Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Məktəbəqədər yaş dövründə iradənin



Yüklə 277,04 Kb.
səhifə84/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   80   81   82   83   84   85   86   87   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

19. Məktəbəqədər yaş dövründə iradənin
inkişaf xüsusiyyətləri.
Plan:
1. İradənin üç əsas struktur komponenti
2. Uşaqlarda məqsədə can atma meyli
3. Uşaqlarda formalaşdırılan iradi vərdişlər
4. Uşaqlarda inadkarlıq mənfi iradi vərdiş kimi
İradə insanın məqsədli fəaliyyəti prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılması zamanı təzahür edir. İradənin istənilən təzahüründə onun üç əsas struktur komponenti əks olunur.
1.İdraki komponent-məlumatvermə funksiyasını yerinə yetirir. İradi fəaliyyətdə ixtiyari hərəkətlərin nəticələrinin qiymətləndirilməsi, düzgün həll yolunun seçilməsi və nəzarət fünksiyaları idraki komponentə tabedir.
2.Emosional komponent-idraki və icra komponentlərini gücləndirir. O, fəaliyyətin əxlaqi motivlər əsasında həyata keçirilməsində ifadə olunur. Özünübəyənmə, özünüinandırma, özünüsakitləşdirmə, özünürəğbətləndirmə və özünücəzalandırma kimi düşünülmüş iradi aktlar vasitəsilə insan vacib davranışa sahib olur. Belə müsbət keyfiyyətlər sayəsində insan borc, şərəf, inam və s. kimi hissləri yaşayır, qarşıya qoyduğu məqsədə çatmaq üçün enerjisini səfərbər edir, fəallığını artırır.
3.İcra komponenti-qarşıya qoyulmuş şüurlu özünüməcburetmə formasında əks olunur. Bu funksiya xüsusilə konfliktli situasiyalarda daha bariz şəkildə təzahür edir. Yaranmış vəziyyətdən asılı olaraq insan şüurun birbaşa göstərişi əsasında ya fəallığını daha artıq səfərbər edir, ya da hərəkətlərini dayandırır.
Məktəbəqədər yaş dövründə yaşlıların tələbləri uşaqların davranışını idarə etmək vasitəsi rolunda çıxış edir. Təlim və tərbiyə prosesinin həyata keçirilməsi gedişində məktəbəqədər yaşlı uşaqlarda böyüklərin təsiri altında öz hərəkətlərini məqsədə tabe etdirmək imkanları genişlənir və məqsədə çatmaq yolunda qarşıya çıxan maneələri aradan qaldırmaq səyi formalaşmağa başlayır. Uşaq tədricən öz hərəkətlərinə nəzarət etmək bacarığını mənimsəyir, davranışını yaşlıların tələblərinə uyğunlaşdırır. Lakin məktəbəqədər yaş dövründə uşaqlarda davranışın formalaşması heç də asanlıqla yaranmır və bu keyfiyyətlər ona hazır şəkildə verilmir. Məktəbəqədər yaşlı uşaqlarda iradi hərəkətlərin möhkəmlənməsi və vərdişlərə çevrilməsi uşağın həyatının düzgün təşkilindən asılıdır. Tərbiyə şəraitindən asılı olaraq uşağın həyatında müxtəlif motivlər ön planda ola bilər. Formalaşmış motivlər uşağın ixtiyari davranışının əsasını təşkil edir.
Məktəbəqədər yaş dövründə uşaqlarda iradənin inkişafında nəzərə çarpan dəyişikliklərdən biri məqsədə can atma meylidir. Bu dövrdə uşaqlarda məqsədlə fəaliyyət arasında əlaqə təşəkkül tapır və fəaliyyətin məqsədəyönəlmiş təzahürləri müşahidə olunur. Uşaqlarda məqsədəyönəlmiş fəaliyyət istək və məqsəddən obyektə doğru yönəlir. 3-6 yaşlı uşaqlarla aparılan eksperiment zamanı onların hərəsinə adi bir top verilmiş və topu 30 metr məsafəyə aparıb orada sıra ilə düzülmüş yoldaşına vermək, həm də bu işi sürətlə etmək tapşırılmışdır. Uşaqlar yolun yarısında olarkən onlara tərəf bəzəkli böyük bir top atılmışdır. 3-4 yaşlı uşaqlar əllərindəki topu ataraq həmin topu tutmağa çalışdıqları halda, 5-6 yaşlı uşaqlar verilən tapşırığı yerinə yetirmişlər. Bu eksperimentdən aydın olmuşdur ki, kiçik və orta məktəbəqədər yaşlı uşaqlarda məqsədəyönəlmiş iradi fəaliyyət o qədər də yüksək olmur. Məktəbəqədər yaşın sonunda isə uşaqların fəaliyyətində qarşıya məqsədin qoyulması nəzərə çarpır.
Məktəbəqədər yaş dövründə uşaqlar böyük miqdarda iradi vərdişlər mənimsəyirlər. Bu, artıq uşağın məktəbə psixoloji hazırlığının komponentlərindən biri kimi iradi hazırlığın səviyyəsini əks etdirir. Psixoloqlar məktəbəqədər yaş dövründə uşaqlarda formalaşdırılan iradi vərdişləri 4 əsas qrupa ayırırlar.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin