##book_id= 197//book_name= Pedaqogika - 2 //
##fk=120//ks=01//fn=197// sumalltest= 503 //
## Əyani şöbə: yaz sesiyası 2014 - 2015
##Fakültələr (ixtisaslar) – II kurs (IV sem. ) : Filologiya (Ingilis dili) Riyaziyyat müəllimliyi, Informatika müəllimliyi, Riyaziyyat və Informatika müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Texnologiya müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Coğrafiya müəllimliyi
## Qiyabi şöbə: yaz sesiyası 2014 - 2015
## Texnologiya müəllimliyi, (III kurs, VI sem. )
##Fənnin adı: Pedaqogika - 2
## (Pedaqogika tarixi)
##Bölmə: Azərbaycan
##Fənn müəllimi: M. Həsənov, H. Cəfərov, , K. Quliyeva, S. Qurbanova,
## K. Quliyeva, G. Qocayeva, M. Nəzərov, O. Mürsəlova, Ə. Ismayılxanova
##Kafedra müdiri: prof. I. N. Isayev
##Kafedra üzrə işçi qrupunun üzvləri: 1. prof. I. N. Isayev
## 2. dos. S. A. Orucova
## 3. dos. K. R. Quliyeva
## 4. dos. S. M. Qurbanova
##num= 1// level= 1// sumtest=55 // name= Ən qədim dövrlərdən orta əsrlərədək Şərqdə və Avropada məktəb və pedaqoji fikir //
1. Tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyələrin yaranması və inkişafının dövrləşməsindən bəhs edən elm hansıdır?
A) Ümumi pedaqogika
B) Pedaqogika tarixi
C) Məktəbşünaslıq
D) Məktəbəqədər pedaqogika
E) Sosial pedaqogika
2. Qədim Romada hansı məktəbi bitirən gənclər dövlət vəzifələrini tuta bilərdilər?
A) efebler məktəbləri
B) ibtidai məktəbləri
C) qrammatik məktəbləri
D) palestra məktəbləri
E) ritorika məktəbləri
3. “Natiqlik tərbiyəsi haqqında” adlı əsər yazmışdır.
A) M. F. Kvintilian
B) Seneka
C) Tomazo Kampanella
D) Vitterino de Feltre
E) Mişel de Monten
4. M. F. Kvintilian uşaqlarda məntiqi təfəkkürün tərbiyəsi üçün hansı fənnin öyrənilməsini zəruri hesab edirdi?
A) riyaziyyat
B) tarix
C) fizika
D) fəlsəfə
E) hüquq
5. Yazının iki növündən (heroqlif və heratik) ilk dəfə hansı ölkənin məktəblərində istifadə olunmuşdur ?
A) Misirdə
B) Çində
C) Yunanıstanda
D) Afinada
E) Spartada
6. Qədim Çində ilk dəfə hansı əlifbadan istifadə olunmuşdur?
A) Heroqliflərdən
B) Latın əlifbasından
C) Heratiklərdən
D) Ərəb əlifbasından
E) Kiril əlifbasından
7. Spartada qızların fiziki tərbiyəsinə diqqət yetirilməsinin başlıca səbəbi nə idi?
A) Kişilər döyüşdə olarkən qulları itaətdə saxlamaq üçün
B) Saglamlıq üçün
C) Müxtəlif yarışlarda iştirak etmək üçün
D) Müharibələrdə iştirak etmək üçün
E) Kişilərlə birlikdə ağır işlərdə işləmək üçün
8. Pedaqogika tarixində evristik müsahibə üsulu ilk dəfə kim tərəfindən tətbiq edilmişdir?
A) Sokrat
B) Seneka
C) Platon
D) Aristotel
E) Plutarx
9. Bu filosofun ideal modelində üç ictimai qrup mövcud idi: filosoflar, döyüşçülər, sənətkarlar və əkinçilər
A) Espinas
B) Sokrat
C) Aristotel
D) Demokrit
E) Platon
10. 3 - 6; 7 - 12; 12 - 16; 16 - 18; 18 - 20; 20 - 30 - bu yaş dövrləri hansl alimin adı ilə bağlıdır?
A) Platon
B) Demokrit
C) Sokrat
D) Seneka
E) Aristotel
11. Qədim Spartada böyüməkdə olan uşaqların təlim - tərbiyəsi hansı yaş mərhələlərində həyata keçirilirdi?
A) 7 - 14, 14 - 20, 20 - 30
B) 6 - 12, 12 - 18, 18 - 20
C) 7 - 10, 10 - 15, 15 - 20
D) 7 - 15, 15 - 20, 20 - 30
E) 8 - 16, 16 - 24, 24 - 32
12. Sparta tərbiyə sistemi Afina tərbiyə sistemindən nə ilə fərqlənirdi?
A) Qızların hərbi - fiziki tərbiyə alması ilə
B) Məktəblərin pullu olması ilə
C) Məktəblərin varlılara aid olması ilə
D) Oğlanlarla qızların ayrı - ayrı təhsil almaları ilə
E) Kasıb təbəqənin yalnız fiziki əməklə məşğul olması ilə
13. Afina tərbiyə sisteminin Sparta tərbiyə sistemindən fərqi. . .
A) Ahəngdar inkişaf etmiş adamlar tərbiyə etmək
B) Möhkəm və davamlı quldarlar yetişdirmək
C) Daha çox hərbi icma üzvləri hazırlamaq
D) Fiziki hazırlığa xüsusi yer verilirdi
E) Hərbi sərkərdələr hazırlayırdılar
14. Afina tərbiyə sistemi Sparta tərbiyə sistemindən hansı əlavə məktəblərin olması ilə fərqlənirdi?
A) Monastr, sobor
B) Gimnaziya, məhəllə
C) Ritorika, kafedral
D) Qrammatika, kifara
E) Palestra, efeblər
15. Afinada övladının peşə hazırlığına laqeyd yanaşan atanın cəzası nə idi?
A) Gələcəkdə övladının maddi qayğısından məhrum edilirdi
B) Valideyn hüququndan məhrum edilirdi
C) Fiziki cəza verilirdi
D) Ölkədən qovulurdu
E) Cəza evlərinə göndərilirdi
16. Uşaqların yaş dövrünün ilk elmi təsnifatını verən alim
A) Aristotel
B) Komenski
C) Russo
D) Mor
E) Kvintilian
17. Aristotelə görə 7 - 14 yaşa qədər olan “heyvani dövr”də uşaqlarda hansı keyfiyyəti tərbiyə etmək lazımdır?
A) İradi keyfiyyətlər
B) Əmək tərbiyəsi
C) Fiziki, əqli və əxlaqi tərbiyə
D) Estetik tərbiyə
E) Təbiəti uşaqlara sevdirmək
18. Aristotelə görə 14 - 21 yaşa qədər olan “insani dövr”də gənclərə hansı tərbiyə vermək lazımdır?
A) Əxlaq tərbiyəsi
B) Əqli tərbiyə
C) Ekoloji tərbiyə
D) Fiziki və əmək tərbiyəsi
E) İqtisadi tərbiyə
19. Roma pedaqoqu M. F. Kvintilianın məktəb təcrübəsi ilə bağlı əsəri:
A) “Natiqlik tərbiyəsi haqqında”
B) “Dünyanın dolaşıq yolları”
C) “Böyük didaktika”
D) “Emil, yaxud tərbiyə haqqında”
E) “İnsan əqli haqqında təcrübə”
20. İbtidai icma quruluşunun keçdiyi mərhələləri seçin:
1 - Ana hüququ mərhələsi
2 - Kahinlər mərhələsi
3 - Təsərrüfatçılıq mərhələsi
4 - Ata hüququ mərhələsi
5 - Hərbi diktatura mərhələsi
6 - Müharibələr mərhələsi
7 - İnsanı mərhələ
A) 1; 4; 5
B) 1; 3; 5
C) 2, 4, 6
D) 2; 3; 7
E) 1; 6; 7
21. Misirdə təşəkkül tapan 2 cür məktəb hansılardır?
1 - “Qrammatika”
2 - “Kifara”
3 - “Saray kahinləri hazırlayan”
4 - “Kafedral”
5 - “Məhəllə”
6 - “Xırda məmurlar hazırlayan”
7 - “Efebeylər hazırlayan”
A) 3; 6
B) 2; 4
C) 2; 6
D) 3; 4
E) 4; 6
22. Aristotelə məxsus yaş mərhələləri hansılardır?
1 - 0 - 7 yaş
2 - 6 - 12 yaş
3 - 3 – 6 yaş
4 - 7 - 14 yaş
5 - 12 - 18 yaş
6 - 18 – 21 yaş
7 - 5 – 10 yaş
8 - 14 – 21 yaş
A) 1; 4; 8
B) 1; 5; 6
C) 2; 4; 8
D) 3; 7; 6
E) 2; 5; 7
23. Aristotelin şəxsiyyətin harmonik inkişafı üçün tərbiyənin hansı tərkib hissələrini qeyd etdiyini seçin
1 - əqli
2 - iqtisadi
3 - əxlaqi
4 - dini
5 - əmək
6 - fiziki
A) 4, 5, 6
B) 2, 4, 5
C) 3, 4, 5
D) 1, 2, 3
E) 1, 3, 6
24. Qədim Romada tərbiyənin əsas vəzifəsinə daxil olanları seçin
1 - savadlı müəllim tərbiyə etmək
2 - qüvvətli döyüşçü tərbiyə etmək
3 - mühəndis yetişdirmək
4 - hüquqşünas yetişdirmək
5 - bacarıqlı əkinçi yetişdirmək
6 - iqtisadçı yetişdirmək
7 - dindar şəxs tərbiyə etmək
8 - tacir yetişdirmək
A) 2, 5, 7
B) 1, 4, 8
C) 1, 3, 4
D) 3, 4, 6
E) 3, 6, 8
25. “Pedaqogika tarixi” fənnin qarşısında duran əsas vəzifələri seçin
1 - Gələcək müəllimləri dünya xalqlarının zəngin pedaqoji irsi və məktəb tarixi ilə tanış etmək
2 - Tarixi - pedaqoji irsin inkişafındakı müsbət və mənfi cəhətləri üzə çıxarmaq
3 - Şəxsiyyətin hərtərəfli inkişafını təmin etmək
4 - Məktəbdə tədris prosesini canlandırmaq
5 - Əməksevər insan yetişdirmək
6 - Gələcək müəllimlərin peşə hazırlığını yüksəltmək
A) 1, 2, 6
B) 1, 4, 5
C) 2, 3, 4
D) 3, 4, 5
E) 1. 4, 6
26. Pedaqogika tarixinin struktur, məzmun, vəzifə və metodoloji prinsiplərinin dəyişməsi hansı amillərdən asılı olmuşdur?
1 - Cəmiyyətdə baş verən ictimai siyasi hadisələrdən
2 - Dövlətin yerləşdiyi ərazidən
3 - Tarixi - pedaqoji biliklərin təkamülünün daxili məntiqindən
4 - Müəllimlərin yeni təlim texnologiyalarından istifadə imkanlarından
5 - Subyektiv münasibətlərdən
6 - Müxtəlif ölkələrin pedaqoji irsindəki ümumi köklərin aşkar edilməsindən
A) 3, 4, 5
B) 2, 3, 6
C) 1, 3, 5
D) 1, 3, 4
E) 2, 4, 6
27. Tərbiyənin yaranmasında təkamül - bioloji konsepsiyanın tərəfdarlarını seçin
1 - Ş. Leturno
2 - C. Simpson
3 - P. Monro
4 - Y. A. Komenski
5 - A. Espinas
6 - M. Siseron
7 - A. S. Makarenko
A) 1, 2, 5
B) 2, 3, 4
C) 1, 3, 7
D) 5, 6, 7
E) 3, 4, 7
28. Sparta tərbiyə sistemi qarşısında duran vəzifələr
1 - Döyüşkən icma üzvləri hazırlamaq
2 - Fiziki, əxlaqi və əqli cəhətdən inkişaf etmiş şəxsiyyət yetişdirmək
3 - Qızları ev işlərinə hazırlamaq
4 - Möhkəm və davamlı hərbiçilər hazırlamaq
5 - Sərt fiziki və hərbi tərbiyə vermək
6 - Zehni və estetik tərbiyəyə üstünlük verilirdi
A) 1, 4, 5
B) 1, 2, 3
C) 2, 4, 6
D) 1, 3, 5
E) 4, 5, 6
29. Afina tərbiyə sistemi qarşısında duran vəzifələr
1 - Döyüşkən icma üzvləri hazırlamaq
2 - Fiziki, əxlaqi və əqli cəhətdən inkişaf etmiş şəxsiyyət yetişdirmək
3 - Qızları ev işlərinə hazırlamaq
4 - Möhkəm və davamlı hərbiçilər hazırlamaq
5 - Sərt fiziki və hərbi tərbiyə vermək
6 - Zehni və estetik tərbiyəyə üstünlük verilirdi
A) 2, 3, 6
B) 1, 4, 5
C) 1, 2, 3
D) 2, 4, 6
E) 3, 4, 5
30. Spartada qızların tərbiyəsinin qarşısında duran başlıca vəzifələr
1 - Qapalı ailə həyatına hazırlamaq
2 - Hərbi - fiziki tərbiyəsinə xüsusi fikir vermək
3 - Kişilər müharibədə olduğu zaman daxili asayişi qorumaq
4 - Qulları silah gücünə itaətdə saxlamq
5 - Ərə gedənə qədər evdə tərbiyə vermək
6 - Ev işlərini öyrətmək
A) 2, 3, 4
B) 1, 2, 3
C) 3, 4, 5
D) 4, 5, 6
E) 2, 1, 5
31. Afinada qızların tərbiyəsinin qarşısında duran başlıca vəzifələr.
1 - Qapalı ailə həyatına hazırlamaq
2 - Hərbi - fiziki tərbiyəsinə xüsusi fikir vermək
3 - Kişilər müharibədə olduğu zaman daxili asayişi qorumaq
4 - Qulları silah gücünə itaətdə saxlamq
5 - Ərə gedənə qədər evdə tərbiyə vermək
6 - Ev işlərini öyrətmək
A) 1, 5, 6
B) 1, 2, 3
C) 2, 3, 4
D) 3, 4, 5
E) 4, 5, 6
32. Sparta tərbiyə sisteminə uyğun olanı seç
1 - Fiziki cəhətdən sağlam, zahiri və daxili gözəlliyi özündə birləşdirən insan yetişdirmək
2 - Gözəl estetik zövqə malik insan yetişdirmək
3 - Şərt fiziki hazırlığa xüsusi yer vermək
4 - Yeniyetmələri hamının gözü qarşısında döymək
5 - Oğurluq etdiyinə görə deyil, müvəffəqiyyətsizliyə uğradığına görə döymək
6 - Əyyaşlığı kəskin şəkildə mühakimə etmək
7 - Estetik tərbiyə vermək
A) 1, 4, 5, 7;
B) 1, 2, 3, 4;
C) 3, 4, 5, 6;
D) 2, 3, 4, 6;
E) 1, 3, 5, 7
33. Afina tərbiyə sisteminə uyğun olanı seç
1 - Fiziki cəhətdən sağlam, zahiri və daxili gözəlliyi özündə birləşdirən insan yetişdirmək
2 - Harmonik inkişaf etmiş şəxslər yetişdirmək
3 - Şərt fiziki hazırlığa xüsusi yer vermək
4 - Yeniyetmələri hamının gözü qarşısında döymək
5 - Oğurluq etdiyinə görə deyil, müvəffəqiyyətsizliyə uğradığına görə döymək
6 - Əyyaşlığı kəskin şəkildə mühakimə etmək
7 - Estetik tərbiyə vermək
A) 1, 2, 7
B) 1, 2, 3
C) 2, 3, 4
D) 3, 4, 7
E) 5, 6, 7
34. Roma fəlsəfi və pedaqoji fikir tarixinin görkəmli nümayəndəsi Mark Fabiy Kvintiliana aid olan fikirləri seçin
1 - Mən bilirəm ki, heç nə bilmirəm
2 - Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür
3 - Müəllim yüksək təhsili və təmkini ilə şagirdlərə nümunə olmalıdır
4 - Təlim xüsusidən ümumiyə doğru aparılmalıdır
5 - Dərk olunmuş həyat mənəvi sağlamlıq, ən qiymətli dəyərdir
6 - Danış ki, mən səni görüm
A) 2, 3, 4
B) 1, 5, 6
C) 1, 2, 3
D) 3, 4, 5
E) 4, 5, 6
35. Yunan fəlsəfi və pedaqoji fikir tarixinin görkəmli nümayəndəsi Sokrata aid olan fikirləri seçin
1 - Mən bilirəm ki, heç nə bilmirəm
2 - Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür
3 - Müəllim yüksək təhsili və təmkini ilə şagirdlərə nümunə olmalıdır
4 - Təlim xüsusidən ümumiyə doğru aparılmalıdır
5 - Dərk olunmuş həyat mənəvi sağlamlıq, ən qiymətli dəyərdir
6 - Danış ki, mən səni görüm
A) 1, 2, 3
B) 2, 3, 6
C) 1, 5, 6
D) 3, 4, 5
E) 1, 3, 5
36. Feodalizm cəmiyyətində mövcud olan məktəbləri seçin
1 - kilsə məktəbləri
2 - aqellam
3 - efebiya
4 - sex
5 - gildiya
6 - forum
7 - şəhər məktəbləri
A) 1, 4, 5, 7
B) 1, 2, 3, 4
C) 3, 4, 5, 6
D) 4, 5, 6, 7
E) 2, 3, 4, 5
37. Antik dövrə aid olan məktəbləri seçin.
1 - Qrammatika
2 - Ana dili məktəbləri
3 - Kifara
4 - Akademiyalar
5 - Palestra
6 - Latın məktəbləri
7 - Gimnasi
8 - Rus dili məktəbləri
A) 1, 3, 5, 7
B) 2, 4, 6, 8
C) 4, 5, 8, 7
D) 1, 5, 7, 8
E) 2, 5, 7, 8
38. Feodalizm cəmiyyətinə aid olmayan məktəbləri seçin
1 - kilsə məktəbləri
2 - aqellam
3 - efebiya
4 - sex
5 - gildiya
6 - forum
7 - şəhər məktəbləri
8 - saray məktəbləri
A) 2, 3, 6, 8
B) 1, 2, 3, 4
C) 3, 4, 5, 6
D) 4, 5, 6, 7
E) 5, 6, 7, 8
39. Spartada uşaqların tərbiyə aldığı müəssisələrin ardıcıllığını müəyyən edin
1 - Aqellam
2 - Eyren
3 - Ailə
4 - Efebiya
A) 3, 1, 2, 4
B) 1, 2, 3, 4
C) 4, 3, 1, 2
D) 2, 1, 3, 4
E) 3, 4, 2, 1
40. Afina təhsilinin pillələrinin ardıcıllığını müəyyən edin
1 - Ailə
2 - Gimnasi
3 - Palestra
4 - Qrammatika və kifara
A) 1, 2, 3, 4
B) 1, 4, 3, 2
C) 1, 3, 2, 4
D) 3, 1, 4, 2
E) 4, 2, 1, 3
41. Yunan filosoflarından biri digərinin müəllimi olmuşdur. Ardıcıllığı müəyyən edin
1 - Platon
2 - - Sokrat
3 - Aristiotel
A) 2, 1, 3
B) 1, 2, 3
C) 3, 2, 1
D) 2, 3, 1
E) 3, 1, 2
42. Yaş bölgüləri haqqında fikir söyləyən pedaqoqları ardıcıllıqla düzün
1 - A. Disterveq
2 - Y. A. Komenski
3 - J. J. Russo
4 - Platon
5 - Aristotel
A) 4, 5, 2, 3, 1
B) 1, 5, 2, 4, 3
C) 3 , 4, 5, 2, 1
D) 1, 4, 2, 3, 5
E) 4, 5, 3, 2, 1
43. Afina məktəb sisteminin ardıcıllığını müəyyən edin
1 - Qrammatika
2 - Likey
3 - Akademiya
4 - Kifara
5 - Palestra
A) 1, 4, 5, 2, 3
B) 2, 3, 4, 5, 1
C) 3, 4, 2, 1, 5
D) 4, 1, 5, 2, 3
E) 5, 2, 3, 4, 1
44. Aristotelin müəyyən etdiyi yaş dövrlərini məntiqi ardıcıllıqla düzün
1 - Heyvani
2 - Insani
3 - Bitki
A) 3, 1, 2
B) 1, 2, 3
C) 3, 2, 1
D) 1, 3, 2
E) 2, 3, 1
45. Aşağıdakı tərbiyəvi əsərlər və sivilizasiyalar arasındakı uyğunluğu tapın
1 - Qədim Şərq
2 - Qədim rus
3 - QədimYunanıstan
4 - Qədim türk
5 - Qədim Roma
a - “Hökmlər və söhbətlər”, “Bhaqavatqita”, “Dauf oğlu Aktoyun nəsihəti”
b - “Illiada”, ”Odisseya”, “Əməklər və günlər”
c - “Düşüncələr”, “Öz - özünə söhbət”, “Natiqlik tərbiyəsi”
d - “Zümrüd”, “Pateriklər”, ”Şestodnyev”
e - “Gültəkin”, ”Bilgə xaqan”, “Manas”
A) 1 - a; 2 - d; 3 - b, 4 - e, 5 - c
B) 1 - c; 2 - b; 3 - d, 4 - a, 5 - e
C) 1 - b; 2 - a; 3 - c, 4 - d, 5 - e
D) 1 - a; 2 - e; 3 - b, 4 - d, 5 - c
E) 1 - d; 2 - e; 3 - a; 4 - b, 5 - c
46. Platona görə, insan ruhunun əsasını üç amil təşkil edir. Həmin amillərə uyğun olan üç cəhəti müəyyən et
1 - ağıl
2 - iradə
3 - hiss
a - təmizlik
b - müdriklik
c - ləyaqət
d - mərdlik
e - mötədillik
A) 1 - a, 2 - c, 3 - b
B) 1 - e, 2 - b, 3 - d
C) 1 - b, 2 - d, 3 - e
D) 1 - d, 2 - a, 3 - c
E) 1 - c, 2 - e, 3 - a
47. Hansı dövrə tərbiyənin hansı məqsədi uyğundur
1 - Ibtidai icma
2 - Quldarlıq
3 - Feodalizm
4 - Intibah
5 - Kapitalizm
a - Dini tərbiyə və ruhun təmizliyi
b - uşağı ən sadə şəkildə yaşamağa və dünyanı dərk etməyə hazırlamaq
c - tərbiyə sinfi xarakter daşımağa başladı
d - ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirmək
e - fəhlə nəslinin tərbiyəsi
A) 1 - b, 2 - c, 3 - a, 4 - d, 5 - e
B) 1 - c, 2 - b, 3 - d, 4 - c, 5 - a
C) 1 - d, 2 - a, 3 - e, 4 - b, 5 - c
D) 1 - c, 2 - e, 3 - b, 4 - a, 5 - d
E) 1 - a, 2 - d, 3 - c; 4 - e, 5 - b
48. Bu tərbiyəvi əsərlər və fikirlər Qədim Yunan filosoflarından hansına uyğundur?
1 - Pifaqor
2 - Sokrat
3 - Aristotel
4 - Demokrit
5 - Platon
a - “Tərbiyə haqqında”
b - “Mən bilirəm ki, heç nə bilmirəm”, “Danış ki, səni görüm”
c - “Dövlət” və”Qanunlar”
d - “Böyük etika”, ”Siyasət”
e - Idrak prosesləri iki mərhələdən - duyğu və təfəkkürdən ibarətdir
A) 1 - a; 2 - b; 3 - d; 4 - e; 5 - c
B) 1 - a; 2 - d; 3 - b; 4 - c; 5 - e
C) 1 - c; 2 - a; 3 - d; 4 - e; 5 - b
D) 1 - d; 2 - c; 3 - a; 4 - b; 5 - e
E) 1 - e; 2 - a; 3 - d; 4 - c; 5 - b
49. Məktəblər və onların yaradıcıları arasındakı uyğunluğu müəyyənləşdirin
1 – Akademiya
2 - Likey
3 - Stoik məktəbi
4 - Epikür məktəbi
a - Platon
b - Zenon
c - Aristotel
d - Epikür
A) 1 - a, 2 - c, 3 - b, 4 - d
B) 1 - d, 2 - b, 3 - c, 4 - a
C) 1 - c, 2 - a, 3 - d, 4 - b
D) 1 - b, 2 - d, 3 - a, 4 - c
E) 1 - a, 2 - d, 3 - c, 4 - b
50. Qədim Romanın inkişafının üç dövrünə uyğun olan məktəbləri müəyyənləşdirin.
1 - Icma dövrü (b. e. ə. VI əsrə qədər)
2 - Respublika dövrü (b. e. ş. VI - 1 əsrə qədər)
3 - Imperiya dövrü (I - VI əsrə qədər)
a - forum
b - elementar, qrammatika, ritorika
c - trivial, ritorika
d - qrammatika
e - texnikum
A) 1 - a, 2 - e, 3 - d
B) 1 - b, 2 - c, 3 - a
C) 1 - d, 2 - e, 3 - c
D) 1 - a, 2 - b, 3 - c
E) 1 - e, 2 - c, 3 - a
51. Qədim Romada respublika dövründə hansı fənlər hansı məktəblərdə verilirdi?
1 - Birinci dərəcəli hesab olunurdu, oxu, yazı və hesab öyrədilirdi
2 - Ikinci dərəcəli idi. Burada yunan dili, yunan və latın dilinin qrammatikası, natiqlik sənətinin başlanğıcı tədris olunurdu
3 - Yunan və Roma ədəbiyyatı, riyaziyyatın əsasları, astronomiya, hüquq və fəlsəfə öyrədilirdi
a - ritorika
b - elementar
c - qrammatika
d - likey
e - akademiya
A) 1 - e, 2 - d, 3 - a
B) 1 - a, 2 - b, 3 - c
C) 1 - b, 2 - c, 3 - a
D) 1 - c, 2 - a, 3 - d
E) 1 - d, 2 - e, 3 - b
52. Qədim Romada hansı məktəbdə hansı fənlər öyrədilirdi?
1 - Forumda
2 - Qrammatika məktəblərində
3 - Legionlarda
a - Hərbi hazırlıq
b - Oxu, yazı və hesabdan elementar məlumat verilirdi (4 - 5 yaşadək)
c - Yunan, latın dilləri, natiqlik sənətinin başlanğıcı tədris olunurdu
d - Musiqi, nəğmə, bədii qiraət öyrədilirdi
e - Ayıqlıq dərsləri keçilirdi
A) 1 - b, 2 - c, 3 - a
B) 1 - a, 2 - e, 3 - c
C) 1 - e, 2 - d, 3 - b
D) 1 - c, 2 - a, 3 - d
E) 1 - d, 2 - b, 3 - e
53. Aristotelin insanın üç yaş dövrünü və ona uyğun tərbiyə növlərini müəyyən edin
1 - Bitki
2 - Heyvani
3 - Insani
a - əqli
b - fiziki
c - estetik
d - əxlaqi
e - ekoloji
A) 1 - b, 2 - d, 3 - a
B) 1 - a, 2 - b, 3 - d
C) 1 - e, 2 - c, 3 - b
D) 1 - c, 2 - a, 3 - e
E) 1 - d, 2 - e, 3 - c
54. Uyğunluğu müəyyən edin. Spartada bu məktəblərə uşaqlar hansı yaşda gedirdi
1 - Palestra
2 - Efebiya
3 - Legion
a - 1 – 3 yaş
b - 3 – 7 yaş
c - 7 – 14 yaş
d - 14 – 20 yaş
e - 20 – 30 yaş
A) 1 - c; 2 - d; 3 - e
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - b; 2 - c; 3 - d
D) 1 - d; 2 - e; 3 - a
E) 1 - e; 2 - a; 3 - b
55. Uyğunluğu müəyyən edin
1 - Aşağı təbəqənin uşaqları bu məktəbdə müstəsna hallarda oxuya bilərdilər
2 - Bu məktəbdə beş bacarıq öyrədilirdi
3 - Bu məktəblər humanitar istiqamətli idi
a - qrammatika
b - kafedral
c - palestra
d - gimnasi
e - likey
A) 1 - d; 2 - b; 3 - e
B) 1 - e; 2 - d; 3 - a
C) 1 - b; 2 - a; 3 - c
D) 1 - a; 2 - c; 3 - d
E) 1 - c; 2 - b; 3 - e
Dostları ilə paylaş: |