Валидейнляримин язиз хатирясиня


Aktivlərin xalis dəyəri üsulu



Yüklə 2 Mb.
səhifə52/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   48   49   50   51   52   53   54   55   ...   73
tikinti-smeta

Aktivlərin xalis dəyəri üsulu, müəssisənin dəyərinin təyin olunmasında onun aktivlərinin realizə edlməsi qiymətinin məbləğinin müəyyən etməyə imkan verir və həmin məbləğdən öhdəliklərin məbləği çıxılır. Bu üsul xərjldər üsulu ilə yanaşmaya əsaslanır. Müəssisəinn bazar dəyəri (müvafiq olaraq onun aksiyaları) ilk növbədə aktivlərinin əmlak qiymətinin nə qədər böyük və ya çox olması ilə izah edilir. Ona görə də burada əsas diqqət mərkəzində müəssisənin xüsusi (şəxsi) avtiklərinin dəyərinin elmentlər üzrə hesablanması əsas diqqət mərkəzində durur.
Aktivlərin xalis dəyəri üsulu digər üsullarla müqayisədə bazar konyukturundan asılı olmayaraq daha çox pissimist qiyməti verir. Lakin, müəssisənin hesabat sənədləri ilə əlaqədar olan böyük analitik işlərin aparılmasını tələb edir.
Bazar müqayisələri üsulu ilə müəssisənin dəyərinin qiymətləndirilməsi, onun kapital və qiymətli kağızlarda olan payını müəyyən edən ümumi üsul hesab edilir. Qiymətləndirilən müəssisə ilə müqayisə üçün istifadə etmək istəyən kompaniya investisiya xarakteristikaları üzrə etibarlı bazaya malik olmalıdır. Belə ki, hər işdən əvvəl qiymətləndirilən müəssisənin ətrafında olan kompaniyanı axtarıb tapmaq lazımdır. Anjaq, götürülmüş sahədə olan müəssisələr üzrə lazımi qədər informasiya (sövdələşmə haqqında) yoxdursa, onda investisiya xarakteristikaları üzrə buna oxşar digər kompaniyaları nəzərdən keçirmək lazımdır. Burada satış bazarı, məhsul həjmi, artımın sürəti, bazarın dövrü olaraq enib-qalxmalarından asılılıq və s. ilk növbədə nəzər diqqəti jəlb etməlidir.
Qiymətləndirilən müəssisənin dəyərinin həjminin bilavasitə müəyyən edilməsində ona bir və ya bir neçə qiymətləndirmə əmsalların – multiplikatorlarının tətbiq edilməsi əsasında həyata keçirirlər. Daha tez-tez qiymətli kağızlar bazarının iştirakçılarının rəyini xarakterizə edən multiplikator (bazar qiyməti, səhmdarların səhmlərdən gəliri) tətbiq edilir. Müxtəlif multiplikatorlardan istifadə edərək müəssisənin jari dəyəri haqqında daha geniş biliklər (məlumatlar) əldə edilir və son nətijə kimi adətən, orta qiymət əsas kimi götürülür. Hesablamalar daha etibarlı o vaxt hesab olunur ki, bir yox, bir neçə oxşar müəssisə müqayisə üçün istifadə edilmiş olsun. Bunun təhlili əsasında daha əlverişli qiymət səviyyəsinə malik olan variant əsas variant kimi götürülür.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin