AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI BAKI DÖVLƏT UNİVERSİTETİ NƏZDİNDƏ İQTİSADİYYAT VƏ HUMANİTAR KOLLEC METODİKİ İŞ Mövzu: ŞƏXSİYYƏT SOSİOLOGİYANIN ƏN ƏSAS ANLAYIŞLARINDAN BİRİ KİMİ
İnsan - fiziki və mənəvi, təbii və sosial, irsən keçən və həyatda əldə edilənləri bir vəhdət halında özündə birləşdirən canlı varlıqdır. İnsan anlayışı sosial və bioloji xarakterləri ehtiva edir, lakin bu halda bioloji cəhət sosial amillər tərəfindən insanlaşdırılaraq müəyyən dəyişikliyə məruz qalır. (İnsan - əməli alətləri hazırlayan biososial varlıqdır. Bu tərif nəinki insanın bütün heyvanlardan olan fərqini ifadə edir, həm də onun sosial mahiyyətini açmağa imkan yaradır) .
Fərd
Fərd
- insan nəslinin, özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və ya sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd dedikdə, ayrıca bir insan nəzərdə tutulur. Onun ümumi cəhətləri ilə yanaşı fərdi cəhətləri də vardır. Ayrıca bir insan xüsusi bir fərddir və onun bu xüsusiliyi onu fərd edir.Fərddə genetik irsiyyət amilləri üstün yer tutur. Şəxsiyyətin təşəkkülündə isə sosial amillər əsas yer tutur. Xüsusilə mənəvi amillər şəxsiyyətin formalaşmasına güclü təsir edir. İnsan konkret fərdi xüsusiyyətlərə malikdir. Şəxsiyyət fərdin sosial mahiyyətini əks etdirir.
Şəxsiyyət
Şəxsiyyət
- yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən insandır. Şəxsiyyətin əsas xüsusiyyətləri özünüdərketmə, sosial əhəmiyyətli fəaliyyət, məqsədəuyğun pozitiv siyasi davranış, cəmiyyətə münasibətdə nisbi müstəqilliyə malik olmaq, məsuliyyət hissi, əxlaqi tələbkarlıq, ləyaqətli ünsiyyət, yüksək mədəni səviyyə və sairədir. İnsan anadan fərd kimi doğulur, şəxsiyyət kimi isə sonralar formalaşır. Əgər insan və fərd anlayışları bütün insanları birləşdirirsə, şəxsiyyət onları bir-birindən fərqləndirir, ayırır.