Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Kiçik qrup üzvlərinin sayı 8 nəfərə qədər olduqda ilkin kiçik qrup



Yüklə 277,04 Kb.
səhifə18/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   14   15   16   17   18   19   20   21   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

Kiçik qrup üzvlərinin sayı 8 nəfərə qədər olduqda ilkin kiçik qrup hesab edilir. İlkin qrup üzvləri ola bilsin ki, uzun illər birlikdə yaşasınlar. İlkin qrup üzvlərinin əlaqə və münasibətləri digər qruplarla müqayisədə daha emosional, daha sıx olur. Onların mənafeləri, maraqları, həyata baxışları daha yaxın, daha ciddi olur. Kiçik qruplar rəsmi (formal)qeyri-rəsmi (qeyri-formal) qruplara ayrılır. Rəsmi qrup hüquqi cəhətdən təsbit olunur. Onun hüquq və vəzifələri, normativ əsaslarla strukturu və rəhbəri olur. Rəsmi qrup üzvlərinin mövqeyi və davranışı ciddi qaydalara əsasən tənzimlənir. Rəsmi qruplara orta məktəbin siniflərini, tələbə qruplarını, hərbi qrupları və s. aid etmək olar. Qeyri-rəsmi qruplar isə ünsiyyət prosesində təbii yolla təşəkkül edir. Onun strukturu bilavasitə inzibati-hüquqi qaydalarla tənzim edilmir. Qeyri-rəsmi qruplar rəsmi qrupların daxilində də yarana bilər. Onları bir qayda olaraq ümumi maraqlar, dostluq və s. birləşdirə bilər. Beləliklə, rəsmi və qeyri-rəsmi qruplar arasındakı sərhəd nisbi və şərtidir. Müəllimin ilkin vəzifələrindən biri də sinif kollektivində qeyri-rəsmi qrupları formalaşdırmaqdan ibarətdir.
Kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edilir. Referent qrup dedikdə elə real və ya xəyali qrup nəzərdə tutulur ki, fərd onun standartlarını qəbul edir, onları özünün şəxsi məqsəd və normalarının mənbəyi hesab edir. Referent qrupun üzvü öz şəxsi keyfiyyətlərinə, davranışına, maraqlarına və s. referent qrupun gözü ilə baxır. Referent qrupun üzvü qrup üzvlərinin onun şəxsiyyəti və davranışı barədə nə düşündüklərini bilmədikdə özünü necə aparacağını müəyyənləşdirməkdə çətinlik çəkir. Ona görə də referent qrupun norma və dəyərləri üzvlərə daim göstərilməli, fərd özünün real davranışını digərlərinə uyğunlaşdırmalıdır.
Qrupa daxil olan insanların hamısı heç də eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özünün işgüzar və şəxsi keyfiyyətinə uyğun olaraq status qazanırlar. Buna uyğun olaraq üzvlərdən bəziləri qrupun “lider”i, “nüfuz sahibi”, digərləri autsayder (kənarlaşdırılan) olurlar. Psixologiyada bu, qrup diferensasiyası (fərqləndirmə) adlanır. Qrup diferensasiyası və ya qrupda şəxsiyyətlərarası münasibətlər iki metodla öyrənilir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin