Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə121/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   117   118   119   120   121   122   123   124   ...   162
Elektron diw

normergik  xarakter  daşıyır,  xəstənin  ümumi  vəziyyəti  kafi,  az  halda  orta  ağır  olur, 
intoksikasiya  mötədil  izah  edilir,  bədən  temperaturu  subfebrldən-38,5
0
Cqədər  ola 
bilər. Qanda leykositlərin miqdarı 10-13×10/l-ə qalxa bilər, EÇM 10-35mm/s-yə qədər 
arta bilər.  
Üzdə,  boyunda  fleqmona  iki  və  daha  çox  ahiyələrdə  yayılmış  formada  olarsa, 
hiperergik itihabi reaksiya müşahidə olunur. Xəstələrin ümumi vəziyyəti orta ağır olur, 
titrəmə, soyuq tərbasma müşahidə olunur, intoksikasiya əlamətləri daha çox biruzə 
verir, xəstələr halsız, bəzən isə əksinə həyəcanlı əsəbi halda olurlar.  
Fleqmonanın yayılmış reaktiv fazasında homeostaz, mübadilələr prosesi, immunitet 
pozulur.  Qanda  leykositoz  12,0-17,0  ×  10/1  müşahidə  edilir,  neytrofillərin  miqdarı 
artır,  EÇM  30-40  mm/s  olur.  Orqanizmin  humoral,  hüceyrə  immuniteti 
göstəricilərində, qanın laxtalanma sistemində dəyişikliklər baş verirlər. Xəstəlik toksiki 
gedişli xarakter alır, bu fazada irinli-septiki ağırlaşmalar baş verə bilər. İnfeksiya yuxarı 
istiqamətdə beyinə, aşağı döş qəfəsinə yayıla bilər. Xəstələrdə ikincili immundefisit 
fonunda əsasən də yaşlı şəxslərdə, ürək qan damar, tənəffüs sistemi, şəkərli diabet 
xəstəliklərində  fleqmona  çox  ağır  keçir,  ümumi  vəziyyət  ağır  olur,  termik  reaksiya, 
inamlı intoksikasiya əlamətləri müşahidə olunur.  
Abses və fleqmonaların yerli kliniki şəkili üz-çənə və boyun nahiyələrinin anatomo-
topoqrafik xüsusiyyətlərindən asılıdır. İrinli proses sifətdə səthi və dərin nahiyələrdə 
yerləşə  bilər.  Patoloji  proses  səthi  yerləşdikdə  abses  və  fleqmona  vizual  görünür, 
iltihaba  xas  olan  əlamətlər  müşahidə  olunur.  İltihabı  proses  dərin  nahiyələrdə 
(gicgahaltı,  qanad-damaq  çuxuru,  qanad-çənə,  udlaqətrafı,  dilin  kökü,  ağız  dibi) 
yerləşərsə xəstədə ümumi əlamətlər yerli əlamətlərdən üstün olurlar.  
Çənəaltı  nahiyənin  abses  və  fleqmonası.  Üz–çənə  nahiyəsində  ən  çox  çənəaltı 
üçbucaqda  irinli  iltihabı  proses  baş  verir.  Bunun  da  səbəbi  birinci  böyük  azı  dişin 
karieslə tez zədələnməsi və bununla əlaqədar onların zirvəətrafı iltihabı prosesi, ağıl 


dişinin  çətin  çıxmasıdır.  Bu  nahiyəyə  irin  qanadvari-çənə  boşluğundan,  dilaltı 
nahiyədən, çənədil növündən keçə bilər.  
Çənəaltı  nahiyənin  sərhədləri:  yuxarıdan-çənə-dilaltı  əzələ,  aşağıdan-ikiqarıncıqlı 
əzələnin ön və arxa qarıncığı, xaricdən çənə cisminin daxili səthi. Çənəaltı üçbucaqda 
çənəaltı  ağız  suyu  vəzi,  limfa  düyünləri  yerləşir.  Burdan  üz  arteriyası,  venası,  üz 
sinirinin kənar şaxəsi keçir.  
Çənəaltı  nahiyənin  absesi  zamanı  xəstələr  sızıltılı  ağrılardan  şikayətlənirlər.  Xarici 
baxışda  bu  nahiyədə  məhdud  infiltrat  qeyd  olunur,  dəri  iltihabı  prosesin  üstündə 
nazikləşmiş  açıq  qəhvəyi  qızartılı  rəngdədir.  İrinli  iltihabı  ocağın  mərkəzində 
flyuktuasiya qeyd olunur, ağızın açılması sərbəstdir.  
Çənəaltı  üçbucağın  fleqmonası  güclü  ağrılarla  müşahidə  edilir,  şişkinlik  tez  bir 
zamanda yayılır. Dəri bu nahiyədə infiltrasiya olunub qırışmır, palpasiya zamanı ağrılı 
infiltrat, mərkəzdə flyuktasiya müşahidə olunur. ağızın açılması məhdudlaşmır.  
Çənəaltı  nahiyənin  fleqmonası  zamanı  infeksiyanın  udlaq-ətrafı  nahiyəyə,  boyunun 
dərin bölməsinə və ön divar aralığına keçməklə ağırlaşmalar verə bilər, xəstənin həyatı 
üçün qorxulu hal yarana bilər.  
Abses və fleqmonanın çənəaltı üçbucaqda cərrahi müalicəsi həmin nahiyədə çənənin 
aşağı  kənarından  2  sm  aşağı,  dəridə  3-4  sm  uzunluğunda  kəsik  aparmaqla,  dərialtı 
toxumanı, boyunun səthi və xüsusi fasiyasını kəsməklə, küt alətlə bütün zədələnmiş 
nahiyədə  yaranı  genişləndirməklə  irin  ifraz  olunur,  irinli  boşluq  antiseptik  məhlulla 
yuyulub və drenaj edilir.  
Fleqmona  vaxtında  geniş  açılarsa  3-5  gündən  sonra  xəstənin ümumi  halı  yaxşılaşır, 
bədən temperaturası aşağı düşür, yaradan nekrotik toxumalar ayrılır, yara tədricən 
təmizlənir.  
Udlaqətrafı nahiyənin absesi və fleqmonası. Udlaqətrafı sahənin irinli iltihabı prosesi 
aşağı böyük azı dişlərin köklərətrafı infeksiyanın ya qonşu çənəaltı, dilaltı, çənə şaxəsi 
arxası, qanadvari-çənə nahiyələrdən iltihabın keçməsi ilə baş verir.  
Udlaqətrafı  nahiyənin  sərhədləri:  daxildən-udlağın  əzələ  pərdəsi,  xaricdən  –içəri 
qanadabənzər əzələ və qulaqaltı ağız suyu vəzin udlaq cismi, öndən-qanadabənzər-
ara fassiya və içəri qanadabənzər əzələnin içəri səthi, arxadan-onurğa önü fasiyadan 
udlaq əzələsi pərdəsinə gedən udlaq-onurğa önü aponevroz.  
Bir  qrup  əzələlər  (biz-dil,  biz-udlaq,  biz-dilaltı)  udlaqətrafı  nahiyəni  ön  və  arxa 
udlaqətrafı hissələrə bölürlər  
Udlaqətrafı  nahiyənin  irinli  iltihabı  prosesi  udqunma  zamanı  kəskin  ağrılarla, 
tənəffüsün çətinləşməsi ilə, xəstənin ümumi vəziyyətinin pisləşməsi ilə təsvir olunur, 
intoksikasiya əlamətləri-üşütmə, titrəmə gözlənilir.  
Obyektiv müayinədə - çənə bucağının altında palpasiya zamanı dərin yerləşən infiltrat 
aşkar olunur. xəstədə ağız açılması məhduddur, ağızdaxili müayinə çətindir. Ağız açan 
alətin köməyi ilə baxdıqda qanadabənzər-çənə qirişinda, yumşaq damaqda, əsnəkdə, 
selikli  qişanın  şişkinliyi,  hiperemiyası  qeyd  olunur.  udlağın  yan  divarı  şişkinlidir. 
Udlaqətrafı  nahiyənin  fleqmonasının  diaqnostikasında  qonşu  nahiyələrdə  də  irinli 
prosesin olub olmaması dəqiq yoxlanılmalıdır.  


Udlaqətrafı sahənin iltihabı prosesi udlaq boyunca divar arasına, döş qəfəsinə yayıla 
bilər.  
Udlaqətrafı  irinli  ocaq  çənəaltı  nahiyədə  kəsik  aparmaqla  açılır.  Kəsik  3-4  sm 
uzunluğunda  aparılır.  Dəri,  dərialtı  toxuma,  boyunun  səthi  əzələsi  kəsilir,  sonra  küt 
alətlə  çənənin  bucaq  nahiyəsində  toxuma  ayrılır,  sümük  kənarı  ayırd  edilir.  Daxili 
qanadvari əzələ üzrə udlaqətrafı nahiyəyə girilir, irinli ocaq açılır. İrinli ocaq antiseptik 
məhlullarla  yuyulduqdan  sonra  drenaj  olunur,  xaricdən  aseptik  sapandvari  sarğı 
qoyulur.  
Çənə-qanadabənzər nahiyənin əbses və fleqmonası. Bu boşluğun irinli iltihabı prosesi 
ağıl dişinin çətinliklə çıxması nəticəsində, qonşu nahiyələrdən bura irinin yayılması ilə 
və mandibulyar anestaziya aparan zaman hematoma yaranması və onun irinləməsi ilə 
baş verə bilər.  
Çənə-qanadvari nahiyənin sərhədləri: xaricdən-çənə şaxəsinin daxili səthi, daxildən-
içəri qanadabənzər əzələ, yuxarıdan-bayır qanadabənzər əzələ, öndən-yanaq əzələsi, 
arxadan-qulaqaltı ağız suyu vəzi, aşağıdan içəri qanadabənzər əzələ liflərinin birləşdiyi 
xətt.  
Boşluq birləşdirici toxuma ilə doludur. Buradan aşağı alveol siniri və arteriyası keçir. 
Çənə-qanadabənzər  nahiyə  qanadabənzər  damaq,  gicgahaltı  çuxurlarla,  gicgah, 
çənəaltı və udlaqətrafı nahiyələrlə əlaqədardır.  
Çənə-qanadabənzər nahiyənin irinli iltihabı prosesi dərində yerləşdiyi üçün xəstənin 
vizial müayinəsi zamanı sifətdə ola bilsin ki, bir dəyişiklik müşahidə olunmasın. Xəstə 
udma aktında güclü ağrıların baş verməsini bildirir, ağızın açılması çox məhdud olur, 
çənə bucağı altında şişkinlik, ağrılı infiltrat qeyd edilir.  
Ağız boşluğunun dibinin fleqmonasında çənəaltı toxumaların infiltrasiyası əsas əlamət 
sayılır.  Bu  zaman  udqunma,  ağzın  açılması  ağrılı  olur.  Törədiciləri  stafilakokklardır. 
Çənəaltı,  dilaltı,  mental  nahiyənin  iltihabı  proseslərinin  yayılması  nəticəsində  baş 
verir.  bu  və  digər  nahiyələrin  fleqmonalarının  ağırlaşmaları  –  mediastenit,  sepsis, 
meningit, ensefalit və s. ola bilər.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin