Mövzu 15. Beynəlxalq turizm bazarında Avstraliyanın mövqeyi plan: Avstraliyada turizmin müasir vəziyyəti



Yüklə 282,9 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix26.11.2023
ölçüsü282,9 Kb.
#135373
  1   2   3   4
BTC-movzu15




Mövzu 15. Beynəlxalq turizm bazarında Avstraliyanın mövqeyi 
PLAN: 
Avstraliyada turizmin müasir vəziyyəti. 
Avstraliyanın turizm-rekreasiya potensialı.
Avstraliyada turist axınlarının dinamikası.
Avstraliyada Milli parklardan turizm məqsədi ilə istifadə.
Avstraliyada yerli əhalinin adət-ənənələrindən turizmdə istifadə.
Avstraliyanın əsas turizm mərkəzləri. 
Avstraliya qitəsində və yaxınlıqdakı bir neçə adada (on böyüyü - Tasmaniya) yerləşmiş Avstraliya 
İttifaqı tamamilə Cənub yarımkürəsindədir. Cənub yarımıkürəsinin tropik və subtropik qurşaqları bu 
dövlətin ərazisindən keçir. Avstraliya İttifaqı hər tərəfdən Sakit okean və onun dənizlərinin sulan ilə əhatə 
olunmuşdur. 
Avstraliyanın təbii-coğrafı rekreasiya ehtiyatları çox rəngarəngdir. Əhalisi az olan bu böyük dövlətin 
ərazisində ekzotik və demək olar ki, toxunulmamış landşaft sahələri çoxdur. Yalnız kontinentin deyil, 
adaların da özünəməxsus təbiəti və orada məskunlaşmış qəbilələrin mədəni-məişət və adət-ənənələri 
turistlərin böyük marağına səbəb olur. 
Materikin fauna və flora aləmi müxtəlif və rəngarəngdir. Burada rast gəlinən növlərin ¾-ü 
endemikdir. Evkalipt meşələrində Avstraliya akasiyaları bitir. Kenquru, koala ayısı, dinqo vəhşi iti, eyni 
zamanda bitki aləminin nümayəndələrini görmək turistlərdə böyük maraq doğurur. Bəzi turistləri yerli 
xalqın (aborigenlərin) məişəti, adət və ənənələri maraqlandırır.Əcnəbilərin əksəriyyəti ölkəyə istirahət 
məqsədi ilə (65%) gəlirlər, işgüzar səfərlər isə 15%-i təşkil edir. Digər qonaqlar təhsil, idman məqsədi ilə 
gələnlər və ya tranzit turistlərdir. 
Həyat səviyyəsinin yüksək, immiqrantların Avropadakı qohumları ilə əlaqələrinin olmasına, turizm 
bazarının yüksək potensialına baxmayaraq, Avstraliyada yalnız son illərdə xarici səfərlərə gedənlərin sayı 
artmışdır. Əsas turist axını Yeni Zelandiya, Malayziya, Sinqapur, Fici, Honkonq və Yaponiyaya 
istiqamətlənir. 
Sahil zonasında istirahətin təşkili üçün hər cür şərait, o cümlədən sağlam iqlim, buludsuz səma, 
müxtəlif meyvələr və s. vardır. Əbəs yerə Avstraliyanı "günəşli qitə" adlandırmırlar, burada narın qurnlu 
çoxkilometrlik çimərliklər, yaxta və su xizəkləri ilə gəzinti, sualtı ov, keyfiyyətli xidmət turistlərin çox 
xoşuna gəlir. 
Daxili turizm, Sidney, Melburn, Adelaida və digər iri şəhərlərdə və dəniz sahillərində, xarici turizm 
isə əsasən ölkənin iri şəhərlərində cəmləşmişdir. 
Avstraliyanın şərq və cənub sahillərində abadlaşdırılmış nümunəvi çimərlikləri olan kurortlar vardır. 
Onların arasında Taunsvill, Tusumba və daha məşhur olan Qızıl Sahil kurortunu (burada yaradılmış dəniz 
parkında köpək balığı və delfınlər saxlanılır, kazinolar işləyir, idmanın su növləri ilə məşğul olmaq üçün 
əla şərait var) nümunə göstərmək olar. 
Cənub-şərqdə Böyük Suayrıcı silsilənin daha mənzərəli hissəsi yerləşir. Ölkənin daha çox tanınmış 
dağ-idman mərkəzləri buradadır. Avstraliyanın şimal-şərq sahilləri boyu, təxminən iki min km-lik 
məsafədə, gözəl çimərlikləri olan yüzlərlə kiçik adadan ibarət Böyük Sədd rifı uzanır. Avstraliyada 
müalicəvi mənbələr azdır. Deylsford (Melburn yaxınlığında) və Mori ətrafındakı mənbələr daha 
məşhurdur. 
ÜTT-nin verdiyi məlumata əsasən Avstraliya 2015-ci ildə 7,4 mln. nəfər turist qəbul etmiş, turizmdən 
əldə etdiyi gəlir isə təxminən 29.4 mlrd. ABŞ dolları təşkil etmişdir.
Avstraliya qədim tarixi abidələrlə zəngin deyil. XVIII əsrin sonlarından başlayaraq avropalılar 
tərəfındən məskunlaşan ölkədə, Avropa şəhərlərindən fərqli olaraq, qədim və orta əsrlərə aid binalara rast 
gəlinmir. Hətta, XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid olan tikililər də çox az saxlanılmışdır. Qədim 



tikililərin böyük hissəsi əsasən kilsə və müxtəlif rəsmi idarələrin binalarıdır. Avstraliya İttifaqında xarici 
turistlərin toplaşdıqlan əsas mərkəzlər, ölkənin şimal şəhərləridir. 

Yüklə 282,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin