə vəziyyətinin
yüksəlməsi turist məhsuluna olan tələbatı yaratmışdır. Turizm, müasir
insanların sosial tələbatının təzahürüdür.
Bazar iqtisadiyyatı şəraitində istehsalın əsas tənzimləyicisi qiymət
qanunudur. Tələbatların təmin olunması bazar mexanizmi tərəfindən təmin
olunur. Başqa sözlə desək, hər hansı bir istehsal növünün inkişafı tələb və təklif
qanunları əsasında baş verir.
İnsanların tələbatı rəngarəng və çoxdur. Onlar bir-birindən forma və
məzmun cəhətcə fərqlənirlər. Tələbatlar iki cür olur: şəxsi və ictimai tələbatlar.
Turizm tələbatı - şəxsi tələbatdır. İnsanların biri-birilə ünsiyyətdə olması
ictimai tələbatdır.
Turizmdə tələbat anlayışının açılmasının çətinliyi ondadır ki, o istehsalın
bütün fazalarında - həm istehsalda və həm də istehlakda iştirak edir. İstehsalın
məhsulu kimi tələbat şəxsi istehlak prosesində əmələ gəlir. Tələbatı öyrənəndə
ödənişə qadir tələbatı öyrənirlər, yəni o tələbatı ki, o xidmətlərlə və ya mallarla
təmin olunsun. O tələbatı ki, onu pul vahidi ilə ödəmək olsun. Tələbat
istehlakın bir forması kimi bazardakı alıcıların və ya istehlakçıların cəmi ilə
ölçülür. Alıcı yoxdursa, tələbat da yoxdur.
2. Turizm məhsuluna olan tələbatın formalaşması
Turizm sahəsində tələbatın əmələ gəlməsi və inkişafı istehsalın maddi
bazasının inkişafı ilə bilavasitə əlaqədardır. İnsanın maddi tələbləri nə qədər
tam ödənirsə, o qədər də onun turist məhsuluna tələbatı çoxalır (Ac adam
yuxuda darı görür, turist məhsulu görmür). Turist xidmətləri insanı mənəvi
cəhətdən qidalandırır.
Turizm məhsulu iqtisadi kateqoriyadır, buna baxmayaraq, o psixo-fı-
zioloji xarakter daşıyır. Bu hal turist məhsulundan istifadə edən adamların
psixologiyasını, davranış motivlərinin öyrənilməsini tələb edir.
Turist məhsuluna olan tələbat aşağıdakı faktorlardan asılıdır: gəlir,
xidmətin qiyməti və asudə (boş) vaxt. Bundan başqa, tələbat eyni zamanda
alıcının hazırlığından, onun mədəni səviyyəsindən və turist məhsulunun
özünün cazibədarlığından asılıdır.
Turizmin inkişafı ilə əlaqədar turistlər tərəfindən turist məhsuluna tələbat
yaranır. Madam ki. bu tələbatın yaranmasına səbəb 2 əsas elementdir - pul və
boş vaxt, biz onların mənbələrinə nəzər salaq.
Turizm maliyyələşdirməsinin iki yolu var: turistlərin şəxsi gəliri və sosial
fondun vəsaitləri. Boş vaxtın mənbəyi vətəndaşlara verilən məzuniyyətlər və
şənbə-bazar günləridir.
Turizm iqtisadiyyatının əsasını qoyanlar B. Xinsiker və K. Krapf turizmin
tələbatına belə tərif verirlər: «İqtisadi cəhətdən turizm tələbatı turistlərin
müəyyən qiymətlərlə almaq istədiyi malların və turist xidmətlərinin
miqdarıdır». Başqa sözlə desək, turizm tələbatı turist gedən ölkənin qiymətləri
ilə əlaqədar turist xidmətləri və malların şəxsi istifadəsidir.
II Dünya Müharibəsindən qabaq turizm elitar xarakter daşıyırdı, geniş
əhali kütləsi turist səfərlərində iştirak etmirdi. Lakin müharibədən sonra
əhalinin bir hissəsi varlanmağa başladı. Fəhlə sinfi əmək haqqının artırılması
və məzuniyyətlərin uzadılması uğrunda apardığı mübarizələrdə qalib gəldi.
Kütləvi turizm genişlənməyə başladı. Turizm məhsuluna olan tələbat artmağa
başladı.
P. Maslov yazır ki, «insanın istehlak sahəsi - psixologiya elminin bir
sahəsidir. Bu sahədə kütləvi tələbat prosesi, insanların arzu və istəkləri və
davranış motivləri biri-birilə vəhdət təşkil edir».
Turizm bütün vaxtlarda ətraf mühiti öyrənmək, həyat proseslərini dərk
etmək maraqları ilə bağlı olmuşdur. Gələcəkdə də bu maraqlar genişlənəcəkdir.
Hər hansı bir marşrutun seçilməsi, səfərin müddəti, xidmətlərdən istifadə -
qidalanma, əyləncə və s., bunlar hamısı turistin şəxsi davranışı və
keyfiyyətlərindən asılıdır. Məhz ona görə də, potensial turistlərin müxtəlif
situasiyalarda davranışını analiz etmək turist xidmətlərinin müəyyən bazarın
seqmentində təhlilini aparmaq turist müəssisələri üçün çox vacibdir.

Yüklə 78,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin