Ümümi cərrahiyə


Cərrahiyyədə müayinə üsulları



Yüklə 1,31 Mb.
səhifə6/385
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#106330
növüРуководство
1   2   3   4   5   6   7   8   9   ...   385
Cərrahiyyədə müayinə üsulları

13) Kəskin qarın zamanı qarın boşluğu hansı kəsiklə açılmalıdır?

A) Pararektal kəsik

B) Koxer kəsiyi

C) Hər biri ilə

D) Laparotom kəsik

E) Volkoviç-Dyakonov kəsiyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
14) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olan zaman ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?

A) Plevrit

B) Böyrək daşı

C) Ginekoloji hər hansı bir xəstəlik

D) Kəskin appendisit

E) Koprostaz


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
15) Mədə və ya 12 barmaq bağırsağın qanaxma ilə fəsadlaşmış xoralarında hansı tədbir aparılır?

A) Xəstədə aktiv dinamik müşahidə və konservativ müalicə

B) Qanaxma dayanmazsa təcili cərrahi əməliyyat

C) Heç biri

D) Xəstə əməliyyat otağına verilir və təcili əməliyyat olunur

E) Qanaxmanın nəticəsindən asılı olmayaraq xəstə planlı əməliyyata hazırlanmalı


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
16) Rentgen müayinəsi zamanı barium və ya havanın öd kisəsində və ya öd yollarında olması nəyə dəlalət edə bilər?

A) Daxili öd fistulu

B) Salmonellyoz

C) Öd yolları- yoğun bağırsaq fistulu

D) Xoledoxolitiaz

E) Xolesistit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
17) Aşağıda göstərilən xəstəliklərdən hansı çox vaxt portal hipertenziyaya səbəb olur?

A) Dalaq və ya qapı venasının trombozu

B) Qara ciyərin şişi

C) Baddi-Hiari sindromu

D) Sirroz

E) Ürək və ya ağ ciyərin damar çatmamazlığı


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
18) Mədə və qida borusu venalarının genişlənməsini hansı üsülla təsdiq etmək olar?

A) Laporoskopiya ilə

B) Dinamik hepatobiliar ssintiqrafiya

C) Pnevmomediastinoqrafiya ilə

D) Qaraciyərin angioqrafiyası ilə

E) Qida borusu və mədənin rentgenskopiyası ilə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
19) Mədəaltı vəzin xərçəngini dəqiqləşdirmək üçün xəstə hansı müayinədən keçməlidir?

A) Retroqrad xolangiopankreatoqrafiya, kompyuter tomoqrafiyası, angioqrafiya və izotop sintiqrafiya, xolesistoqrafiya

B) Retroqrad xolangiopankreatoqrafiya, ultrasəs skanerləşmə, kompyuter tomoqrafiyası, angioqrafiya, xolesistoqrafiya

C) Ultrasəs skanerləşmə, kompyuter tomoqrafiyası, angioqrafiya və izotop ssintiqrafiya, xolesistoqrafiya

D) Retroqrad xolangiopankreatoqrafiya, ultrasəs skanerləşmə, angioqrafiya və izotop sintoqrafiya, sidikdə diastazanın təyini

E) Retroqrad xolangiopankreatoqrafiya, ultrasəs skanerləşmə, kompyuter tomoqrafiyası, izotop müayinə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   385




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin