Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat



Yüklə 94,26 Kb.
səhifə25/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
1   ...   17   18   19   20   21   22   23   24   25
Kiberməkanda çoxdillilik




6.1.

Yerli xalqların və milli azlıqların adət-ənənələrinin qorunmasına dair müxtəlif elektron informasiya resurslarının yaradılması


Mədəniy-yət Nazirliyi


NRYTN


2019-2021


Mədəniyyət Nazirliyi tərəfindən “Ultra technologies” şirkətinin texniki dəstəyi ilə hazırlanan "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin elekton portalının 3 oktyabr 2018-ci il tarixində təqdimatı keçirilmiş və portal ictimaiyyətin istifadəsinə verilmişdir. Portal Azərbaycanın diyarşünaslıq (adət-ənənə, bayram-mərasim, rəmz-sirr), folklor (musiqi-rəqs, oyun-tamaşa, şifahi xalq yaradıcılığı) və sənətkarlıq (dekorativ, tətbiqi, təsviri) nümunələrinin məlumat bazasından ibarətdir. Portalda hər bir qeyri-maddi irs nümunəsi haqqında bütün zəruri məlumatlar – nümunə haqqında xülasə, ona dair biblioqrafiya, foto və videomateriallar, nümunəni yaşadan daşıyıcı və təşkilat, onun yayıldığı coğrafiya haqqında məlumatlar verilmişdir. Hazırda AMEA-nın Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Dilçilik İnstitutlarının, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə portalın tam doldurulması və məlumat bazasının genişləndirilməsi istiqamətində iş davam etdirilir.

Cari ilin 19 iyun tarixində keçirilmiş ən yaxşı internet layihələri, əhəmiyyətli veb-resurslar və informasiya texnologiyaları sahəsində peşəkarları seçən “NETTY- 2019” Azərbaycanın Milli internet mükafatının 15-ci mükafatlandırma mərasimində dövlət internet saytları üzrə nominasiyada Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsində yenilikləri, UNESKO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” – www.intangible.az portalı qalib elan olunmuşdur.








6.2.

Turistlər üçün müxtəlif dillərdə bələdçi elektron materialların hazırlanması


DTA 





2019-2020


Bələdçi olmaq istəyən şəxslər üçün Bakı-Abşeron, Quba-Qusar və Şəki-Zaqatala regionları, həmçinin Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruqlar üzrə təlim materialı olan "Turist bələdçi elektron kitabı"nın hazırlanması istiqamətində işlər aparılır və elektron kitabın cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlət Turizm Agentliyinin tabeliyində "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu, ”Xınalıq" Dövlət Tarix Memarlıq ve Etnoqrafiya Qoruğu, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi daxil olmaqla) və "Kiş" Tarix-Memarlıq Qoruğu fəaliyyət göstərir. Qeyd olunan qoruqların idarəçiliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 417 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları idarəetmə Mərkəzinin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, ictimai informasiyanın daim yenilənməsini təmin etmək məqsədi ilə http://heritage.org.az/ portalı yaradılmışdır. Bununla yanaşı "Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə baglı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2018-ci il tarixli 633 nömrəli Sərəncamının 1-ci bəndinin icrası məqsədilə "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən tarix ve mədəniyyət abidlərinin vahid məlumat bazası yaradılaraq http://sheki.heritage.org.az/ portalı, həmçinin "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun http://yanardag.heritage.org.az/ portalı istifadəyə verilmişdir. Qoruqlarlın fəaliyyəti və aparılan yenidənqurma işləri, habelə, tədbirlər, yeniliklər barədə ictimai əhəmiyyətli informasiyalar media və sosial şəbəkələrdə daim ictimailəşdirilmiş və mütəmadi media turlar təşkil edilmişdir.








Qısaltmalar


  1. NRYTN - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

  2. AMEA - Azərbaycan Milli Elmlər Akademiyası

  3. TN - Təhsil Nazirliyi

  4. ƏƏSMN - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

  5. GİN - Gənclər və İdman Nazirliyi

  6. VXSİDA - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

  7. AQUPDK - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

  8. DTA - Dövlət Turizm Agentliyi

  9. QHT – Qeyri-hökumət təşkilatları

Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin