“vergül” əməli. Bu qeyri-adi əməldən bir necə ifadəni əlaqələndirmək üçün istifadə olunur. Bu ifadələr bir-birindən vergüllə ayrılır və soldan sağa doğru ardıcıl olaraq hesablanır. Nəticə olaraq ən sağdaki ifadənin qiyməti götürülür. Məsələ, əgər x-dəyişəni tam tipə malikdirsə, onda (x=3, 5*x)-ifadəsinin qiyməti 15-ə, x-dəyişəninin qiyməti isə 3-ə bərabər olacaq.
<<şərt?: >> - əməli.Bu yeganə əməldir ki, 3 operandı var. Əməlin formatı: ifadə 1? ifadə 2: ifadə 3; Bu əməl budaqlanmanın alqoritmik strukturunu müəyyən edir. Əməlin yerinə yetirilməsinin alqoritmi aşağıdaki kimidir: əvvəlcə ifadə 1-hesablanır, ifadə 1-müəyyən şərti ifadə edir. Əgər bu şərt doğrudursa ifadə 2 yerinə yetirilir və alınan qiymət nəticə kimi qəbul edilir. Əks halda ifadə 3 hesablanır və alınan qiymət nəticə kimi qəbul edilir.
Misal 1. |x|-in hesablanması bir əməl vasitəsi ilə vermək olar:
x<0 ? – x : x; Misal 2.a və b-dəyişənlərindən ən böyüyünün qiymətini tapmaq üçün yazmaq olar:
max=(a< =b)? b : a; Misal 3.a və b dəyişənlərindən ən böyüyünün qiymətini vahidlə əvəz etmək üçün yazmaq olar:
(a>b)? a=1 : b=1; Dilin qaydası imkan verir ki, bərabərsizlikdən sol tərəfdə “şərt?” əməli yazılsın.
( ) və [ ]-əməlləri.C++ dilində bu mötərzələrə ən yüksək üstünlük dərəcəsinə malik olan əməllər kimi baxılır. Aşağıdaki cədvəldə əməllərin üstünlük dərəcəsi (ranqları) və assosiativlik xassələr göstərilmişdir. Ranq nə qədər böyük olarsa əməlin üstünlük dərəcəsi də az olar. Assosiativlik xüssəsi eyni bir əməl ifadədə bir neçə dəfə təkrarlanarsa bu əməllərin yerinə yetirilmə qaydasını müəyyən edir. Bu halda əməllər soldan sağa doğru yerinə yetirilərsə bu xassə sol assosiativlik, sağdan sola doğru yerinə yetirilərsə sağ assosiativlik adlanır. Cədvəldə bu xassə uyğun olaraq və işarələr vasitəsi ilə göstərilmişdir.