Amerika Hüquqşünaslar Assosiasiyası Qanunun Aliliyi Təşəbbüsü



Yüklə 52,96 Kb.
səhifə1/7
tarix07.01.2022
ölçüsü52,96 Kb.
#82732
  1   2   3   4   5   6   7

Amerika Hüquqşünaslar Assosiasiyası Qanunun Aliliyi Təşəbbüsü

Elan tarixi: Cümə günü, 14 Oktyabr 2011-ci il



Mövzu: Amerika Hüquqşünaslar Assosiasiyası Qanunun Aliliyi Təşəbbüsünün (ABA ROLİ) İnsan Alveri ilə Mübarizəyə dair Maarifləndirmə və Müdafiə Təşəbbüsünə dəstək üçün kiçik qrantlar imkanı:

Ərizələrin qəbulu üçün son tarix: cümə günü 28 Oktyabr 2011-ci il saat 17:00-dək

Hörmətli Xanımlar və Cənablar,

Amerika Hüquqşünaslar Assosiasiyası Qanunun Aliliyi Təşəbbüsü (ABA ROLİ) İnsan Alveri ilə Mübarizəyə dair Marifləndirmə və Müdafiə Təşəbbüsünü dəstəkləmək üçün subqrant müqavilələrı üçün ərizələrin qəbulunu elan edir. Azərbaycan cəmiyyətinin ən ehtiyaclı üzvlərini insan alveri ilə bağlı maarifləndirmək, insan alveri qurbanlarını birbaşa hüquqi təmsilçilik vasitəsi ilə ədalət mühakiməsinə çıxış imkanı ilə təmin etmək və insan alveri ilə bağlı işlərə daha yaxşı baxılması məqsədi ilə Azərbaycan hakimlərini, prokurorlarını və insan alveri qurbanlarının müdafiəçisi kimi xidmət göstərən vəkilləri maarifləndirmək məqsədi ilə ABA ROLİ 2010-cu ilin Oktyabr ayından etibarən Azərbaycanda İnsan Alveri ilə Mübarizəyə dair Marifləndirmə və Müdafiə Təşəbbüsünü həyata keçirir.

Bu kiçik qrantlar imkanı ilə (bax: səhifə 3), ABA ROLİ öz proqramının “İnsan alveri ilə bağlı məsələlərlə əlaqədar təhsil vasitələrinə və hüquqi xidmətlərə kənd yerlərindəki vətəndaşların çıxışını artırmaq” məqsədinin dörd (4) komponenti vasitəsi ilə 21 noyabr 2011-ci il tarixdən 31 iyul 2012-ci il tarixinə qədər proqramın təsirini yaxşılaşdırmağa kömək etmək üçün bacarıqlı QHT tərəfdaşları axtarır:



  1. 1-ci komponent: Qurbanların təxirəsalınmaz və daha uzun müddətli ehtiyaclarını qarşılayan tam xidmətlərin göstərilməsini təmin etmək üçün sığınacaqlarla, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lərlə və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə əlaqələndirmə səylərini gücləndirmək.

  2. 2-ci komponent: İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və sığınacaqlar vasitəsi ilə mümkün olan xidmətlər barədə insan alveri qurbanlarının məlumatlığını artırmaq.

  3. 3-cü komponent: İnsan alverinin potensial və faktiki qurbanlarını və onların ailə üzvlərini insan alveri ilə bağlı məsələlər barədə hüquqi məsləhətlər və təmsilçiliklə təmin etmək.

  4. 4-cü komponent: Tədris və məlumatlandırma vasitəsi kimi istifadə etmək üçün Qurbanların hekayələri haqqında Sənədli Film hazırlamaq.

Xahiş olunur ki, ərizəçilər həmin dörd (4) komponentdən yerinə yetirmək imkanları olan sayda komponentlər üzrə müraciət etsinlər. Ərizəçilər göstərilən komponentdə (komponentlərdə) uğur qazanmaq üçün necə fəaliyyət göstərəcəklərini təsvir etməli və komponentin (komponentlərin) təsirinə nail olmaq və onu maksimum səviyyəyə çatdırmaq məqsədi güdən əlavə yaradıcı səylər təklif etməlidirlər.

Əvvələr ABA ROLİ-dən heç vaxt maliyyə vəsaiti almamış və qrant verilməsi üçün müraciəti baxılmaqda olan ərizəçilər onların maliyyə məsuliyyətini müəyyən etmək və maliyyə nəzarətlərinin uyğunluğuna əmin olmaq məqsədilə qrantın verilməsindən öncə ilkin sorğulara cavab verəcəklər.Qrantlar uğurlu namizədə (namizədlərə) təqribən doqquz (9) ay müddətində yəni 21 noyabr 2011-ci il tarixdən 31 iyul 2012-ci il tarixinə qədər veriləcək. ABA ROLİ təqdim edilmiş ərizələrdən hər hansı birini maliyyələşdirmək və ya heç birini maliyyələşdirməmək hüququnu özündə saxlayır. Qrant müqavilələri ABA ROLİ proqramına ən yaxşı qiymət təklif edən məsuliyyətli ərizəçilərə veriləcək. Bu kiçik qrantar imkanının elan olunması nə ABA ROLİ adından heç bir öhdəlik təşkil etmir, nə də ərizələrin hazırlanması və təqdim olunması ilə əlaqədar olan xərclərin ödənilməsi üçün ABA ROLİ üzərində heç bir məsuliyyət yaratmır. Ərizələr elekton formada aşağıdakı şəxslərə təqdim olunmalıdır: Robert Steere, ABA ROLİ-nin Azərbaycan üzrə Ölkə Direktoru, robert.steere@aba-az.org; Michelle Brady, michelle.brady@aba-az.org ; və Kristi Kontak, ABA ROLİ-nin Azərbaycandakı İnsan Alveri ilə Mübarizə Proqramının Meneceri, Kristi.Kontak@americanbar.org. Ərizələrin alınması iki (2) iş günü ərzində email vasitəsilə təsdiq olunacaq. Əgər siz elektron formada təqdim etdiyiniz ərizənin alınması barədə email vasitəsi ilə bildiriş almaq istəmirsinizsə, Kristi Kontaka bu barədə email göndərməyiniz xahiş olunur. Təklifin hər bir səhifəsi nömrələnməlidir. Böyük qrafik fayllardan istifadə etməkdən çəkinməyiniz xahiş edilir. Əlavə edilən fayllar Microsoft Word, Excel və ya PDF formatda olmalıdırlar. Ərizəçilər ərizələrinin texniki hissələrini (Microsoft Word formatında) və büdcə hissələrini (açıq Microsoft Excel formatında) ayrı-ayrılıqda ərizə emailinə əlavə etməlidirlər. Büdcələr təsdiq olunmuş ABA ROLİ Excel formatında (nümunə əlavə olunur) olmalıdır və hesablamalarda istifadə olunmuş bütün formulaları göstərməlidir. Maliyyə vəsaiti ən dəyərli ərizələri təqdim edən ərizəçilərə ayrılacaq.

Ərizələr cümə günü, 28 oktyabr 2011-ci il tarixinədək təqdim olunmalıdır. Gec təqdim olunmuş ərizələrə qrant verilməsi ücün baxılmayacaq. Ərizələr kiçik qrantlar imkanının şərtlərinə və tələblərinə birbaşa cavab verməlidir. Teleqraf və ya faksla göndərilən ərizələrə icazə verilmir və onlar qəbul edilməyəcək.

Hörmətlə,

Robert Steere

ABA ROLİ-nin Azərbaycan üzrə Ölkə Direktoru


Yüklə 52,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin