Hipertrofiya və Hİperplaziya toxuma və ya orqanm həcminin böyüməsi hipertrofiya



Yüklə 32,41 Kb.
səhifə6/10
tarix10.01.2022
ölçüsü32,41 Kb.
#106480
1   2   3   4   5   6   7   8   9   10
ŞİŞ HAQQINDA ÜMUMİ MƏLUMAT
Şiş - toxumaların hüceyrəvi elementlərinin sürətlə çoxalması ilə xa-rakterizə edilən və orqanizmin tənzimedici mexanizmlərinin təsiri ilə məhdudlaşmayan patoloji prosesdir. Şiş yerləşdiyi orqanm struktur və funksiyalarmdan asılı olmadan qeyri-məhdud şəkildə inkişaf edə bilir. O, orqanizmin ümumi xəstəliyi olan şiş xəstəliyinin yerli təzahürüdür.

Şiş toxumasının başqa toxumalardan fərqi. Şiş hüceyrələri böyümə və çoxalma xassəİərinə görə, təkcə normal toxumalarm hüceyrələrin-dən deyil, həm də başqa patoloji prosesİərdə təsadüf edilən hüceyrə-lərdən fərqlənir. Məlumdur ki, proliferativ iltihab, hiperplaziya, rege-nerasiya və b. prosesiər hüceyrələrin sürətiə çoxalması ilə nıüşayiət olunur. Lakin bu prosesİərdə hüceyrə çoxalması orqanizmin tənzime-dici sistemlərinin təsiri altında davam edir. Şiş hüceyrələri isə bu me-xanizmlərdən asılı oimadan çoxalır.

Şişin ikinci əsas xüsusiyyəti hüceyrə atipikliyidir. Atipiklik dedikdə, şiş hüceyrələrinm quruluşunun, funksiyalarının, çoxalma və diferensia-siya qabiliyyətinin, həmçinin onda gedən maddələr mübadüəsinin nor-mal hüceyrələrdən fərqli cəhətləri nəzərdə tutulur. Şiş hüceyrələrinin normal hüceyrələr üçün səciyyəvi olmayan yeni xassələr əldə etməsinə anaplaziya və ya kataplaziya adı verilmişdir (ana - əks, plasis - yaran-ma, kata - aşağı). Anaplaziya adı altında şiş hüceyrələrinin embrionai hüceyrəiərə xas olan struktur əldə etməsi nəzərdə tutulur. Son vaxtlar tədqiqatçılarm əksəriyyəti bu termini qəbul etmir və «kataplaziya» ter-minindən istifadə edirİər. Kataplaziya ifadəsi ilə şiş hüceyrələrinin əldə etdiyi yeni xassələr nəzərdə tutulur. Şiş hüceyrələrində morfoloji, bio-kimyəvi, histokimyəvi və immunogen atipizm ayırd edilir.



Morfoloji atipizm həm hüceyrə, həm də toxuma səviyyə-sində ola bilər. Şiş hüceyrələri formalarına, ölçülərinə və quruluşları-na görə, adi hüceyrələrdən fərqlənir. Buna hüceyrə atipizmi deyilir.

Adətən şiş hüceyrələri inkişaf etdikləri toxumanm normal hüceyrələ-rinə nisbətən iri oiur. Atipizm qüvvətli ifadə olunduqda şiş toxuması-nm quruluşu sadələşir və o, eynitipli hüceyrələrdən ibarət olur (xüsu-sən bədxassəli şişlərdə). Şiş hüceyrələri ultrastruktur əlamətlərinə görə də adi hüceyrələrdən fərqlənir; onlarda ribosomlarm miqdarı nisbə-tən çox olur; ribosomlar sitoplazmada həm endoplazmatik şəbəkə ilə birləşmiş şəkildə, həm də sərbəst halda yerləşir; mitoxondrilərin for-ma və öİçüləri dəyişikliyə uğrayır, onlarda sitoxromoksidazanın ak-tivliyi az olur. Şiş hüceyrələrində nüvə böyük olur, sitoplazmanm nis-bi miqdarı azalır; onlar membranlarmm quruluşuna və membranlarla hüceyrədaxili orqanoidlərin qarşıhqlı əlaqəsinə görə, embrional hü-ceyrələrə bənzəyirlər. Belə hüceyrələrdə enerji ehtiyatmm çox hissəsi böyümə və çoxalma proseslərinə sərf edilir. Oniarda membran səthi nisbətən böyük, hüceyrəarası əlaqələr isə zəif olur. Buna görə, maddə-lərin hüceyrə membranİarmdan keçməsi, hüceyrələrin qidalanması, membranlarm ətraf mühit qıcıqlarını qəbuletmə qabiliyfəti adi hücey-rələrdəkindən fərqlənir.



Toxuma atipizmi şişin inkişaf etdiyi toxumanm quruluşu-nun (yəni hüceyrələrlə hüceyrəarası maddənin qarşılıqlı münasibəti-nin) dəyişməsini ifadə edir. Stroma və parenximasmm quruluşuna gö-rə normal toxumalardan az fərqlənən şişlərə homotipik şişhr deyilir. Şişdə toxuma atipizmi qüvvətli olduqda histoloji müayinə zamanı onun hansı toxumadan inkişaf etdiyini təyin etmək mümkün olmur. Bunİara heterotipik şişlər deyilir.

B i okimy ə v i atipizm şiş hüceyrələrinin maddələr mübadilə-sinin normal mübadilədən fərqini ifadə edir. Şişlərin müxtəlif növlə-rində gedən mübadilə prosesləri bir-birindən fərqlənir. Lakin onlar arasmda ümumi qanunauyğunluqlar da aşkar etmək mümkündür. Şiş hüceyrələrində toxuma tənəffüsü fermentlərinin (sitoxromoksidaza, katalaza), aktivliyi nisbətən az olur. Buna görə, şiş hüceyrələrində karbohidratlarm oksidiəşməsinin anaerob yolu (qlikoliz) oksigenli şə-raitdə keçən mübadiləyə nisbətən üstünlük təşkil edir. Onlarda xoles-terinin, qlikogenin və nuklein turşuİarmm miqdarı adi hüceyrələrdə-kindən çox olur. Şiş hüceyrələrinin biokimyəvi dəyişiklikləri histo-kimyəvi müayinələrdə də aydm nəzərə çarpır (histokimyəvi a t i p i z m). Müxtəlif şiş növləri histokimyəvi əlamətlərinə görə, həm normaİ toxumalardan, həm də bir-birindən fərqlənir. Məsələn, pros-tat vəzisi hüceyrələrində turş fosfataza və qeyri-spesifik ekzonukleaza fermentlərinin aktivliyi yüksək olur. Bu vəzidən inkişaf edən xərçəng hüceyrələrində həmin fermentlərin aktivliyi daha da yüksəlir. Mədəal-tı vəzinin ekzokrin toxumasmdan inkişaf edən xərçəng hüceyrələrində esterazalarm aktivliyi adacıq aparatmm xərçəngindəkinə nisbətən yüksək olur. Müxtəlif şiş hüceyrələrinin histokimyəvi əlamətlərinin diaqnostik əhəmiyyəti vardır.

Şiş toxumalarında onlarm inkişaf etdikləri orqanizmin immuno-gen reaktivliyinə təsir göstərə bilən antigenlər aşkar edilir. Şişin i m ­



rnunogen atipizmi bu antigenlərlə əlaqədardır. İndiyə qədər şiş hüceyrələrində 5 növ antigen aşkar edilmişdir: 1) kanserogen mad-dəiərin təsiri ilə əmələ gələn antigenlər - eyni kanserogen maddənin təsiri ilə müxtəlif heyvan növlərində və hətta eyni bir heyvanm müxtə-lif toxumalarmda əmələ gələn antigenlər bir-birindən fərqlənir; 2) vi-rusİarın iştirakı ilə yaranan şiş antigenləri - eyni onkogen virusun tə-siri ilə müxtəlif heyvan növlərində yaranan antigenlər təsir xüsusiyyət-lərinə görə, bir-birindən fərqlənmir; 3) «transplantasion» izoantigen-lər - bunlar transplantasiya edilən orqanlarm antigenlərinə oxşar olur; 4) embrional antigenlər - embrional inkişaf dövründə orqaniz-min toxumalarmda olan antigenlərə bənzəyirlər. Onların əsas növlə-rindən öı - fetoprotein (qaraciyər xərçəngi və kişi cinsiyyət vəzilərinin embrional xərçəngi), jı, a2-fetoprotein (uşaq neyrooblastoması, bəd-xassəli limfoma) və karsinoembrional antigen (bağırsaqlarm və mə-dəaltı vəzilərin xərçəngi) nisbətən ətrafiı tədqiq edilmişdir; 5) hete-roantigenlər - orqanospesifik antigenlərdir, lakin onlar şişin inkişaf etdiyi orqan və toxumaya müvafıq gəlmirlər. Məsələn, qaraciyər xər-çənginə tutulmuş adanılarda spesifik böyrək antigenləri, böyrək xər-çəngi olan xəstələrdə isə qaraciyər antigenləri aşkar edilmişdir.


Kataloq: referatlar -> tibb

Yüklə 32,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə