DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Jərrah ibn Abdullanın başçılığı ilə islam qoşununun



Yüklə 0,98 Mb.
səhifə3/10
tarix21.10.2017
ölçüsü0,98 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Jərrah ibn Abdullanın başçılığı ilə islam qoşununun


Dərbəndə gəlməsi haqqında
Şöylə rəvayət edirlər kim, xilafət növbəti Süleyman ibn Əb­dülməlikə yetişdikdə islam sərhədlərində olan hakimlərə fərman yazıb məlum eylədi ki, islam sərhədlərindən mütəvəjjeh olub, rəiyyətləri ədalət üzrə mühafizət edələr.

Bu əsnada xəbər yetişdi kim, Xəzər tayfası Dərbənd şəhərini mühasirə edib və qala boynundan keçib, İraq və Azərbayjan vi­la­yətlərini qətl və qarət edirlər.

Rum sərhədlərindən bir neçə qalanı zəbt və təsərrüf etmişlər. Bu günlərdə Əbdüləziz Bahilini on min ləşkər ilən Rum sərhə­di­nə, Jərrah ibn Abdullanı iyirmi beş min ləşkər ilən Dərbənd şəhərində mühasirədə olan mübarizlərin köməyinə fərman verdi.

Jərrah ibn Abdulla livayi-əzimət qaldırıb, Şirvan şəhərinə daxil olujaq bu xəbər Xaqan oğlu Paşa xana çatdı. O, əsgərin top­layıb, gəlib Qaya kəndinin yaxınlığında olan Həsin qalasına qondu. Jərrah ibn Abdulla Şirvandan keçib gəlib Rubas çayının kənarında nüzul edərkən ləzgi və Tabasaran bəylərinə adam gön­dərib, yanına dəvət edir və buyurur ki, biz uzaq məsafətdən gəlib Xəzər tayfası ilə müharibə etmək istəyirik. Siz də bu işdə gərək bizə müavinət edəsiniz.

Onlar javab verdilər kim, biz də həsbül-qüvvəmizjə kömək edəriz. Lakin ol vaxtda islam məzhəbinə daxil olmadığı üçün on­ların rəisi və ulusu Sipas oğlu idi, gizlinjə Xaqan oğlu Paşa xana xəbər göndərdi kim, Jərrah ibn Abdulla iyirmi beş min ərəb ləşkəri ilə üzərinizə ilğar edirlər, qafil olmayasız.

Jərrah ibn Abdulla bu müqəddimədən agah olub, dərhal üç günlük azuğə tədarük görüb, məğrib namazını qıldıqdan sonra məşəllər yandırıb, əhmal, əsğal və azuğələri qəlbi-siyahda tərtib verib, yola düşdü. Gəlib Dərbəndin Yeni qapı deməklə məruf darvazadan şəhərə daxil olub, Qırxlar qapıdan çıxıb Dərbəndin şimal tərəfində Abi-eyn bulağlarında ki, şimdi Avayin adlanır nüzul etdi. İki min süvarə bir sərdara qoşub Qara Qaytaq kənd­lərini çəpavül etməyə, iki min süvarə bir sərdara tapşırıb, Taba­sa­ran kəndlərini qarət etməyə məmur etdi. Təkid ilə dedi ki, günəş tulu etməzdən əvvəl Qara Qaytaq və Tabasaran kəndlərini qarət edib gələrsiniz.

Pəs hər iki sərdar məmur olunduğu tərəfə yürüş aparıb, gös­tərilən tayfanın kəndlərin qarət edib, sübhi-sadiqdən irəli sağ bö­lük sərdarı Qara Qaytaq tərəfdən on iki min at və mal və qoyun və iki yüzmin dirhəm qızıl və gümüş və yüz otuz nəfər əsir ilə mürajiət eylədilər.

Sol bölük sərdar Tabasaran, Yük, Yersi, Zil, Dərvaq, Həmidi, Kamax, Çarubə, Məruqə və sair kəndləri çapıb səkkiz min at və mal və qoyun və vafir olan nağd və əsbab və iki yüz nəfər əsir ilə geri gəldilər.

Jərrah ibn Abdulla qənimətləri qazilərə uluşdurub, ol gün, o gejə Abi-eyndə islam ləşkəri müharibə təblini və döyüş nağara­sı­nı döyüb, ələmdarlar ələmləri qaldırıb, səflərə tərtib və nizam verib xəzərlilər üzərinə hüjum etdilər.

Paşa xan dəxi islam əsgərlərinin bu hərəkətin görüb alayları­na nizam verib, müqabiləyə yürüşə başladılar. İki qoşun bir-birinə toxunub müharibə alovu qızışdı. Günortayadək müharibə davam etdi. Jərrah ibn Abdulla öz səflərinə şikəst irişmək əsər­lərini mülahizə etdikdə, dərhal atından enib bir qatıra minib, əs­gərlərinin qəlbinə girib, dedi:

- Ey Şam bəyləri və ərəb böyükləri! Əgər bu müharibədən üz döndərib qaçsanız, yəqin bilin ki, bir əhəd buradan sağ-salamat qayıda bilməz. Bəs bu meydanda ərənlər kimi savaşınız taki axi­rətdə şəhidlər silkinə və döyüşənlər zümrəsinə daxil olub, onlar ilə məhşur olasınız. Bu dünyada heç kəs jəfadan başqa vəfa gör­məyib. Pəs həman Allah yolunda çalışınız, deyib bir neçə dilni­şin pənd və nəsihətlər etdikdə onlara behişt mücdəsi oldu. Pəs bu uğrudan himmət bağlayıb Xəzərlərə hüjum və həmlə qıldılar. Ol gün axşamadək müharibə davam etdi. İki tərəfdən ölənlər oldu. Gün batanda öz ordularına qayıtdılar. Ol gejə Jərrah ibn Ab­dulla öz əsgərində olan böyükləri başına toplayıb, neçə-neçə vəz və nəsihətdən sonra əhli-ləşkərə and verdi ki, bir nəfər də islam­dan sağ qalmışkən Xəzərdən üz döndərib, qaçmayajaqlar.

Pəs ol gejənin sabahı hər iki tərəf müharibəyə hazırlaşıb, əs­gə­rə tərtib verib, bir-birinə həmlə və hüjum etdilər. Günorta­ya­dək şiddətli müharibə davam etdi. İslam ləşkəri janü dildən sa­vaşmaqla xəzərlilərdən çox adam həlak və məqtul etdilər. Xaqan oğlu Paşa xan bu halı görjək bütün əhmal və əsğalı buraxıb ləş­kər ilən İnji qalası janibinə azim oldu. Paşa xan tərəfindən İnji qalasına hakim təyin olunmuş şəxsdən azuqə alıb, orada qaravul qoyub, Əhran janibinə əzimət etdi. Oradan da dəxi Bəlxə getdi. Bəlxdə Əndəri adlı hakim var idi. Onun qədimi adı Bəlx olubdur. Gülbaxın əsl adı Əhrandır. Orada Gülbax adlı hakim olmaq ilə Gülbax deyilir. Kürəxan qalasının adına şimdi Qızılyar deyirlər. Onun hakimi Sürxabə və Kiçi Majarın jümləsi təsmiyyə olunur. Ulu Majar hakiminə və Qızlar hakiminə və Tatar şəhərinin haki­minə və sair sərhədlərinə hakimlərinə buyurdu ki, hərgah islam qoşunu bu tərəflərə gələrsə hamınız birləşib, Əhranda toplaşıb Əhran hakimi Gülbaxın əmrinə tabe olub, müharibə edin. Qoy­ma­yın ki, keçsinlər. Savaşı Əhranda edərsiniz. Hər kim Əhran ha­kiminin əmrindən çıxarsa, mənim düşmənimdir. Keçmiş za­manlarda Əhran Gəştasb oğlu İsfəndiyarın taxtgahı olub. Bu tə­rəf­lərdə olan şəhərlər və qalalar Əhran hakiminə tabe idilər.

Paşa xan bu təmhid müqəddiməni tərtib edib öz taxtgahı olan Ədil çayının qırğına getdi. Dəxi Əbu Übeydə Həsin qalasında ki, Qaya kəndinin yanında dağ başında nişanəsi görünür, kafirlərdən ələ düşən qənimət və malları bütün döyüşçülər arasında bölüş­dür­dü. Ondan sonra Tarxu tərəfinə getdi. Tarxu jamaatı savaş­dan əvvəl aman istəyib, jümləsi müsəlman oldular. İslam əsgə­rinə mülhəq olub İnji qalasının təsxirinə qalanın qarşısında bay­raq sanjıb, çadırlar vurub durdular.

İnji qalası mətin və üstüvar olmaqla bir tərəfi dərya və bir tərəfi dağdır. Yemək sarıdan və sair mayəhtajdan heç nəsnəyə ehtiyajları olmadığı səbəbə İnji hakimi dəxi qala əhlinin laf və Gəzafına və qalanın möhkəmliyinə bel bağlayıb, amadeyi-jəng oldular. İslam əsgəri qalanın ətrafında çadır qurub, qalanı müha­sirə və neçə gün müharibə edib, qalanın fəthi müyəssər olmadı­ğı­nı müşahidə etdikdə mürajiət fikrinə düşdülər. Nagah pəhləvan­lar arasında Sudə ilə İbrahim Abdulla Şueybi oğlanları ayağa du­rub nida etdi:

Ey möminlər, biz janımızı verib jənnət alırız. Hər kimsənə janın verib jənnət almaq arzusu varsa bizim ilə müşarikət və qala fəthinə mübadirət qılalar dedikdə altı min bahadur gəlib Sudə ilə İbrahim başına toplaşıb və qala fəthinə iqdam etdilər.

Pəs iki mindən artıq arabalar tədarük edib və arabaların qa­bağına taxtalar nəsb edib, beləki qaladan atılan tir və oxlar bun­lara isabət etmirdi. Özləri arabaların arxasınja qalaya hüjum aparıb, qalaya daxil oldular. Qala əhli itaət edərək, müsəlman ol­dular. Onların hakimi Narın qalada gizlənib, gejə yarı əyan və əşraf ilə qaçıb, İnji qala ilə Bəlx arasında yerləşən Keyvan qa­lasına getdilər. Bu əhvalat hijri tarixi ilə yüz iyirminji ilin rəbi ül-əvvəl ayının on birinji günündə baş vermişdir. Bu zamanlarda Jərrah ibn Adulla xəzərlilər ilə mübaşiri-karzar olmuşdur.

Pəs Süleyman ibn Əbdulməlik vəfat edib. Ömər ibn Əb­düləziz xilafətə əyləşdi. Süleyman iki il səkkiz ay xilafət edib, tarixi-hijrətin doxsan doqquzunju ilində səfər ayının 23-jü gü­nündə dünyadan rəhlət edib, yerində Ömər ibn Əbdüləziz ju­lus və ol dəxi iki il beş ay xilafət edib, tarixi-hijrətin yüz birinji ilində rəjəb ayının 25-də vəfat edib. Yezid ibn Əbdülməlik məs­nədi-xilafətdə jülus etmişdir.

Pəs Jərrah Yezid ibn Əbdəlməlikə fəthnamə yazıb, müntə­ziri-javab olduqda fərman vüsul oldu ki, Azərbayjana getsin. Orada olan Xəzər tayfası ilən müqatilə etsin. Onları ol nahiyə­lərdən çıxarsın. Şamdan da kömək gələjəyini bildirdi. Jərrah babül-əbvab Dərbənddən qalxıb Şəki tərəfinə yola düşdü. Şəki əmalından Qəbələ dedikləri şəhərdə xəzərlilər var idi. Varıb onlarla müharibə etdi. Şəhəri fəth edib, hakim isə qaçdı. Bilənjər adlı əhali müsəlmanlar əlinə əsir düşdülər. Bilənjər müsəlman olub, Jərrahdan öz əhl və əyalını istədikdə, Jərrah onun əhl və əyalını özünə təslim eylədi. Bilənjər dedi:

- Ey Əmir! Bu yaxşılıq əvəzində sənə xidmətim bu olsun ki, Qəbələ ətrafında olan kəndlərdə çoxlu xəzərlilər və dağ məlikləri ki sülh eyləmişlər, sülhü pozub, üzərinizə hüjum etməyə hazırla­şır­lar. Zinhar bu yerdə durmayasan. Bir özgə yer ixtiyar et ki, sizə bir xətər yoluxmaya.

Pəs Jərrah ol kişidən razılıq edib, oradan köçüb, varıb Şəki­də nüzul etdilər. Ol qış orada qalıb, Şam tərəfindən kömək gəl­mə­sinə müntəzir ikən xəbər yetişdi kim, Yezid ibn Əbdülməlik dünyadan rəhlət edib. Hüşşam ibn Əbdülməlik xilafətə əyləşdi. Yezidin vəfatı və Hüşşamın jülusu tarixi-hijrətin yüz beşində vaqe olubdur. Yezid dörd il xilafət edibdir. Hüşşam ibn Əb­dül­məlik Jərraha məktub yazıb, Şamdan kömək gəlmədiyini bil­dirdi. Xəzərlilərlə müharibə etməməyi tapşırdı. Pəs Jərrah Şəki­dən öz əsgərin götürüb Bərdə janibinə əzimət və oradan Ərdə­bilə daxil oldu. İslam qoşununu isə Muğan və Jilana göndərdi. Özü Şamdan kömək gələjəyini müntəzir olub, durdu.

Bu vaxt xəzərlilərin şahı müsəlmanlara qarşı otuz min qoşun toplayıb, Azərbayjana tərəfə hərəkət etdi. Bu xəbər Jərraha yeti­şib, ətraf və əknafda olan qoşunları toplamağa fürsət hasil etmə­dən Xəzər qoşunu Xaqanın ikinji oğlu Yarıxın başçılığı ilə mü­səl­manları bulduğu yerdə qətl və istisal edib, çoxunu qılınjdan keçirdilər. Jərrah ibn Abdulla bu halı görjək yanında olan ləş­kəri götürüb Seylan janibinə yola düşdü. Ol vaxt Jərrahın ya­nında Azərbayjan əhlindən Mərdanşah adlı bir kimsənə var idi. Jərraha dedi:

- Ey əmir, sənin əsgərin az, düşmən əsgəri çoxdur. Belə az qoşunla müharibə etmək məsləhət deyil. Seylan dağı qarşıdadır. Səlah oldur ki, bu dağda nüzul edib, Şamdan gələn ləşkəri göz­ləyib, durasan.

Jərrah dedi:

- Ey Mərdanşah, heyhat, mən bu işi edim, sonra xalq deyər ki, Jərrah qoşundan qorxdu.

Pəs Jərrah gedib Şəhran adlı bir kənddə nüzul edəndə xə­zər­lilər gəlib müsəlmanları mühasirə edib, aralarında müharibə alo­vu qızışdı. Mərdanşah müsəlman olub, qüsl edib, Jərrah birlə özün xəzərlilər səfinə vurub, hər ikisi də döyüş əsnasında məqtul oldu. Bu döyüşdə islam qoşunu məğlub, xəzərlilər isə qələbə çal­dılar. Xəzərlilər keçib Ərdəbil şəhərini aldılar. Hasarı mühasirə edib, əsir götürdükləri müsəlmanları qılınjdan keçirdilər. Bu dəh­şətli xəbəri Hüşşam ibn Əbdülməlik eşitjək, sarsıldı.
Hüşşam ibn Əbdülməlikin göstərişilə Səid ibn Öməri

Azərbayjana göndərməsi haqqında
Hüşşam ibn Əbdülməlik Səid ibn Öməri hüzura çağırıb dedi ki, Jərrah ibn Abdulla və islam ləşkərinə belə bir müsibət üz veribdir. Gərəkdir tədarüki-səfər edib, qoşunla varıb, Jərrahın intiqamın xəzərlilərdən alasan. Deyib öz əli ilə ələm bağlayıb, yüz min ağça, otuz min ləşkər Səid ibn Ömərin ixtiyarına ver­dikdə Səid Azərbayjan tərəfə yola düşdü. Gəlib Ərdəbilə varid oldular. Jərrahın qoşunundan qalan əsgərlər onu qarşılayıb, Jər­rahın və ləşkərin başına gələn əhvalatı ona söylədilər. Səid çox təəssüfləndi. Mal və silahdan onlara verib, onları da özü ilə gö­türüb İxlat şəhərinə tərəf yolu düşdülər. O şəhərdə Xəzər tayfa­sından adamlar var idi. Onları mühasirə alıb, vuruşub onları məğlub etdilər. Əldə etdikləri mal və qənimətləri islam əsgərləri arasında payladılar. Oradan yola düşüb, yolda olan şəhər və qa­laları fəth edərək Bərdə şəhərinə varid oldular.

Səid Bərdə jamaatını çağırıb, dedi:

- Ey müsəlmanlar, biz uzaq yoldan gəlib qatı olan düşmən üzə­rinə gedirik. Kimin imkanı varsa mal və silahdan qoşun fə­ğirlərinə kömək göstərsin. Onlar dəxi imkan daxilində azuğə və zəxirələrindən islam qoşununa yardım etdilər. Səid oradan köçüb Beyləqan çölünə gəlib, orada ordu qurdu.

O əsnada bir nəfər kimsənə gəlib Səidə şikayət eylədi kim, mən fağırın birisiyəm. Xaqanın oğlu Barxik Jərrahı məğlub et­dik­dən sonra Tərxanilər tayfasından bir kimsə gəlib mənim qız­la­rımı əsir aparıb, bu yaxın kəndlərin birindədir. Sizin gəlişiniz­dən xəbəri yoxdur. Gejə-gündüz sərxoşluqla güzəran keçirir. Mənə kömək edib bəlkə Allah-taalanın yardımı ilə qızlarımı əsir­likdən azad edəm.

Pəs Səid ibn Əbdülməlik öz adamlarından Müslüm oğlunu yanına çağırıb, bir neçə adamla həmin adama qoşdu. Onlar yola düşdülər. Onlar gəlib özlərini Tərxaninin evinə çatdırdılar. Gör­dü­lər kim, Tərxani məst və sərxoş yatıbdır. Qızlar isə onun ətra­fında əyləşiblər. Pəs onu yuxladığı yerdə öldürüb, qızları atasına tapşırdılar. Ol kənddə olan xəzərliləri öldürüb, mal və qənimət­lərin alıb, Səidin hüzuruna vardılar.

Bu əsnada Səidə xəbər verdilər kim, Barxik ibn Xaqan Vərqa şəhərini mühasirə edib, şəhərin ətrafında ordu qoyub, əyləşibdir. Səid Məzdək adlı bir kimsənəni ki, xəzərliləri yaxşı tanıyırdı, çağırıb buyurdu kim, gedib Vərqa şəhərində mühasirədə qalan müsəlmanları bizim gəlməyimizdən xəbərdar etsin. Tapşırdı ki, onlara desin ki, qalanı qorusunlar, düşmənə verməsinlər.

Pəs Məzdək atına minib, varıb şəhərin yaxınlığında avazi-bülənd ilə çağırıb dedi:

- Ey müsəlmanlar, mən beyləqanlı Məzdəyəm. Bəşarət olsun sizə kim, Səid ibn Ömər çoxlu qoşun ilə sizin köməyinizə gəlir. Hasarı mühafizət qılın. Kişilər və qadınlar bu səsi eşitjək təkbir sədasın göyə qaldırıb sürur və nişat etdilər. Xəzərlilərdən bir ne­çəsi Məzdəyi təqib edərək onu qətlə yetirdilər. Səid öz qoşunu ilə gəlirdi. Gəlib Vərqanın yaxınlığına yetişdi. Buyurdu atəş yaxdı­lar. Tütün havaya qalxdıqda hasar xalqı görüb, sevindilər. Xəzər tayfası bu vəziyyəti görjək yerlərindən qalxıb Plasxana tərəf get­dilər.

Vərqin jamaatı müsəlmanlara çoxlu azuğə və ülufə verib, iki min silahlı da ərəblərin qoşununa mülhəq olub xəzərlilərin arxa­sınja getdilər. Xəzərlilər oradan qalxıb Ərdəbil nahiyəsinə qaç­dılar. Səid Əhranə varid olduğu əsnada bir kimsə gəlib Səidə dedi:

- Ey əmir, altı mindən artıq olan xəzərlilər Jərrahın qoşunun­dan ələ keçən əsirlərlə birlikdə bu yaxınlıqdadırlar. Əgər onlara hüjum etmək istəyirsinizsə, fürsəti əldən verməyin.

Pəs Səid münadilərə nida etdirdi. Ol saat qoşun hazır olub, özü dəxi süvar oldu. Xəzərlilərin dilini bilən İbrahim ibn Asi adlı bir kimsənəni əvvəljədən jasusluğa göndərdi. İbrahim xəzər­lilərin paltarını geyib, gejə vaxtı gəlib ordu arasında dolanırdı. Gördü bir nəfər Tərxanlı Jərrah qoşunundan əsir düşmüş bir kənizi injidir. İstəyir ona təjavüz etsin. Ol kəniz isə ağlayır, ona yaxın düşməsinə imkan vermirdi. Bu səda İbrahimin qulağına yetişdikdə istədi varıb ol Tərxanlını öldürüb, kənizi azad etsin. Fikirləşdi əgər bu işi görsə, onu tutub öldürərlər və Səid mura­dına yetməz.

Pəs İbrahim qayıdıb xəzərlilərin vəziyyətini Səidə xəbər ver­di. Səid dərhal əskərlərini dörd dəstəyə bölüşdürüb və dörd tərəf­dən gejə yarı qəflətən xəzərlilərin üstünə hüjum edib, çoxunu qılınjdan keçirdilər. Bu döyüş günəş batanadək davam etdi. Janını qurtaranlar gəlib əhvalatı Barxikə danışdılar. Səid əsirləri onların əlindən azad və çoxlu qənimət əldə etdi. Səid Əhrana əzimət edib, hələ dinjliyini almamış, xəbər gəldi ki, xəzərlilər böyük dəstə ilə onların üzərinə gəlir. Jərrah ibn Abdullanın hə­rəmı də onların arasındadır. Öz məmləkətlərinə gedirlər. Səid on­ların arxasınja gedib, onlara hüjum etdilər. Bir çoxlarını qətlə yetirdilər. Əsirləri əllərindən xilas edib, qənimətlərin zəbt və ta­raj qıldılar.

Bu əsnada xəbər gətirdilər ki, Barxik ibn Xaqan qırx min ləşkər ilə Qafqaz şəhərlərin zəbt edərək üzərinizə gəlir. Pəs Səid tələsik yerindən qalxıb Barxikin müqabiləsinə əzimət etdi. Gəlib onunla üz-üzə dayandı. Hər iki tərəfdən səflər və alaylar təyin olunub, bir-birinə həmlə və hüjuma başladılar.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə