XEYİRXAHLIQDAN UZAQLAŞMA
Xalqa yaxşılıq və ehsan iman və insanlıq nişanəsidir. Xeyir əməl sahiblərinin mükafatı ilahi məhəbbətdir.87
Xeyirxah insanlar kiçik maneələr səbəbindən yaxşılıq və ehsanı tərk etməməlidirlər. Xalqa yaxşılıq Allaha ibadətdir. Bu əməllərin böyük mükafatı vardır və xeyirxah insan Allahın razılığını qazanır.
Heç şübhəsiz, xeyirxahlıqdan uzaqlaşmaq böyük günahdır. Bu uzaqlaşma insanı Allahın razılığından və gözəl əxlaqdan məhrum edir.
NE’MƏTƏ QARŞI KÜFR ETMƏK
Qur’ani-Kərimin ağır əzab və’d etdiyi günahlardan biri də ne’mətlər qarşısında naşükürlük etməkdir.88
Ne’mətə qarşı küfr etməyin ən çirkin forması ne’məti günaha, haram işlərə puç istəklərə sərf etməkdir.
ŞÜKRÜN TƏRKİ
İnsanın fiziki və mə’nəvi inkişafı üçün ona ne’mətlər bəxş etmiş Allaha şükür etmək vacibdir. Misilsiz ne’mətlər qarşısında şükür etməmək insanlıqdan uzaq bir xüsusiyyətdir.
Şükür ne’mət verəni və ne’məti tanımaq, bu ne’məti halal yerlərdə sərf etməkdir. Qəlb ne’mətinin şükrü onu imanla bəzəmək, Allah, qiyamət, peyğəmbər və imamlara inanmaqdır. Göz ne’mətinin şükrü Allahın əzəmətini seyr etmək, elm öyrənmək, Qur’an oxumaq və onu haramlardan qorumaqdır.
Qulaq ne’mətinin şükrü haqqı dinləmək, batil, haram musiqi, qeybət və böhtana qulaq asmamaqdır. Dil ne’mətinin şükrü gözəl danışıq, suallara doğru cavab, Qur’an oxumaq və s. Dili qeybətdən, yalandan, böhtandan, puç danışıqdan qorumaq lazımdır.
Qarın ne’mətinin şükrü halal və qədərincə yeməkdir. Şəhvət ne’mətinin şükrü bu yolda haram işlərdən çəkinməkdir.
Ayaq ne’mətinin şükrü məscidə getmək, elmi məclislərdə iştirak etmək, qohumları və din qardaşlarının görüşünə getməkdir. Var-dövlət ne’mətinin şükrü onu ailə-övlada xərcləmək, fəqirlərə yardım etmək, xüms və zəkat ödəməkdir.
Bəli, bu işlərdən istənilən birinin tərki günahdır və gec-tez ne’məti bəlaya çevirəsidir.
«Allahumməğfirliyəz-zunubəl-ləti-təhbisud-dua»
(«Pərvərdigara! Dualarımı həbsə salmış günahlarımı bağışla»).
Həzrət Səccad (ə) duanın qəbuluna mane olan yeddi günah göstərir: 1. Pis niyyət; 2. Gizli çirkin sifət; 3. İkiüzlülük və din qardaşı ilə nifaq; 4. Duanın qəbuluna inamsızlıq və onun vaxtını əldən buraxmaq; 5. Vacib namazı tə’xirə salıb vaxtını ötürmək; 6. Yaxşılıq və sədəqəni tərk etmək; 7. Xalqla danışarkən yersiz sözlərə yol verib söyüş işlətmək.89
Dostları ilə paylaş: |