Ümumi hissə Birinci bölmə Əsas müddəalar


XII fəsil   Cinayət prosesində etirazlar



Yüklə 2,96 Mb.
səhifə95/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   91   92   93   94   95   96   97   98   ...   466
XII fəsil

 

Cinayət prosesində etirazlar

 

Maddə 107. Etiraz və özü-özünə etirazın ümumi müddəaları

 

107.1. Cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir.



107.2. Hakimin, //çıxarılıb// prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, //çıxarılıb// 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər.

107.3. Etiraz aşağıdakı qaydada edilə bilər:

107.3.1. prokurora, müstəntiqə, təhqiqatçıya, məhkəmə iclasının katibinə, tərcüməçiyə, mütəxəssisə, yaxud ekspertə — cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında;

107.3.2. müdafiəçiyə, zərər çəkmiş şəxsin, xüsusi ittihamçının, mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə cinayət prosesinin istənilən anında şübhəli və ya təqsirləndirilən şəxs, dövlət ittihamçısı və ya xüsusi ittihamçı, habelə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən;

107.3.3. hakimə //çıxarılıb// — cinayət prosesinin istənilən iştirakçısı tərəfindən yalnız məhkəmə istintaqı başlananadək, məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə;

107.3.4. hal şahidinə — müvafiq istintaq hərəkəti başlananadək cinayət prosesinin həmin istintaq hərəkətində iştirak etmək hüququna malik olan hər hansı iştirakçısı tərəfindən.

107.4. Hakimə (məhkəmə tərkibinə) //çıxarılıb// etiraz məhkəmə baxışını ləngitmək məqsədi ilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxs məhkəmənin qərarına əsasən iki yüz iyirmi manat miqdarında cərimə edilə bilər.

107.5. Cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özü-özünə etirazları həll etməyə, müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə isə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır.

107.6. Qohumluq əlaqələri və ya digər şəxsi asılılıq münasibətləri olan şəxslər məhkəmənin tərkibinə daxil ola bilməzlər.

107.7. Başqa şəxslərə edilən etirazları həll etmək səlahiyyəti olan şəxsə edilən etiraz ilk növbədə həll edilməlidir. Hakimə //çıxarılıb// etiraz etmə ilə eyni zamanda cinayət prosesinin digər iştirakçısına, habelə məhkəmə iclası katibinə, tərcüməçiyə, ekspertə və ya mütəxəssisə etiraz edildikdə, ilk növbədə hakimə etiraz etmə məsələsi həll edilməlidir.

107.8. Bir neçə şəxsin eyni vaxtda qohumluq və ya digər şəxsi asılılıq münasibətlərinə görə cinayət prosesində iştirakı istisna olunduqda, digərlərindən daha gec hakim //çıxarılıb//və ya cinayət prosesinin iştirakçısı vəzifəsini əldə etmiş şəxslər ilk növbədə cinayət prosesindən  kənarlaşdırılmalıdır.

107.9. Qohumluq və digər şəxsi asılılıq münasibətləri ilə bağlı şəxslər məhkəmə tərkibində olduqda, hansı şəxslərin cinayət prosesindən kənarlaşdırılması məsələsini məhkəmə iclasında sədrlik edən həll edir //çıxarılıb//.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin