F.ü.f.d.,baş müəl.Mətanət Əmrahova
matanat_amrahova@unec.edu.az
MÖVZU 3
İşgüzar kommunikasiyanın formaları: işgüzar söhbət, danışıqlar, mətbuat konfransları, müşavirələr, diskussiyalar, telefon söhbətlərinin aparılma qaydaları.
III Mühazirənin
PLANI
İşgüzar söhbətin xüsusiyyətləri
İşgüzar söhbətə hazırlıq
İşgüzar danışıqlar
Mətbuat konfransları
İşgüzar iclas və müşavirələr
İşgüzar diskussiya
Telefon söhbətlərinin aparılma qaydası.
Mühazirəni mənimsədikdən sonra tələbə işgüzar söhbət aparmaq qaydalarını öyrənəcək, işgüzar söhbətə hazırlığın nədən ibarət olduğunu biləcək. Həmçinin, işgüzar danışıqlarda vacib şərtin mahiyyətini öyrənəcək. Mətbuat konfransları, işgüzar iclas və müşavirələr, işgüzar diskussiya, telefon söhbətlərinin aparılma qaydası haqqında məlumatlara yiyələnəcək.
Eyni sahədə çalışanların kommunikasiyası geniş mənada kommunikasiyadan onunla fərqlənir ki, belə ünsiyyət prosesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur. Bu səbəbdən də işgüzar kommunikasiyada tərəf-müqabillə qarşılıqlı əlaqəni kəsmək mümkün deyil.
İşgüzar kommunikasiyanın əhəmiyyətli hissəsini xidməti, yəni insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qarşılıqlı fəaliyyəti tutur. Lakin işgüzar kommunikasiya xidməti kommunikasiyaya nisbətən daha geniş anlayışdır, cünki təkcə təşkilatlarda yox, ən müxtəlif səviyyəli işgüzar qəbullarda, seminarlarda, biznes görüşləri və s.-də də baş verir.
Bu kommunikasiya fəaliyyət, informasiya və təcrübə mübadiləsinin baş tutduğu qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət prosesidir.
İşgüzar kommunikasiyanı şərti olaraq birbaşa (bilavasitə təmas) və dolayısı ilə (bilvasitə- tərəfdaşlar arasında zaman-məkan məsafəsi mövcud olur) növlərinə ayırmaq mümkündür. Birbaşa işgüzar kommunikasiya dolayısı ilə kommunikasiyaya nisbətən daha böyük nəticəyə, emosional təsir və təlqin gücünə malikdir.
İşgüzar kommunikasıyanın müxtəlif növləri olduğu kimi, formaları da müx-təlif və rəngarəngdir.
İşgüzar ünsiyyətdə dialoq qarşılıqlı işgüzar əlaqələrin ən geniş yayılmış üsul-larından biridir. Şifahi işgüzar ünsiyyətin dialoji növlərinə işgüzar söhbət, işgüzar danışıqlar, işgüzar iclas və müşavirələr, mətbuat konfransı, diskussiya və s. aid edilir.
Dostları ilə paylaş: |