Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat


Gələcək üçün informasiyanın qorunması



Yüklə 94,26 Kb.
səhifə18/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
Gələcək üçün informasiyanın qorunması




4.1.

Əlyazmaların rəqəmli formata çevrilməsi


AMEA




2019-2021

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan türkdilli, ərəbdilli, farsdilli əlyazmaların rəqəmsallaşdırılması - Elektron kitabxanasının yaradılması işi hazırda davam etdirilir. Bu günə qədər 4 250 (982 700 səh.) əlyazma Book Drive DİY cihazında skan edilmiş, fotosurəti çəkilmiş, materiallar xüsusi proqram vasitəsilə müvafiq ölçüyə və həcmə salınmış, pdf formatına konvertə edilmiş, faylların həcmi optimallaşdırılmış və əlyazmaların elektron variantı Elektron kitabxananın bazasına daxil edilmişdir. Elektronlaşdırılmış əlyazmaların mühafizəsini təmin etmək məqsədilə onlar hard-disklərə köçürülmüşdür.

Eyni zamanda əlyazmaların Elektron kataloqunun formalaşması işi də aparılır. Hal-hazırda əlyazmaların Elektron kataloqunun bazasına 12 745 nüsxə türkdilli, ərəbdilli, farsdilli əlyazma daxil edilmişdir.

Əlyazmalar İnstitutun fondunda saxlanılan 2 723 əski çap kitabı elektron kataloqa daxil edilmişdir.

“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən 2019-cu ildə böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunda saxlanılan   şəxsi arxiv materiallarının elektronlaşdırılması işi aparılıb. Hazırda C.Cabbarlının arxivindən 300-ə yaxın sənəd elektronlaşdırılmışdır, bu isə 16 464 səhifə təşkil edir.







4.2.

Kino fondunun rəqəmli formata çevrilməsi



Mədəniy-yət Nazirliyi





2019-2021

Azərbaycan Dövlət Film Fondunda (DFF) qorunub saxlanan 35 mm kinolent formatında çəkilmiş milli filmlərin rəqəmsal formata çevrilməsi işi müntəzəm qaydada aparılır. Cari ilin birinci yarımilliyində DFF-dəki, eləcə də kənardan Fonda əlavə edilmiş 35 min metr həcmində bədii, sənədli və cizgi filmlərin pozitiv lenti rəqəmsal formata çevrilmişdir. Bundan əlavə 72 min metr maqnit fonoqramması, həmçinin 3 min fotoşəkil və 35 kinoplakat rəqəmsal formata çevrilmişdir.





4.3

Mədəni irsin qorunması ilə bağlı tədbirlərin görülməsi



Mədəniy-yət Nazirliyi


AMEA, Əqli Mülkiyyət Agentliyi


2019-2021



Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin