Bazar iqtisadiyyatına keçid



Yüklə 87,48 Kb.
səhifə1/22
tarix10.01.2022
ölçüsü87,48 Kb.
#107555
  1   2   3   4   5   6   7   8   9   ...   22

Bazar iqtisadiyyatına keçid.


Keçid iqtisadiyyatı 2 iqtisadi sistemin ünsürlərini özündə birləşdirən və bir iqtisadi sistemdən digərinə keçid funksiyasını yerinə yetirən spesifik bir iqtisadi sistem kimi xarakterizə olunur. Keçid iqtisadiyyatında əsas məqsəd yeni iqtisadi sistemi formalaşdırmaq və onun iqtisadi əsaslarını yaratmaqdan ibarətdir. Keçid iqtisadi münasibətləri üçün ümümi bir hal xarakterikdir. Bu da ondan ibarətdir ki, o həm köhnə, həm də yeni yaranmaqda olan cəmiyyətin iqtisadi münasibətlərinin əsas cəhətlərini və xassələrini özündə birləşdirir. Keçid dövründə 2 iqtisadi sistemin ünsürləri fəaliyyət göstərdiyinə görə eyni bir mərhələdə iqtisadiyyatın sabitləşdirilməsi və tənzimlənməsi mexanizmi də müxtəlif olur. Bir iqtisadi sistemdən digərinə keçid 2 formada təzahür edir:

I Təkamül yolu- ardıcıl. Yəni bazar elementlərinin tədricən yaradılması. Təkamül yolunda ilk mərhələ kənd təsərrüfatında islahatların aparılmasından başlanır. Kənd təsərrüfatında keçmiş adət-ənənə, kustar, fərdi istehsal mövcuddur ki, bu sahələrin inkişafı digər sahələrin inkişafını sürətləndirir.

II Şok terapiyası(inqilabi)- islahatların intensiv, az vaxta həyata keçirilməsi. Şok terapiyası əsasən 2 istiqamətdə həyata keçirilir: a) stabil antiinfilyasiya proqramının hazırlanması; b) geniş institusional islahatların aparılması Şok terapiyası çox ağır maliyyə çətinliyinin, mal qıtlığının, böhranların aradan qaldırılması tədbirlərini əhatə edir. Şok terapiyası strategiyası göstərir ki, maliyyə sabitliyi yaradılmalıdır, tarazlıq balaslaşdırılmalıdır və stabilləşdirmə tədbirləri infilyasiya prosesləri ləğv edilməyə doğru yönəldilməlidir..

İnzibati-amirlik sistemindən əsasən bazar münasibətlərinə əsaslanan qarışıq iqtisadi sistemə keçməsi, keçid iqtisadiyyatının liberallaşdırılmasını və bazarın institutsional-hüquqi bazasının yaradılmasını tələb edir. Burada köhnə iqtisadi sistemin prinsipləri əsasında fəaliyyət göstərən müəssisələrdə yeni, bazar tənzimləmə mexanizmi tədricən fəaliyyət göstərməyə başlayır.

Bazar iqtisadiyyatına keçidin qarşısında duran əsas vəzifələr bunlardır:


  1. Dövlətsizləşdirmə və özəlləşdirmə.

  2. Bazar infrastrukturunun formalaşması.

  3. İqtisadiyyatın inhisarsızlaşdırılması.

  4. Qiymətin sərbəstləşdirilməsi.

  5. Maliyyənin stabilləşdirilməsi.(infilyasiya prosesi, tarazlığın balanslaşması, infilyasiya və defilyasiyaya yol verməmək.)

  6. Bazar iqtisadiyyatına uyğunlaşmaq üçün əhalinin sosial dəstəklənməsi.

Bir sözlə bazar münasibətlərinə keçid, iqtisadiyyatın dövlətsizləşdirilməsini, özəlləşdirilməsini, sahibkarlığın inkişaf etdirilməsini, bazar infrastrukturunun formalaşmasını, tədricən qiymət üzərində dövlət nəzarətinin kəskin surətdə zəifləndirilməsi kimi sair mürəkkəb problemlərin həll edilməsini tələb edir. Yeni iqtisadi sistem formalaşdıqca, onun yetkinlik səviyyəsi yüksəldikcə, köhnə iqtisadi sistemin tədricən dağılması prosesi sürətlənir.

Qeyd edək ki, hazırda respublikamız da SSRİ dağıldıqdan sonra digər postsovet ölkələri kimi iqtisadi islahatların gedişində inzibati amirlik sistemindən müasir bazar iqtisadiyyatına keçid dövrünü yaşayır. Xüsusi ilə qeyd etməliyik ki, keçid prosesi onilliklərlə davam edən bir prosesdir. Keçid prosesini sürətləndirmək məqsədi ilə hər bir ölkə öz məxsusi(spesifik) xüsusiyyətlərini nəzərə alaraq proqramlar işləyib hazırlayır və həyata keçirməyə çalışır.

Giriş.


Bazar iqtisadiyyatı nədir?
Bazar iqtisadiyyatı - çoxlu müəssisə və ailə təsərrüfatlarının əmtəə və xidmətlər bazarlarında qarşılıqlı münasibətdə olarkən, verdikləri müstəqil qərarları vasitəsilə sərvətləri bölüşdürən iqtisadiyyatdır. Bazar iqtisadiyyatı, iqtisadi sistemlərin təsiri altında formalaşmışdır. Bəşəriyyətə hələlik bazar iqtisadiyyatından səmərəli iqtisadiyyat məlum deyil. Bazar iqtisadiyyatı insanın özünü reallaşdırılmasına güclü stimul yaradır, əmək və təsərrüfat fəallığının yüksəlməsi imkanını artırır, ETT-ni sürətləndirir. Bazar iqtisadiyyatı özünəməxsus genetin əsaslara malikdir. Bu aşağıdakılarla səciyyələrir: inkişaf etmiş ictimai əmək bölgüsü, özəl və qarışıq mülkiyyətin hakim mövqedə olması, əmtəə təsərrüfatının geniş dairəyə malik olması, əmtəə istehsalına yeni vahidlərin, o cümlədən iş qüvvəsinin daxil olması, tələb və təklifin yüksək dinamikliyi, rəqabət dairəsinin və gücünün, bazar sisteminin daim əhatəlilik dərəcəsinin artması, iqtisadi demokratikləşmə, iqtisadi azadlıq, liberallaşdırma, mənfəətin hərəkətverici qüvvəyə çevrilməsi(daim artan mənfəətə nail olma), istehsal və bazar infrastrukturlarının genişlənmə meylinin güclənməsi və s.

Bazar anlayışı.

Bazar daim təkrar olunan alqı-satqı aktlarının və mübadilə dairəsində sosial-iqtisadi münasibətlərin məcmusudur. Bazar münasibətlərinin maddi əsasını əmtəələrin və pulların hərəkəti təşkil edir. Həmin münasibətlər nəticəsində mallar realizə edilir və onlarda tamamlanmış əməyin ictimai xarakteri qəti olaraq müəyyənləşdirilir. Beləliklə, bir sözlə desək, Bazar əmtəələrin tədavül sferası olub, əmtəə tədavülü prosesini tamamlayır, məhsulun pula və əksinə pulun məhsula çevrilməsini həyata keçirir.

Sadə şəkildə “bazar” anlayışı alıcılarla satıcıların görüşdükləri məkan, yer mənasını verir. Alıcı və satıcının bir araya gəldiyi bu yerdə mallar(məhsullar, xidmətlər, ideyalar) alınıb satılır. Buradan da belə deyə bilərik ki, bazar-iqtisadi kateqoriya olub, konkret iqtisadi münasibətləri, alıcılarla(tələblə) satıcıların(təkliflə) əlaqələrinin məcmusudur.

Mənbələrdə bazarın 6-7 min il əvvəl meydana gəldiyi qeyd olunur. Bazarların yaranması bir sıra tarixi şərtlərdən keçmişdir: ictimai əmək bölgüsünün baş verməsi, bundan sonra əkinçiliyin heyvandarlıqdan ayrılması, sənətkarlığın müstəqil sahə kimi ayrılması, ticarətin meydana gəlməsi və beləliklə, bu sahələlər özləri parçalanaraq yeni sahələr yarandı vəbu proses kəsilməz surətdə getməkdədir. Bazar əmtəə-pul münasibətlərinin tarixi inkişafı nəticəsində müasir tərəqqi dərəcəsinə çatmışdır. O,bu gün mürəkkəb bir struktura malik və çoxsahəli bir sistem üzrə fəaliyyət göstərir. Bazar sistemi dedikdə- bazarın bütün növlərinin ən mürəkkəb meyarlar üzrə ayrı-ayrı komponentlərinin məcmusu nəzərdə tutulur. Müasir dövrdə bazarların növləri (bazar strukturu və sistemi) onun obyektləri, subyektləri, məkan əlamətləri, əmtəələrlə doluluğu, rəqabət aparma dərəcələri, satış xarakterləri, əmtəələrin çeşidliliyi və bəzi başqa cəhətləri üzrə səciyyələnir.

Bazarın aşağıdakı növləri mövcuddur:




  1. Yüklə 87,48 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin