Ustad Hüseyn Ənsariyan


Şəri hökmlərin dəyişməzliyi



Yüklə 360,92 Kb.
səhifə33/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

Şəri hökmlərin dəyişməzliyi


Bu qüdsi hədisdə Allah-təala həzrət Musanı həzrət İsa və həzrət Məhəmmədin (s) besəti ilə müjdələyir və onların bəzi xüsusiyyətlərini sadalayır. Bu müjdə və xəbərdarlıq həzrət İsanın zühurunadək həzrət Musa şəriətinin mötəbərliyini göstərir. Bəni-İsrail həzrət Musadan sonra həzrət İsaya iman gətirməli idi. Beləcə son Peyğəmbərin (s) besəti ilə həzrət İsanın şəriəti gücdən düşürdü. Son Peyğəmbərin (s) ayinlərinə tabeçilik hamının vəzifəsi idi. “(Tövratı) Olmuşları və olacaqları bəyan edən nur olaraq nazil etdim” cümləsi isə şəriət prinsiplərinin eyni olduğunu göstərən ayələri təsdiqləyir. Həzrət Nuh, İbrahim, Musa, İsa və son Peyğəmbərə (s) nazil olmuş şəriətlər prinsipcə fərqlənmir. Şəriətlər yalnız cüzi məsələlərdə fərqlidir. Şərait və zamanın tələbindən asılı olaraq müəyyən cüzi hökmlər dəyişilmişdir. Məsələn, Bəni-İsrail itaətsizlik göstərdiyindən Allah-təala onlara öncə halal sayılan bəzi şeyləri haram buyurmuşdur. Onlar bu yolla tənbeh olunmuşlar. Quranda oxuyuruq: “Yəhudilər yol verdikləri zülmə və çoxlarını Allah yolundan ayırdıqlarına görə onlara öncə halal olmuş bir çox pak şeyləri haram buyurduq.”1 Həzrət İsa məbus edildikdən sonra Bəni-İsarilə haram edilmiş bəzi şeylər yenidən halal olundu: “Qarşımdakı Tövrata inanmışam və gəlmişəm ki, sizə haram buyurulmuş bəzi şeyləri yenidən halal edəm. Yanınıza Rəbbimdən nişanə ilə gəlmişəm, Allahdan qorxun və mənə itaət edin.”2

Şəriətlər əqidə, əhkam və əxlaq prinsipləri baxımından müştərəkdir. Bu prinsiplər bütün mütəfəkkirlər tərəfindən qəbul olunur. Dinlərdə təsbit olunmuş əxlaqi dəyərlər ağıl tərəfindən təsdiqlənir. Əlbəttə ki, ayrı-ayrı fərdlərin nəfsi bu prinsiplərə etiraz edə bilər. Amma bu etiraz ağıl yox, nəfsə əsaslanır. Yeni şəriətdə ötən şəriətin prinsipləri təsdiqlənir və onun xırdalıqları zaman və məkan tələblərinə uyğun tənzimlənir. Məsələn, bütün şəriətlərdə namaz vacib sayılmışdır. Amma ayrı-ayrı dinlərdə namaz formaca fərqlənir. Belə bir şəriətin özündə də dəyişən hökmlər mövcuddur. Müsəlmanlar İslamın ilk illərində beytul-müqəddəsə üz tutub namaz qılırdılar. Peyğəmbərin (s) besətindən bir neçə il ötmüş uyğun hökm dəyişdi və müsəlmanlar üzü Kəbəyə namaz qılmalı oldu. Bəli, bir dində hökmlər dəyişdiyi kimi, ayrı-ayrı dinlərdə də uyğun dəyişikliklər baş verə bilər. Əlbəttə ki, dəyişikliklər yalnız cüzi məsələlərə aiddir.




Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin