ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə151/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   147   148   149   150   151   152   153   154   ...   186

NAMAZLAR ARASINDA FƏRQ


Namazın ruhunu dirçəltmək üçün ən tə`sirli vasitələrdən biri diqqətli olmağın faydaları barədə düşünməkdir. Əgər insan bir işin faydalı olduğuna inansa, bu işi yerinə yetirməyə çalışar. Bir daha qeyd edək ki, söhbət bilmək yox inanmaqdan gedir. Əgər inam yoxdursa insan öz elmindən bəhrələnə bilməz. Yaxşı olar ki, insan namazdan qabaq namazın ruhu barədə düşünsün. İnsan diqqətlə qılınmış namazla diqqətsiz qılınmış namaz arasındakı fərqlərdən agah olmalıdır. Bu fərq əlli ilə yüz rəqəmələri arasındakı fərqə oxşamır. Bu fərq ölçüyə gəlmir. İnsan bu günkü namazının vəziyyətini müəyyənləş-dirib nələr itirdiyini anlamalıdır.

Təsəvvür edin ki, bir tacir müəyyən bir sərmayə ilə iki işdən birini görə bilər. Tacir bir alverdən milyon manat, digərindən milyard manat qazanc gələcəyini ehtimal verir. Əgər o birinci alveri seçsə doğru addım atmış olarmı? Əgər bu iki alverin qazancı arasındakı fərq ölçüyə gəlirsə, diqqətli namazla diqqətsiz namaz arasın-dakı fərq sonsuzdur. Bəs necə ola bilər ki, bu fərqə inanan insan namazını diqqətsiz qılsın?! Necə ola bilər ki, qıldığı namazda diqqətə görə, məsələn, həm qiymətli brilyant, həm də dəyərsiz bir şüşə parçası almaq imkanında olan insan şüşə parçasını seçə?! Namaza durmuş insan ilk əvvəl bu mövzuda düşünməlidir. Əgər insan həqiqi namazın dəyərinə inansa, namaz boyu diqqəti əldən verməz. Əlbəttə ki, bu məqsədə birdən-birə yox, tədricən nail olmaq mümkündür. Hər namazda itirdiyimizi bu gün anlamasaq da, nə zamansa peşman olacağıq. Qur`ani-kərimdə həmin gün “həsrət günü” adlandırılmışdır. “Məryəm” surə-sinin 39-cu ayəsində buyurulur: “Onları həsrət günü ilə qorxud”. Demək, namazda qəlbin iştira-kına nail olmaq üçün namazdan əvvəl bir neçə dəqiqə, namazda diqqət haqqında düşünmək faydalı-dır.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin