Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Nitqə yiyələnməyə hazırlıq mərhələsi



Yüklə 277,04 Kb.
səhifə77/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   73   74   75   76   77   78   79   80   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Nitqə yiyələnməyə hazırlıq mərhələsi: təxminən 2 aydan 11 aya qədər olan dövrü əhatə edir.
2.Dilin psixi-hissi mənimsənilməsi mərhələsi: 11 aydan təxminən 1 il 7 aya qədər olan dövrü əhatə edir.
3.Dilin qrammatik quruluşuna yiyələnmək mərhələsi: 1 yaş 7 aydan təxminən 3 yaşa qədər olan dövrü əhatə edir.
Uşaq normal inkişaf etdikdə, anadan olduqdan 2-3 ay sonra a, o, u, səslərinə bənzər, aydın olmayan səslər ifadə etməyə başlayır. 6-7 aylıq uşaq də, ba, nə hecalarını ifadə edir. Bunlar çox təkrar edildikdə də-də, ba-ba, nə-nə kimi sözlər eşidilir. 8 aylıq uşaq səsin intonasiyasını qavraya bilir, ona müraciətlə və yaxud məzəmmətlə deyilən sözləri bir-birindən fərqləndirir. Uşağı oxşadıqda sevinir, gülümsəyir, qığıldayır, ona hirsləndikdə isə dodağını büzür, inciyir və ağlamağa başlayır. Uşaqlarda emosiyalar çox dəyişkən olur. Belə ki, onların ağlamalarını gülməklə, şadlığını başqa bir halla əvəz etmək çox asandır.
Nitqə hazırlıq mərhələsində uşağın nitqində 10-dan 45-ə kimi söz ehtiyatı olur ki, bunlardan 10-15 sözü normal tələffüz edir. Uşağın nitqində olan sözlər passiv və fəal olur. Yəni uşağın başa düşdüyü sözlər passiv, danışıqda işlətdiyi sözlər isə fəal olur. Həyatının birinci yarım ilindən başlayaraq çağada yaşlılarla qarşılıqlı ünsiyyət prosesində özü haqqında təsəvvür yaranır və uşaqda özünüdərketmə formalaşır.


13. Körpənin fiziki inkişafı
Plan:
1. Körpənin ətraf mühitlə əlaqəsində yerimənin rolu
2. Uşağın davranışına yerimənin təsiri
3. Körpənin cisim və hadisələrlə ünsiyyəti
4. Körpələrdə əşyavi və təsviri fəaliyyət
Körpəlik dövrü bir yaşdan üç yaşa qədər olan dövrü əhatə edir. Körpəlik dövründə uşağın fiziki inkişafında əsaslı dəyişiklik baş verir. Uşaq bir yaşın sonunda ilk müstəqil addım atır. Əlbəttə, bu uşaqlar üçün heç də asan olmur. İlk vaxtlar o, öz hərəkətlərini uzlaşdıra bilmir, müvazinətini tez-tez itirir və yıxılır. Burada yaşlılar ona kömək edir və uşaqda məkana ilkin münasibət yaranmağa başlayır. İlk kövrək addımlarını atan uşağın bu uğuruna yaşlıların sevinməsi, onu tərifləməsi uşağı yenidən ayağa qalxıb yeriməyə həvəsləndirir. Yaşlının tərifindən ayağa qalxan uşağın özü də xoşhal olur, öz hərəkətlərini tənzim edir. Uşağın yeriməsinə onun əzələ hərəkətlərinə olan tələbatı da böyük təsir göstərir. Belə ki, uşaq ilk vaxtlar ayağa qalxmağa cəhd göstərir, yıxılır, ağzı-burnu əzilir, başı yerə dəyir, lakin bütün bunlara baxmayaraq, o, yenidən ayağa qalxır və bu proses dəfələrlə təkrar olunur. Əzələ hərəkətlərinə olan daxili tələbat uşağı təhrik edir ki, o, yerimək vərdişinə yiyələnsin.
Yerimək bacarığı ikinci ildə uşağın tələbatına çevrilir və o, çox yeriməyə cəhd edir. Körpənin davranışı avtomatlaşdıqca hərəkətlərdəki gərginlik zəifləyir. Sərbəst yerimək qabiliyyəti uşağın ətraf mühitlə təmasını, əlaqəsini genişləndirir. Uşaq əşyalara yaxınlaşmaqla onun istiqamətini, yaxında və ya uzaqda olmasını, sağda, solda, yuxarıda, aşağıda yerləşməsini mənimsəyir. Uşaq tədricən sərbəst olaraq otaqda gəzir və əşyaları qavrama dairəsini genişləndirir. Yeriş uşağa əşyaların formasını, böyüklüyünü, rəngini tanımağa imkan verir. Düzgün yerimə vərdişinə yiyələnmək uşağın ətraf mühitlə nəinki qarşılıqlı təsirini genişləndirir, eyni zamanda körpənin müstəqilliyini də inkişaf etdirir.
Uşağın yeriməyi öyrənməsi onun davranışına əsaslı təsir göstərir. Artıq yeriməyə başlamış uşaq müxtəlif cisimlərə yanaşır, onları yoxlayır, əlləşdirir, təhlil, tərkib aparmağa başlayır. Valideyn və yaşlılar uşağı hər şeydən qorumağa, çəkindirməyə səy göstərirlər. Uşaq nəyəsə əlini vurmaq istədikdə, nəyi isə əlinə aldıqda onu qorxudaraq həmin obyektdən kənar etməyə çalışırlar. Körpə bir növ “olmaz” lar çəpəri ilə əhatə olunur. Əlbəttə, valideyn və yaşlıların uşağa qarşı bu cür hərəkətləri psixoloji baxımdan qətiyyən düzgün deyildir. Çünki, belə hərəkət uşağın psixi inkişafına, onun hadisələrdən baş çıxarmasına və onları dərk etməsinə mənfi təsir göstərir. Bu dövrdə uşağa sərbəstlik və müstəqillik verilməlidir. Belə olduqda uşağın doğru və düzgün inkişafına şərait yaradılmış olar.
Sərbəst hərəkəti mənimsəmiş uşaq onu əhatə edən cisim və hadisələrlə ünsiyyətə girir. Bu ünsiyyət prosesində uşaq həmin cisim və hadisələrin mahiyyətini, onlar arasında mövcud olan əlaqə və münasibətləri dərk edir. Uşaq hər bir əşya və cismin nə funksiya daşıdığını artıq dərk edir və adamların həmin əşyalardan nə məqsədlə istifadə etmə təcrübəsini mənimsəməyə başlayır. Uşağın ətraf aləmi dərk etməsi, onun hadisələrdən baş çıxarması bilavasitə yaşlıların rəhbərliyi altında həyata keçirilir.
Körpəlik dövründə uşaqlar, adətən, ünsiyyətdə olduqları əşyanı və ya oyuncağı hissələrə ayırır, yaxud qırırlar. Bu isə əksər hallarda valideynlərin hiddətlənməsinə və uşağı cəzalandırmasına səbəb olur. Əlbəttə, məsələyə psixoloji baxımdan yanaşdıqda uşağa haqq qazandırmaq lazım gəlir. Çünki, uşaq cismin mahiyyətini anlamaq üçün onu tərkib hissələrinə ayırır, yəni təhlil-tərkib aparır. Bu isə öz növbəsində uşağın psixi inkişafına müsbət təsir göstərir.
Körpənin əsas aparıcı fəaliyyət növü onun əşyavi xarakterli fəaliyyətə yiyələnməsidir. Əşyavi fəaliyyətə keçid uşaqda cisim və hadisələrə yeni münasibət yaradır. Bu fəaliyyətin ilkin mərhələsində əşya ilə hərəkət bir-birilə sıx surətdə bağlı olur. Əşyavi fəaliyyət uşağın nitqini, oyun və təsviri fəaliyyətini, idrak proseslərini, başqa sözlə desək, bütövlükdə psixikasını inkişaf etdirir. Əşyavi fəaliyyət zamanı istifadə olunan ünsiyyət prosesi uşağın yeni şəraitə alışmasına, onun şəxsi keyfiyyətlərinin inkişafına müsbət təsir edir. Bu prosesdə uşaq qorxaqlığı, əzginliyi aradan qaldırır, yeni rastlaşdığı adamlarla ünsiyyət yaradır.
Körpəlik dövründə uşaq həm də təsviri fəaliyyətə (rəsm, aplikasiya, quraşdırma və s.) yiyələnir. Əlbəttə, təsviri fəaliyyətin təşəkkülü uşağın əşyavi fəaliyyətilə sıx surətdə bağlıdır. Uşağın təsviri fəaliyyətə keçməsi üçün yaşlılar onunla uzun müddətli hazırlıq işləri aparmalı, onu qələmdən, kağızdan istifadə etmək bacarıq və vərdişlərinə yiyələndirməlidirlər. Uşaq təsviri fəaliyyətə böyükləri təqlid etməklə başlayır. Uşağın təsviri fəaliyyəti, onun fəaliyyətinin xüsusi növünə çevrilməsi, məktəbəqədər yaşda davam edir və uşağın məktəbə hazırlanması sahəsində geniş imkanlar yaradır.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin