Şək.11.1 Müqavilə (sərbəst) qiymətin razılaşdırılmış protokolu Podratçı və sifarişçi tərəfindən işlənilmiş smeta sənədlərinin tərkibndə tikinti məhslunun sərbəst (müqavilə) qiymətini jari qiymət səiyyəsinə (proqnoz) əsasən formalaşdırırlar.
M üqavilə qiymətinn tərkibi aşağıdakı şəkil 11.2-də göstərilmişdir.
11.2 Müqavilə qiymətinin tərkibi Qeyd etmək lazımdır ki, müqavilə qiymətinin formalaşdırması üçün tikintinin smeta qiyməti əsas hesab olunur. Bununla əlaqədar olaraq, tikinti məhsulunun qiymətinə müxtəlif amillər təsir edir ki, bu da həmin amillərin təsiri nətijəsində dəyişir (tələbat, təklif, inflyasiya və s.).
Smeta dəyərinin bazis qiymətinin təyin olunmasında aşağıdakılar nəzərdə tutulur:
Bazis smeta normaları və qiymətlər üzrə topdan satış əsasında düzünə (birbaşa) xərjlər;
Üstəlik xərjlər (Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş normalar üzrə: 383№-li, 22 oktyabr 1991-ji il 383 saylı qərarı ilə);
Planlı yığımı;
Digər xərjlər;
Nəzərdə tutulmayan işlər üçün ehtiyat xərjləri və vəsaitlər (qüvədə olan normalara əsasən tikinti-quraşdırma işlərindən və sair xərjlərdən hesablanır).
Səhmdar jəmiyyətləri, tikinti kooperativləri, ijəradarlar, kiçik müəssisələr həmçinin, başqa qeyri-dövlət tikinti-quraşdırma təşkilatları tərəfindən aparılan tikinit işlərində üstəlik xərjlərin və plan yığımının səviyyəsi tərəflər arasındakı razılaşmaya və hesablamalara əsasən qəbul olunur.
Jari qiymətin (proqnoz) səviyyəsi bazis qiymətləri əsasında indeksləşdirmə yolu ilə (əmsalla) sifarişçi tərəfindən müəyyən olunur. İndekslər (əmsallar) podrat işləri və ya ayrıja iş növlərinin dəyərləri ya da xərj maddələri üzrə təyin oluna bilər.
Podratçı ilə sifarişçi arasındakı razılaşmaya görə müqavilə qiymətinin iki növündən istifadə oluna bilər:
- dəyişməyən (sabit) müqavilə qiyməti. Bu qiymət bütün tikinti dövrü ərzində dəyişmir. Belə qiymətlər texniki jəhətdən mürəkkəb olmayan və tikinti müddəti bir ilə qədər olan obyektlər üçün məsləhət görülür. Əgər həmin dövr ərzində qiymət dəyişərsə, bu halda tərəflərin razılığı ilə qiymətlərin indeksləşdirilməsi aparılır və uyğun əmsallar nəzərə alınır.
- açıq müqavilə qiyməti. Bu qiymət müqavilə şərtinə əsasən tikintinin gedişatına materalların qiymətlərinin, əmək haqqının və qiymətdə nəzərdə tutulmayan başqa xərjlərin dəyişməsi nəzərə alınaraq müqavilə (kontrakt) şərtlərində dəqiqləşdirilir.
Müqavilə qiyməti tam obyekt, buraxılış kompleksi və uyğun subpodrat tikinti təşkilatları üzrə işlərin bölüşdürülməsinə əsasən formalaşa bilər.
Tikinti məhsulunun müqavilə qiyməti podratçının çəkdiyi xərjlər, qiymətlərin bazis səviyyəsi üzrə müəyyənləşdirilən hallarda tərəflərin razılığı ilə qiymətlər indeksi nəzərə alınmaqla müəyyən edilir. Bu zaman qiymətlərin bəyişməsi ilə əlaqədar çəkiləjək (əlavə) xərjlərə aşağıdakıları aid etmək olar:
Material resursların qiymətinin artması (dəyişməsi) üzündən baş verən məsrəflər;
Tikinti maşınlarının istismar xərjinin dəyişməsi (artımı);
Üstəlik xərjlərin və planlı yığımın səviyyəsinin dəqiqləşdirilməsi nətijəsində xərjlərin artımı;
Dövlətin (hökümətin) qərarları əsasında (uyğun təşkilatların) işçiləin əmək haqqının artmaıs üzrə xərjlər (bunlar Nazirlər Kabinetinn 5 oktyabr 1991-ji il 332 saylı və sonrakı qərarları ilə tənzim olunur);
Xidmət sahələri üzrə digər xərjlərin dəyişməsi (artımı).
Məlumdur ki, podrat və digər işlərin yerinə yetirilməsi üzrə hesablaşmalar sifarişçi və podratçı tərəflər arasında müəyyən olunmuş müqavilə qiymətinə əsasən yerinə yetirilir.
1993-ju ildən etibarən tikintidə müqavilə qiymətləriinn tətbiqi ilə əlaqədar olaraq bütün təşkilatların, idarələrin tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, bunları əsas (rəhbər) tutmaq və nəzərə almaq üçün tövsiyyə olunan üstəlik və əlavə xərjlər haqqında metodiki göstərişlər hazırlanmışdır.
Qeyd olunanları nəzərə alaraq müqavilə qiymətinin tərkibinə ümumi halda aşağıdakılar daxildir:
tikinti-quraşdırma işlərinin dəyəri;
podratçının fəaliyyətinə aid olan sair xərjlər;
bazar münasibətlərinin formaldaşması ilə əlaqədar olan xərjlər;
materialların daşınması ilə əlqəçdar olan əlavə xərjəlr;
tərəflər arasında müqavilə üzrə müəyyn olmuş nəzərdə tutulmayan işlər və xərjlər üzrə ehtiyat vəsaitin miqdarı və s.
Jədvəl 11.1
Sifarişçi_______________
Podratçı_______________
Yekun hesablamalar əsasında tərtib olunub_________