Mədəniyyət Nazirliyi sisteminə daxil olan Azərbaycan Milli Kitabxanasında sistemli iş aparılmış, avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tam tətbiq edilmiş, zəngin elektron resurslar yaradılmışdır. Kitabxanaya gələn oxuculara Elektron kitabxananın resursları lokal şəbəkə - INTRANET vasitəsilə, uzaq məsafəli istifadəçilərə isə qlobal şəbəkə - İNTERNET vasitəsilə təqdim olunur.
Kitab, dissertasiya, qəzet və jurnalların elektron versiyaları ilə yanaşı, Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatının, not nəşrlərinin elektron versiyalarının bazaları yaradılmışdır. Milli Kitabxananın fondunda olan Azərbaycan klassiklərinin musiqi əsərlərinin yazılmış qrammofon vallarının informasiya daşıyıcılarına köçürülməsi işi həyata keçirilmiş və onların elektron bazası yaradılmışdır. Hesabat dövrü ərzində “Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyi, “İmadəddin Nəsimi - 650”, “Cəfər Cabbarlı -120” “İsmayıl Şıxlı-100”, “Qarabağ”, “Narkomaniyaya yox deyək”, “İnsan alverinə son qoyaq”, “İlyas Əfəndiyev-105” adlı Elektron məlumat bazaları, 40 200 elektron resurs (kitab, dövri mətbuat, dissertasiya və avtoreferat, not) yaradılaraq elektron kitabxanaya daxil edilmişdir, bunun 15102-i analitik-biblioqrafik tammətnli elektron resurs olmuşdur. Elektron kataloqa isə VİRTUA proqramı vasitəsilə 26500 adda biblioqrafik yazı daxil edilmişdir.
Azərbaycan Milli Kitabxanasının Elektron kataloqunun məlumat bazası Avropa Elektron Kitabxanasına daxil edilmişdir. Milli Kitabxananın saytından istifadə etməklə oxucular məlumat bazalarından yararlanmaq, Milli Kitabxananın nəşrlərindən istifadə etmək, elektron kataloqda və elektron kitabxanada, həmçinin Avropanın 50-dən çox kitabxanasının fondlarında və kataloqlarında birbaşa axtarış aparmaq imkanı əldə etmişlər;
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ”Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işinin təşkili, sistemin ümumi fəaliyyətinə nəzarət və koordinasiyası həyata keçirilir. Elektron kitabxana bazasında 1780 tam mətnli kitablar öz əksini tapmşdır.
Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2018-ci il tarixli 222 nomrəli Fərmanının 2.2-ci bəndinə əsasən Respublika Elmi-Texniki Kitabxanası (RETK) Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilmişdir. Agentlik tərəfindən həyata keçirilmiş işlərin nəticəsində kitabxanada avtomatlaşdırılmış sistem tətbiq edilmiş, kitab fondunun müəyyən hissəsinin biblioqrafik təsviri artıq elektron formata salınmış, elektron kataloq yaradılmışdır. Bununla birlikdə, hal-hazırda kitabxananın yeni texniki avadanlıqla təmin
olunması, 15 milyona yaxın fondunun rəqəmsallaşdırılması, əməkdaşlarının müasir tələblərə uyğun fəaliyyət gostərmək qabiliyyəti və peşə hazırlığının yuksəldilməsi, həmcinin kitabxananın internet saytının günün tələblərinə cavab verən formatda və istifadəçilər üçün daha səmərəli olması istiqamətində zəruri işlər aparılmışdır.
|