İnformatikanin əsaslari



Yüklə 5,72 Mb.
səhifə30/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

Fayllar və fayl sistemi


Bütün proqramlar və verilənlər kompüterin xarici yaddaşında fayl şəklində saxlanır. Fayl dedikdə, xarici yaddaşda saxlanan adlandırılmış müəyyən miqdar informasiya137 nəzərdə tutulur.

Faylın adı. Faylın adı bir-birindən nöqtə ilə ayrılan 2 hissədən ibarətdir. Birinci hissə faylın adını, ikinci hissə faylın tipini müəyyən edən genişləndirməni əks etdirir. Faylın adındakı birinci hissəni istifadəçi, ikinci hissəni faylı yaradan proqram verir. Fayl tipləri və onların genişləndirmələri aşağıdakı cədvəldə verilmişdir:

Faylın tipi

Genişləndirmə

Proqramlar

exe, com

Mətn faylları

txt, doc

Qrafik fayllar

bmp, gif, ipg və s.


135 vinçesterdə, çevik və ya lazer diskdə

136 Basic İnput/Output System- giriş-çıxış baza sistemi


Səs faylları

wav, mid

Videofayllar

avi

Proqramlaşdırma dillərindəki proqramlar

bas, pas və s.


Fayl sistemi. Hər bir informasiya daşıyıcısında138 çoxsaylı fayllar saxlana bilir.

Faylların diskdə saxlanma qaydası fayl sistemi tərəfindən müəyyən edilir.

Hər bir disk 2 oblasta bölünür: 1) faylların saxlandığı oblast, 2) kataloq. Kataloqda faylın adı və diskdə yerləşməsinin başlanğıcı qeyd edilir. Yəni, kataloq mövzunun başlığı, fayl isə məzmunu kimi nəzərə gəlir. Kitab səhifələrdən, disk isə sektorlardan ibarətdir. Saxlanan faylların sayı az139 olduqda həmin disk üçün birsəviyyəli fayl sistemindən istifadə edilə bilər. Bu halda kataloq140 fayl adlarının xətti ardıcıllığından ibarət olacaqdır. Əgər diskdə minlərlə fayl saxlanırsa, bu halda çoxsəviyyəli (ağacşəkilli) fayl sistemindən

istifadə edilir. Başlanğıc (kök) kataloq 1-ci səviyyə kataloqlarını, bunlar 2-ci səviyyə kataloqlarını və s. saxlayır. Bütün səviyyə kataloqlarında həm də fayllar saxlana bilir.

Fayl sistemi dedikdə, kataloqların təşkili və faylların saxlanması sistemi nəzərdə tutulur.

Fayla aparan yol. Lazımi faylı tapmaq üçün müəyyən yol keçmək tələb olunur. Məsələn, C:\GAMES\CHESS\chess.exe. Bu, o deməkdir ki, şahmat proqramı vinçesterdə (C:) yerləşən oyun (GAMES) kök kataloqundakı şahmat (CHESS) kataloqundadır. Faylın adı göstərilən yola faylın bitkin adı deyilir.

Fayl sisteminin qrafik interfeysin köməyi ilə təqdim edilməsi. MS-DOS-un iyerarxik fayl sistemi (kataloq və faylları) Windows qrafik interfeysində qovluq və sənədlər sistemi kimi təsvir edilir. Lakin MS-DOS-da başlanğıcda kök kataloq, Windows-da işə İşçi stol dayanır. Bundan sonra Mənim kompüterim, Səbət, Şəbəkə əhatəsi yerləşir.

Mənim kompüterim qovluğu kompüterin resurslarını əks etdirir. Fayllar üzərində əməllər. Fayl üzərində aşağıdakı əməllər icra edilir: üzköçürmə (faylın nüsxəsi başqa kataloqa yerləşdirilir);

yerdəyişmə (faylın özü başqa kataloqa yerləşdirilir); silmə (faylın kataloqdan silinməsi);
138 çevik, sərt və ya lazer diskində

139 cəmi bir neçə yüz

addəyişmə (faylın adı dəyişdirilir).



Windows qrafik interfeysi fayllar üzərində aparılan əməlləri Drag&Drop141 meto- dundan istifadə etməklə mış vasitəsilə də icra etməyə imkan verir.

Windows qrafik interfeysi həm də MS-DOS-da işləmək imkanını saxlayır. Bunun üçün seans MS-DOS-a keçmək kifayətdir.

      1. Disklərin məntiqi quruluşu


Diskin formatlaşdırılması. İnformasiyanı diskə yazmaq üçün əvvəlcə disk format- laşdırılmalıdır. Bu isə o deməkdir ki, disk həm fiziki, həm məntiqi quruluşa malik olmalıdır. Diskin fiziki strukturlaşdırılması onun üzərində konsentrik cığırlar açmaqdan və onları cektorlara bölməkdən ibarətdir.

Çevik diskin məntiqi quruluşu. Maqnit diskinin məntiqi quruluşu dedikdə, 512 baytlıq həcmə malik olan nömrələnmiş sektorlar məcmusu nəzərdə tutulur. Sektorlar 0-cı cığırın 1-ci sektorundan başlayaraq sonuncu cığırın son sektorunadək ardıcıl nömrələnir. Sektor çevik diskdə ünvanlaşdırılmış minimal elementdir. Fayl sektorların tam sayına yazılır. Yəni ən kiçik fayl 1 sektor yer tutursa, ən böyük fayl da diskdəki sektorların sayı qədər yaddaş zəbt edir. Fayl sektorlara ixtiyari qaydada yazılır. Faylı adına görə tapmaq üçün diskdə xüsusi kataloq vardır ki, bu da fayllar barədə verilənlər bazası rolunu oynayır.

Fayl haqqındakı yazı faylın adından, faylın yazıldığı birinci sektorun ünvanından, faylın həcmindən və yaradıldığı tarixdən və vaxtdan ibarətdir. Faylın yerləşdiyi sektorlar barədə bitkin informasiya FAT142 deyilən xüsusi cədvəldə əks etdirilir143. Bu cədvəldə faylın yerləşdiyi sektorların nömrələri yazılır. Sonuncu nömrədən sonra faylın sonunu göstərən işarə yerləşir. Çevik diskdəki verilənlər bazasında və FAT cədvəlində kataloqlar üçün 2-ci sektordan 33-cü sektoradək yer ayrılır. 1-ci sektor əməliyyat sisteminin yükləyici yazısı üçündür. Fayllar 34-cü sektordan başlayaraq yerləşdirilir.



Formatlaşdırmanın növləri. Disklərin formatlaşdırılmasının 2 növü vardır: tam və cəld formatlaşdırma. Tam formatlaşdırma həm fiziki, həm də məntiqi formatlaşdırmanı əhatə edir. Tam formatlaşdırma disketdəki informasiyanı pozur. Cəld formatlaşdırma isə



141 Drag&Drop -götür apar və qoy qalsın

142 FAT - File Allocation Table – Faylların yerləşmə cədvəli

143 Windows NT-də FAT32 ilə yanaşı, daha genişimkanlı NTFS adlı fayl sistemindən istifadə edilir.

115


yalnız kök kataloqu və faylların yerləşmə cədvəlini təmizləyir. Bu halda disketdəki informasiya pozulmur.

Sərt disklərin məntiqi quruluşu çevik disklərin məntiqi quruluşundan xeyli fərqlənir. Burada ünvanlaşdırılan element bir neçə sektorun birləşməsindən yaradılan klasterdir. Klasterin ölçüsü FAT cədvəlinin tipindən və sərt diskin tutumundan asılıdır. FAT16

cədvəli

216

65536

klaster ünvanlaşdıra bilir. Böyük həcmli disklər üçün klasterin ölçüsü



olduqca iri olur. Çünki sərt diskin informasiya tutumu 150 Qbayta çata bilir. Məsələn, 40Qbayt həcmi olan diskdə klasterin ölçüsü 640 Kbayt (40 Qbayt / 65536 = 655360 bayt = 640 Kbayt) təşkil edir.

Fayl klasterlərin tam sayında yerləşir. Məsələn, informatika‖ sözü yazılmış mətn fay 11 bayt həcmə malik olsa da 150 Qbaytlıq rt disk 640 Kbaytlıq 1 klasterdə yerləşir. Bu o deməkdir ki, böyük tutumlu sərt diskə kiçik həcmli faylların yazılması yaddaşdan pis istifadə edilməsi i nəticələnir. Bu problemi FAT32 cədvəlindən istifadə etmək qismən ll etmək mümkün olur. Çünki bu halda klaster 8 sektoru birləşdirir ki, bu da mi 4 Kbayt həcmə malik olur. İnformasiyanın etibarlı saxlanması üçün FAT cədvəli 2 nüsxə yaradılır. Windows ƏS-də FAT16 dvəlini FAT32-yə çevirən xüsusi xidməti proqram vardır.

Disklərin defraqmentləşdirilməsi. Faylların sərt diskə yazılıb-pozulmasi ilə bağlı olaraq zaman keçdikcə fraqmentləşmə144 artır. Faylların fraqmentləşməsi kompüterin sürə- tinə mənfi təsir edir. Çünki maqnit başlıq fraqment axtarışına get-gedə daha çox vaxt sərf edir. Nəticədə sərt disk vaxtından əvvəl sıradan çıxır. Buna görə də dövrü olaraq disklərin defraqmentləşdirilməsi məsləhət görülür. Defraqmentləşdirmə zamanı faylın fraqmentləri ardıcıl klasterlərə yazılır. Dickin defraqmentləşdirilməsi proqramını işə buraxmaq üçün Baş Menyüdən Standartlar-Xidmətedicilər-Diskin defraqmentləşdirilməsi əmrini vermək lazımdır. Dialoq panelindən disk seçilməli, sonra OK verilməlidir. Məlumat düyməsini basmaqla işin gedişini izləmək olar.


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin