Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər:
- Azərbaycan Milli Kitabxanasında Virtua Sisteminin təkmilləşdirilməsi sahəsində, “Chamo” elektron kataloq-axtarış sistemində axtarış sürətinin və keyfiyyətinin artırılması üçün müəyyən işlər görülmüş, elektron məlumat bazalarının saxlanması və nüsxələrin çıxarılması məqsədilə serverlərdə fiziki və operativ yaddaş artırılmışdır. Kitabxananın oxu zallarında, Açıq kitabxanada oxucuların internetdən rahat istifadəsi üçün fasiləsiz Wi-Fi şəbəkəsi təmin edilmiş, Açıq kitabxanada quraşdırılmış İnfoTuch panelləri vasitəsi ilə oxuculara kitabxana haqqında məlumat almaq, bütün elektron resurslardan istifadə etmək və həmçinin kitab sifariş etmək imkanları yaradılmışdır.
- Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Toplu Kataloq və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzi (www.azlibnet.az) yaradılmışdır. AzlibNet mərkəzinin yaradılması, kitabxanalarda kitab təsvirinin mərkəzləşməsini, vaxta və vəsaitə qənaət, dünya standartları səviyyəsində təsnifləşdirmənin həyata keçirilməsi, MKS Elektron Resursların vahid mərkəzdən idarə olunması, onların təhlükəsizliyi, biblioqrafik yazının tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasını, eləcə də Elektron Resursların fasiləsiz və operativ olaraq təqdim edilməsini təmin edir. Kitabxanada təşkil olunan kütləvi tədbirlər Facebook sosial şəbəkəsində də işıqlandırılır.
- F. Köçərli adına Respublika Uşaq Kitabxanasının saytında (www.clb.az) xidmətin operativliyini artırmaq məqsədilə oxuculara elektron resurslar, yeni elektron bazaları təqdim edilmişdir. Abdulla Şaiq, Abbas Səhhət, Mikayıl Rzaquluzadə, İlyas Tapdıq Mirmehdi Seyidzadə, F.Köçərli və s. elektron məlumat bazaları, 105 384 elektron resurs (kitab, dövrü mətbuat, metodik vəsaitlər və s.) yaradılaraq elektron kitabxanaya daxil edilmişdir. 2019-cu ilin birinci yarımili üçün Respublika Uşaq Kitabxanasının elektron kataloqu 267 062, elektron kitabları 20 250, elektron resursları 105 384 təşkil edir.
- Mədəniyyət Nazirliyinin sifarişi və “AdZone” şirkətinin texniki dəstəyi ilə “Muzey əşyalarının daimi mühafizə portalı” yaradılmışdır. Hazırda respublikada fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatlar həmin portala daxil edilməkdədir.
Dostları ilə paylaş: |