Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti Beynəxalq münasibətlər kafedrası



Yüklə 46,33 Kb.
səhifə1/15
tarix06.01.2022
ölçüsü46,33 Kb.
#113706
  1   2   3   4   5   6   7   8   9   ...   15
referat 4884

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Turizm və Menecment Universiteti

Beynəxalq münasibətlər

kafedrası

Fəlsəfə”



fənnindən

Sərbəst iş

Qrup: MEN 1402

Fakultə: Biznes idarəçiliyi

İxtisas: Menecment

Müəllim: Sahib Səfiyev

Tələbə: Ceyhun Məmmədov

BAKI 2015

Mündəricat


  1. Obyektiv idealizm nədir?

  2. Kiniklərin fəlsəfi təlimi

  3. Əbu Hamid Əl-Qəzali

  4. S.Urməvinin fəlsəfi təlimi

  5. Con Lokkun fəlsəfəsi

  6. XIX əsrdə Qərbi Avropada qeyri-klassik fəlsəfənin ümumi səciyyəsi

  7. Ekzistensializm

  8. İdrakın mahiyyəti

  9. Elmin sosial funksiyaları

10)Fərd, fərdiyyət, şəxsiyyət


  1. Obyektiv idealizm nədir?

Fəlsəfənin materializm və idealizmə bölünməsi, onun yarandığı ilk dövrlərdən mövcud olub. Alman filosofu Q.Leybnis Platonu ən böyük idealist, Epikürü isə ən böyük materialist adlandırırdı. Hər iki cərəyanın klassik tərifini isə görkəmli alman filosofu F.Şleqel verib. Ona görə: “Materializm –hər şeyi materiyadan çıxış etməklə izah edir, materiyanı nəsə ilk, başlanğıc, hər şeyin mənbəyi kimi qəbul edir. İdealizm isə hər şeyi vahid ruhdan çıxarır, materiyanın ruhdan yaranmasını iddia edir, və yaxud materiyanı ruha tabe edir”.

Beləliklə, “materialist” və “idealist” terminlərinin fəlsəfi mənasını, onların gündəlik şüurda aldıqları mənalarla qarışdırmaq olmaz. Adətən “materialist” dedikdə maddi nemətlər arxasınca qaçan fərd nəzərdə tutulursa, “idealist” termini mənəvi dəyərlər və ideallarla səciyyələnən, təmənnasız insanla assosiasiya olunur.

Tarixən həm idealizm, həm də materializm müxtəlif formalarda təzahür etmişlər. Materializmin tarixi inkişaf nöqteyi-nəzərindən əsas formaları aşağıdakılardır:

İdealizmin isə iki əsas formasını göstərmək olar:

Obyektiv idealizm –İdeya, Allah, və yaxud, Ruhun –ümumiyyətlə ideal başlanğıcın təkcə materiyadan deyil, həm də insan şüurundan asılı olmadığını bəyan edir(Platon, F.Akvinalı, Hegel).

Subyektiv idealizm –xarici dünyanın, onun xassə və münasibətlərinin insan şüurundan asılı olduğunu iddia edir (Berkli).Subyektiv idealizmin ifrat forması solipsizm (lat. solus –bir, yeganə; ipse –özüm). Solipsizmə görə yalnız məxsusi “Mən” və mənim duyğularım haqqında səhihliklə danışmaq olar.

Monizm (yun. monos –bir, yeganə) –dünyanın yalnız bir başlanğıcının olmasını iddia edən fəlsəfi konsepsiya. Belə başlanğıc olaraq ya maddi, ya da, mənəvi substansiya çıxış edir. Deməli, monizm həm materialist, həm də idealist ola bilər.

Dualizm (lat.dualis -ikili) –bərabərhüquqlu iki ilk başlanğıcın: materiya və şüur, fiziki və psixi –olduğunu təsdiq edən fəlsəfi konsepsiya. Məsələn, Dekart hesab edirdi ki, varlığın əsasında iki bərabərhüquqlu substansiya dayanır: fikirləşən(ruh) və ölçülən (materiya)

Plüralizm (lat. pluralis -çoxlu) –bir neçə ilkbaşlanğıcın olduğunu iddia edən fəlsəfi konsepsiya. Bu konsepsiyaya görə, varlığın əsası və ilkbaşlanğıc çoxluq təşkil edir. Məsələn, Empedokla görə, varlığın ilkbaşlanğıcı dörddür: od, hava, su, torpaq.

Rasionalizm və empirizm. Əgər ontoloji baxımdan, yəni varlığın ilkin əsasının nədən ibarət olması sualına verdiyi cavabdan asılı olaraq fəlsəfə materializm və idealizmə bölünürsə, bu varlığın hansı üsullarla dərk olunması, ümumiyyətlə dərk olunub-olunmaması sualına verdiyi cavaba görə, yəni, qnoseoloji baxımdan bir neçə cərəyana bölünür. Onlardan ikisi əsas və daha geniş yayılmışdır: rasionalizm və empirizm. Bu cərəyanlar bütün fəlsəfə tarixini izləsə də, aşkar ifadə olunmuş cərəyan kimi Yeni dövrdə formalaşmışdır.




  1. Yüklə 46,33 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə